18 Noyabr 2026 18:29
65
CƏMİYYƏT
A- A+
ANAMA sədri Brüsseldə mühüm görüşlər keçirib: minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq genişlənir  

ANAMA sədri Brüsseldə mühüm görüşlər keçirib: minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq genişlənir  


Noyabrın 16-18-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı və Ukraynanın birgə ev sahibliyi ilə təşkil edilən Ukraynada Mina Fəaliyyəti üzrə 4-cü Konfransda (UMAC 2026) iştirak edib.

Bu barədə AZƏRTAC-a ANAMA-dan məlumat verilib.

Ümumilikdə 400-ə yaxın nümayəndənin iştirak etdiyi konfransda bir sıra ölkələrin yüksəksəviyyəli hökumət nümayəndələri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, özəl sektorun, minatəmizləmə qurumlarının, istehsalçı şirkətlərin, qeyri-hökumət təşkilatlarının və akademik dairələrin rəsmiləri təmsil olunublar.

Konfrans çərçivəsində keçirilən sessiyalarda mina təhlükəsi ilə mübarizə sahəsində idarəetmə və innovasiyalar, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, milli potensialın gücləndirilməsi və dayanıqlı minatəmizləmə modelləri, mexaniki minatəmizləmə texnologiyalarının inkişafı, şəhərlərin bərpası zamanı partlayıcı sursatların yaratdığı risklər və digər aidiyyəti mövzularda müzakirələr aparılıb. Tədbirdə iştirak etmək mina təsirinə məruz qalmış ölkələrlə təcrübə mübadiləsinin aparılması, qabaqcıl texnologiya və innovativ həllərin öyrənilməsi, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

UMAC 2026 Konfransı çərçivəsində Vüqar Süleymanov bir sıra ikitərəfli və üçtərəfli rəsmi görüşlər keçirib. Sədr Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Avropa İttifaqının Xarici Siyasət Alətləri Xidmətinin direktoru Peter Vagner və Cenevrə Beynəlxalq Humanitar Minatəmizəmə Mərkəzinin direktoru Tobias Privitelli ilə görüşdə ölkəmizin üzləşdiyi mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparıb.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) rəhbərinin müavini Roman Prymuş ilə görüşdə UMAC 2025 konfransı çərçivəsində ANAMA ilə SESU arasında imzalanmış “Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair” Anlaşma Memorandumunun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.

Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko ilə görüşdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, çoxtərəfli tərəfdaşlıq və bu sahədə beynəlxalq təşəbbüslərin dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ukrayna iqtisadiyyat və ətraf mühit nazirinin müavini İhor Bezkaravaynyi və BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS) nümayəndələri ilə keçirilən görüşdə tərəflər arasında humanitar minatəmizləmə sahəsində qabaqcıl təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

BMT-nin Ətraf Mühit Proqramının Cenevrədəki Ofisinin Kiyev üzrə Fəlakətlər və Münaqişələr bölməsinin baş proqram mütəxəssisi Pyer Karlo Sandey ilə görüşdə mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərin ekoloji bərpası, minatəmizləmə fəaliyyətinin ətraf mühitə təsirləri və ekoloji təhlükəsizliyin təmin olunması məsələləri nəzərdən keçirilib.

Vüqar Süleymanov, həmçinin Ukraynanın və digər beynəlxalq qeyri-hökumət təşkilatlarının bu sahədə fəaliyyət göstərən nümayəndələri ilə də görüşlər keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir 

18:52
18 Noyabr

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib 

18:39
18 Noyabr

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır  

18:36
18 Noyabr

ANAMA sədri Brüsseldə mühüm görüşlər keçirib: minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq genişlənir  

18:29
18 Noyabr

HONOR İstanbulda istehsala başlayıb 

18:27
18 Noyabr

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb 

18:23
18 Noyabr

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub  

18:17
18 Noyabr

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib

18:13
18 Noyabr

Qısa gəzintilər qan şəkərini tənzimləməkdə daha faydalıdır  

18:10
18 Noyabr

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur  

18:03
18 Noyabr

Avropanın enerji nəhəngi “Equinor” kiberhücuma məruz qalıb

17:59
18 Noyabr

Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib

17:57
18 Noyabr

“Hayabusa-2” kosmik stansiyasının uçuş marşrutu dəyişdirilib  

17:44
18 Noyabr

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB  

17:23
18 Noyabr

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir  

17:16
18 Noyabr

ABŞ dəniz piyadaları yeni M7 əvəzinə daha çox alman atıcı silahı alacaq

17:05
18 Noyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi fəaliyyətini dayandırıb  

16:59
18 Noyabr

Marko Rubio: ABŞ sistemli hücuma məruz qalmayıb

16:58
18 Noyabr

10 ayda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

16:57
18 Noyabr

Alzheimer xəstəliyini yavaşladan dərman aşkarlanıb

16:54
18 Noyabr

Şencendə tarixi üçtərəfli görüş: qlobal çağırışlara ortaq cavab tapılacaqmı?

16:53
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!