Alan da razı, satan da
Yasamal rayonunda təşkil olunan kənd təsərrüfatı məhsullarının bayram yarmarkası sakinlər tərəfindən məmnunluqla qarşılanır
Bu gün ölkədə iqtisadi və sosial sahələrdə qeydə alınan dinamik inkişaf əhalinin maddi rifah halının yüksəlməsi fonunda da özünü qabarıq şəkildə büruzə verir.
Bunlara paralel olaraq əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsi və bu zaman qiymətlərin də sərfəli şəkildə olması xüsusi diqqət mərkəzində yer alır. Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərində və ölkənin ayrı-ayrı bölgələrində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının fəaliyyətə başlaması da elə bu qəbildən olan hal kimi dəyərləndirilir.
Bu mənada paytaxtın Yasamal rayonunda, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda təşkil olunan və əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bayram yarmarkası da vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətlərinin, Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində "Kənddən Şəhərə” brendi altında təşkil edilən bayram yarmarkasının keçirilməsində məqsəd fermerlərin və sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata, əhalinin isə bu məhsulları ucuz qiymətə ala bilmələridir. Eyni zamanda Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmağa, süni qiymət artımının qarşısını almağa nail olmaqdır. Qiymətlərin ucuz olmasına səbəb isə fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmalarıdır. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun qiymətlərinin aşağı olmasına gətirib çıxarır.
Sıxlığın daha çox müşahidə olunduğu Yasamal rayonunun bayram yarmarkasında satışa mövsümə uyğun meyvə-tərəvəz və bayram süfrələri üçün başqa ərzaq məhsulları çıxarılmışdı. Bayramla bağlı qoz, fındıq, şabalıd, alma, heyva, naringi və digər sitrus meyvələri daha çox idi. Həmçinin çoxsaylı yerli firmalar da yarmarkada məhsullarını təklif edirdilər. Burada nümunəvi səliqə-sahman, fermerlərə və bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdı. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdi.
Yasamal rayonundakı yarmarkaya kənd təsərrüfatı məhsulları əsasən Beyləqan, Masallı və Şamaxı rayonlarından gətirilib. 53 adda məhsul nəzərdə tutulduğu halda Yasamal yarmarkasında 80-dən çox məhsul satışa çıxarılıb. Vətəndaşların tələbatı nəzərə alınaraq və onların məmnunluğunu təmin etmək məqsədilə gündəlik fəaliyyət göstərən yarmarka martın 22-dək davam edəcək.
Xatırladaq ki, martın 2-də yarmarkanın açılışında iştirak edən Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev fermerlərlə, satıcılarla söhbət edərək onlara yaradılan şəraitlə, satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıb. Vurğulanıb ki, dövlət başçısının tapşırığı əsasında təşkil edilən bu yarmarkalarda məqsəd fermerlərin, sahibkarların və istehsalçıların öz məhsullarını əlverişli şəraitdə yarmarkada sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları almasını təmin etməkdir. Yarmarkalarda iştirak edən sahibkarların məqsədi satışa çıxardıqları məhsulların qiymətlərinin bazarlardakından xeyli ucuz olmasıdır.
Dünən isə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış oldu, məhsulların keyfiyyəti, rayon sakinlərinin rəy və təklifləri ilə maraqlandı. Qeyd etdi ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Bakıya kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilib. Yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməkdir.
Alıcılar da yaradılan şəraitdən, məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildirdilər. Yasamal rayon sakini Namiq Məmmədov yarmarkada təklif edilən meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdi.
Yarmarkaya nəvələri ilə birlikdə gələn Xudayar Əfəndiyev isə dövlətin süni qiymət artımı ilə bağlı gördüyü tədbirlərin öz səmərəsini verdiyini vurğuladı: "Bilmirik nəyə görəsə hər il Novruz bayramı gələndə bazarlarda satılan kənd təsərrüfatı məhsullarının qiyməti həddindən artıq bahalaşır. Söz yox ki, bunu bəzi möhtəkirlər edirlər. Sevindirici haldır ki, hər bayramdan öncə açılan yarmarkalar bütün bunlara son qoydu. İndi sərbəst şəkildə yarmarkaya gedib istədiyimiz kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən 30-40 faiz ucuz alırıq. Təklif olunan məhsulların keyfiyyəti də qənaətbəxşdir. Bizə bu şəraiti yaradanlara minnətdarlığımızı bildirməklə yanaşı, belə yarmarkaların bütün rayon və şəhərlərdə çox sayda təşkil olunmasını arzu edirik”.
Yasamal rayonu ərazisində təşkil edilən bayram yarmarkasında satan da razıdır, alan da. Satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə ciddi nəzarət olunurdu.
Elçin CƏFƏROV,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!