18 Dekabr 2025 08:40
460
CƏMİYYƏT
A- A+
Ailə hüququnda aliment institutunun müasir tələbləri

Ailə hüququnda aliment institutunun müasir tələbləri


Boşanma hüquqi fakt kimi valideyn məsuliyyətini aradan qaldırmır 


Müasir Azərbaycan cəmiyyətində ailə münasibətlərinin transformasiyası fonunda boşanma halları artmaqdadır. Lakin hüquqi baxımdan vacib olan məqam ondan ibarətdir ki, nikahın pozulması valideynlərin uşaqları qarşısında öhdəliklərinə xitam vermir. 

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, bu ilin yanvar-oktyabr aylarında boşanmaların sayı 17 mini keçmiş, eyni dövrdə bağlanan nikahların sayı isə təxminən 40 min olmuşdur. Bu statistik göstəricilər bir daha sübut edir ki, ailə hüququnun ən həssas seqmenti - uşağın hüquqi və sosial müdafiəsi məsələsi xüsusi diqqət tələb edir.

Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment öhdəlikləri əsasən valideynin rəsmi gəlirindən müəyyən edilmiş faiz nisbində tutulur. Bu yanaşma hüquqi texniki baxımından sadə olsa da, uşağın mənafeyinin tam təmin edilməsinə həmişə imkan vermir. Aliment ödəyicisinin real gəlirlərinin rəsmi gəlirlərdən kəskin fərqlənməsi, gəlirlərin qəsdən gizlədilməsi və ya formal minimum əməkhaqqı səviyyəsində göstərilməsi kimi hallar nəticəsində  aliment institutu uşağın mənafeyini təmin edən hüquqi mexanizm olmaqdan çıxaraq formal icra olunan öhdəliyə çevrilir. Əslində isə uşağın mənafeyi - aliment hüququnun əsas meyarı olmalıdır.

Ailə hüququnun fundamental prinsiplərindən biri uşağın üstün mənafeyinin təmin edilməsidir. Bu prinsip həm Azərbaycan Respublikasının konstitusiyasında, həm də beynəlxalq hüquq normalarında öz əksini tapmışdır.  Bu baxımdan, aliment mexanizminin islahatı sərtləşmə deyil, normativ yanaşmanın yenilənməsi kimi qiymətləndirilməlidir.


Uşağa baxılması üçün minimum təminat standartı


Hüquqi baxımdan Ailə Məcəlləsində uşağa baxılması üçün minimum təminat standartı anlayışı ayrıca təsbit edilməsi məqsədəuyğundur. Bu standart yaşayış minimumundan aşağı olmamaqla yanaşı, həm uşağın sağlamlığı, təhsili, inkişafı və gündəlik ehtiyacları ilə bağlı real xərcləri əhatə etməli, həm də valideynin rəsmi gəlirindən asılı olmayaraq, təmin olunmalıdır. Uşağın maddi təminatı valideynin gəlirlərini gizlətməsi və ya süni şəkildə azaltması ilə risk altına düşməməlidir.

Məhkəmə təcrübəsində vahidliyin təmin edilməsi məqsədilə alimentlərin hesablanması üçün oriyentir xarakterli hüquqi bələdçilər - uşağın yaşı və sayı, valideynin maliyyə imkanları və s. bu kimi meyarları nəzərə alaraq məhkəməyə hüquqi istiqamət verə bilər. Belə mexanizmlər bir sıra Avropa ölkələrində uğurla tətbiq olunur və məhkəmənin mülahizə səlahiyyətini məhdudlaşdırmadan hüquqi sabitlik yaradır.

Normativ dəyişikliklər çərçivəsində məhkəmənin aliment məbləğini müəyyən edərkən uşağın nikahın pozulmasına qədərki həyat səviyyəsi, təhsil və sosial mühitinin dəyişdirilməsinin uşaq üçün yaratdığı risklər və sağlamlıqla bağlı xüsusi halların  nəzərə alınması birbaşa öhdəlik kimi təsbit edilməlidir. Bu yanaşma alimenti sadə hesablamadan hüquqi müdafiə alətinə çevirir.


