AMEA-nın elmi müəssisələrində aparılan struktur islahatları müzakirə olunub
AMEA Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan növbəti məsələlər akademiyanın elmi müəssisələrində aparılan struktur islahatları haqqında olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. İclasda çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da idarəetmənin təkmilləşdirilməsi, paralel qurumların aradan qaldırılması, elmi istiqamətlər üzrə mütəxəssislərin vahid mərkəzdə cəmləşdirilməsi məqsədilə struktur islahatları aparılır.
Daha sonra iclasda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin ləğv edilməsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin bazasında Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.
Həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya və Biblioqrafiyaşünaslıq şöbələrinin bazasında Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsi yaradılıb, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsi isə Türkdilli əlyazmaların tədqiqi şöbəsi adlandırılıb.
Bundan əlavə, AMEA Rəyasət Heyətinin 2023-cü il 16 yanvar tarixli qərarına əsasən Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.
Eyni zamanda, müvafiq elmi-tədqiqat institutlarının təqdimatları nəzərə alınaraq AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin Azərbaycanın eramızdan əvvəl IV – eramızın VII əsrinin ortaları tarixi şöbəsi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin isə Neolit-Eneolit dövrü arxeologiyası adlandırılması barədə qərar qəbul olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
"COP29 bütün dünya üçün faydalı olacaq"
27 Aprel
Qərb fırıldaqçı milyarderi niyə müdafiə edir?!
27 Aprel
"Nobel şousu" Vardanyanı xilas edə bilməz
27 Aprel
Azərbaycanın Zəfəri Avropa Parlamentinin yuxusunu ərşə çəkib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!