Akademik Zərifə Əliyevanın nailiyyətləri Azərbaycan tibb elminin parlaq səhifələridir
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində təntənəli tədbirlər keçirilib.
Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları ənənəvi olaraq Fəxri xiyabanda Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçək dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Dövlət Sərhəd Xidmətinin aparatında dünya şöhrətli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanışlıqdan sonra rəsmi mərasim keçirilib.
Tədbirdə minlərlə insanın gözlərinə nur bəxş etmiş istedadlı alim, bacarıqlı pedaqoq Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu barədə geniş məlumat verilib, elm üçün gözəl tədqiqatçı, ulu öndər Heydər Əliyev üçün ömür-gün yoldaşı, sadiq dost, qayğıkeş ana və ən yüksək mənəvi keyfiyyətlərə malik nəcib xanım olması xüsusi qeyd edilib.
Diqqətə çatdırılıb ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə yorulmadan apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Görkəmli alimin elmi fəaliyyətinin nəticələri 150-dən artıq əsərdə, 10 monoqrafiyada, həkimlər üçün dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodiki tövsiyələrdə əksini tapıb. Göz xəstəlikləri üzrə elmi-tədqiqat işləri akademik Zərifə xanım Əliyevaya böyük şöhrət gətirib və onu dünyada məşhurlaşdırıb.
Bildirilib ki, fundamental elmi tədqiqatları ilə oftalmologiyanın inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olub. Akademik Zərifə xanım Əliyeva həm də böyük ictimai iş aparıb, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik” Cəmiyyətinin İdarə Heyətinin üzvü olub, əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Tədbirin sonunda rejissor Vaqif Mustafayevin "Heydər Əliyev. Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş etdirilib.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!