18 Fevral 2025 18:40
481
İQTİSADİYYAT
A- A+
Aktiv istehlakçı modeli Azərbaycanda bərpaolunan enerjidən istifadənin inkişafına töhfə verəcək

Aktiv istehlakçı modeli Azərbaycanda bərpaolunan enerjidən istifadənin inkişafına töhfə verəcək


Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bərpaolunan enerji sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri üçün kiçik həcmli yaşıl enerji istehsalının, başqa sözlə aktiv istehlakçının dəstəklənməsi mövzusunda məlumatlandırıcı tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi fiziki və hüquqi şəxslərin öz fərdi bərpa olunan enerji sistemlərini qurmaq və istehsal etdikləri artıq enerjini şəbəkəyə ötürmək imkanları barədə məlumatlılığı artırmaq olub.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev yaşıl enerji keçidinin iqtisadi, sosial və ekoloji cəhətdən vacibliyini vurğulayaraq aktiv istehlakçı modelinin Azərbaycanda bərpaolunan enerjidən istifadənin inkişafına töhfə verəcəyini bildirib. Qeyd edilib ki, bu mexanizm vətəndaşların və sahibkarların ölkəmizdə yaşıl enerji istehsalında iştirakını genişləndirərək uzunmüddətli perspektivdə enerji xərclərinin azaldılmasına imkan yaradacaq.

Daha sonra BOEMDA və “Azərişıq” ASC-nin mütəxəssisləri aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqinə dair qanunvericiliyin tələbləri, həmçinin texniki məqamlara dair təqdimatlarla çıxış ediblər. Təqdimatlarda günəş panelləri, külək turbinləri və digər yaşıl enerji qurğularının quraşdırılması, istehsal edilən artıq enerjinin şəbəkəyə ötürülməsi, tariflər, əvəzləşmə və hesablaşma mexanizmləri barədə geniş məlumat verilib.

Tədbirin davamında iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, müzakirələr aparılıb və praktik təcrübələr bölüşülüb.

Sonda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndəsi Nigar İsmayılova çıxış edərək JICA-nın Azərbaycanda dəstəklədiyi layihələr barədə məlumat verib. Cari məlumatlandırma tədbirinin JICA kiçik qrant layihəsi çərçivəsində təşkil olunduğu diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ata yolu

08:45
15 Yanvar

Torpağın altındakı "gizli qatil"

08:40
15 Yanvar

Qayıdışın mənəvi zəfəri

08:35
15 Yanvar

Azərbaycanın dünyada artan nüfuzunun təsdiqi

08:30
15 Yanvar

2025-ci il Azərbaycanın tarixində növbəti uğurlu dövr oldu

08:25
15 Yanvar

Su ilə təminatın 95 faizə çatdırılması əsas məqsəddir

08:20
15 Yanvar

Yeni dövlət proqramı əhalinin həyat keyfiyyətini yüksəldəcək

08:15
15 Yanvar

39-cu SES

08:10
15 Yanvar

Dirçələn torpaq, qayıdan həyat

08:05
15 Yanvar

Strateji hədəfləri reallığa çevirən faktorlar: milli maraqların aliliyi, güclü siyasi iradə və sarsılmaz xalq-iqtidar birliyi 

08:00
15 Yanvar

"Azərbaycan Mədəniyyəti-2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:31
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:30
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:30
15 Yanvar

"Şuşa Otel-Konqres Mərkəzi Kompleksi"nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:29
15 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası

01:28
15 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:28
15 Yanvar

“Bild” qəzeti: Almaniya hərbçilərdən ibarət ilk qrupu bu həftə Qrenlandiyaya göndərəcək

23:39
14 Yanvar

Volodimir Zelenski: Ukraynada enerji sektoru üçün fövqəladə vəziyyət tətbiq ediləcək  

22:23
14 Yanvar

ABŞ 75 ölkədən miqrant vizası üçün müraciət qəbulunu dayandırır  

22:14
14 Yanvar

Ağ Evdə Qrenlandiya ilə bağlı görüş keçirilib  

21:51
14 Yanvar

ABŞ Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin başladığını elan edib  

21:47
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!