Akademik Nizami Cəfərov: Vaqifin məqbərəsi Şuşanın azadlığının rəmzi olacaq
Dünən Vaqif Poeziya Günlərinin açılışı oldu. Azərbaycan Prezidenti açılış mərasimində çıxış etdi. Bizim böyük sənətkarlarımız danışdılar. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi artıq hazırdır. Bu məqbərə bizə tarixən qurur verən çox mətləbləri özündə yaşadır. Məqbərə vaxtilə olduğu kimi, bundan sonra da Şuşanın rəmzlərindən biri olacaq. Həm də bu məqbərə Şuşanın azadlığının rəmzi olacaq. Bu azadlıq əbədi olacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, akademik Nizami Cəfərov söyləyib.
Nizami Cəfərov deyib: “Vaqif Poeziya Günləri çərçivəsində keçirilən müxtəlif tədbirlərdə şairlərimiz şeirlər dedilər, Vaqifin yaradıcılığı, dövrü, tarixi ilə bağlı alimlər öz fikirlərini bildirdilər.
Biz Şuşaya Zəfər yolu ilə gəldik. Bu, bizim hərbi qələbəmizin nəticəsidir. Bu qələbənin arxasınca iqtisadi qələbələr gəlir. Təbii ki, mənəvi, ruhi qələbələrdən, milli şüurdan kənarda bu qələbələr də olmaz. Bu, dövlətimizin siyasəti ilə davam etdirilir. Nə qədər ki, bizim torpaqlarımızda dahilər mövcuddur və biz onlar haqqında düşünürük, danışırıq, onların yaradıcılığını öyrənirik, bu, bizim müstəqilliyimizə köməkdir, arxadır. Əminəm ki, keçirilən bu görüşlər azərbaycanlıların yadından çıxmayacaq. Bütün dünya görür ki, Azərbaycan xalqı öz dahilərinə hansı münasibəti göstərir, hansı mədəniyyətin sahibidir. Azərbaycan xalqı əlinə imkan düşən kimi tikir, qurur, yaradır. Bu gün görülən işlər ümumi böyük işin, böyük zəfərin tərkib hissəsidir, onun mükəmməlləşməsidir, həmişə də belə davam edəcək. Çünki Azərbaycan xalqının təbiəti, ruhu yalnız qurmaq, yaratmaq, dünyada harmoniya formalaşdırmaqdır”.
Vaqif Poeziya Günləri çərçivəsində keçirilən simpoziumdan söz açan akademik deyib: “Bu simpozium ədəbiyyat söhbətləri ilə bağlı idi. Ədəbiyyat təkcə ədəbiyyat deyil, həm də bir xalqın varlığıdır, düşüncəsidir. Ulu öndər Heydər Əliyevin siyasəti ədəbiyyat, mədəniyyət məsələlərinə xüsusi təsir göstərib. Ona görə də biz Ümummilli Liderimizi həm də ədəbiyyat yaradan bir şəxsiyyət kimi qəbul edirik. Bugünkü simpoziumda, həmçinin Prezident İlham Əliyevin gördüyü işlərdən bəhs olundu. Görülən işlər bizim ədəbiyyatımızda daha dərindən təbliğ olunmalıdır. Xalqımızın mübarizəsi tərənnüm edilməlidir. Çünki xalqımız ədəbiyyata qarşı çox həssasdır”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!