Ödəmə qabiliyyətinin qiymətləndirilməsi


Ailə hüququnun icrasında ən ciddi problemlərdən biri aliment ödəyicisinin süni ödəmə qabiliyyətsizliyini göstərmək hallarının artmasıdır. Əmlakı, biznes fəaliyyəti və yüksək xərcləri olan şəxsin rəsmi olaraq işsiz və ya minimum gəlirli görünməsi hüquqi ədalət prinsipinə ziddir və birbaşa uşağın hüquqlarını pozur. Odur ki, məhkəməyə alimenti müəyyən edərkən ödəyicinin həyat tərzini, faktiki xərclərini, mülkiyyət və kommersiya fəaliyyətini nəzərə almaqla qiymətləndirilmiş gəlir modelini tətbiq etmək səlahiyyəti verilməlidir. Bu yanaşma beynəlxalq ailə hüququ təcrübəsinə də uyğundur.


Aliment qərarlarının icrasında institusional yeniliklər


2026-cı il yanvar ayının 1-dən etibarən Azərbaycanda özəl icra məmurları institutunun tətbiqi aliment qərarlarının icrasında yeni mərhələdir. Lakin bu mexanizmin effektivliyi yalnız o halda təmin edilə bilər ki, icra orqanlarının bank və vergi məlumatlarına operativ çıxışı olsun, məlumatların gizlədilməsinə görə məsuliyyət mexanizmləri gücləndirilsin.

Qeyd edilməlidir ki, aliment hüququnun tətbiqi sahəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyi artıq formalaşmışdır və məhkəmələr üçün hüquqi istiqamət rolunu oynayır. Belə ki, Ali Məhkəmə Plenumunun izahlarına əsasən, valideynin nikahın pozulmasından sonra uşağı qarşısında aliment öhdəliyi onu əmək vəzifəsindən azad etmir və aliment məbləğinin müəyyən edilməsi formal yanaşma ilə məhdudlaşmamalıdır.

Plenumun hüquqi mövqeyinə görə, "Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olmalı və bu zaman yalnız bir tərəfin deyil, hər iki valideynin ailə və maddi vəziyyəti hərtərəfli öyrənilməlidir". Ali Məhkəmə xüsusi vurğulayır ki, məhkəmələr aliment məbləğini müəyyən edərkən valideynlərin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyətini, ayrı yaşadıqları müddətdə uşağa baxılması üçün könüllü qaydada ödənilmiş vəsaitləri və həmin ödənişlərin dayandırıldığı vaxta qədər uşağın faktiki təminat səviyyəsini nəzərə almalıdırlar. Eyni zamanda plenumun mövqeyinə əsasən uşağın əlavə ödəniş hesabına məktəbəqədər tərbiyə müəssisəsinə, ödənişli ümumtəhsil məktəbinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə davam edib-etməməsi aliment məbləğinin müəyyən edilməsi zamanı hüquqi baxımdan əhəmiyyətli hal kimi qiymətləndirilməlidir.

Bu yanaşma onu göstərir ki, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqe alimenti yalnız minimum təminat mexanizmi kimi deyil, uşağın nikah dövründə formalaşmış sosial, təhsil və inkişaf mühitinin qorunmasına xidmət edən hüquqi alət kimi qəbul edir. Lakin vacib məqam ondan ibarətdir ki, bu prinsip Ailə Məcəlləsində hələlik sistemli və birbaşa normativ ifadəsini tapmamışdır və əsasən məhkəmə təcrübəsi vasitəsilə tətbiq olunur. Bu isə qanunvericilikdə müvafiq dəyişikliklərin zəruriliyini bir daha aktuallaşdırır.

Aliment hüququ valideynlər arasında mübahisə predmeti deyil. Bu institut uşağın hüquqlarının təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində bu istiqamətdə islahatlar sosial ədalətin, hüquqi sabitliyin və uşağın üstün mənafeyinin qorunmasına xidmət etməklə yanaşı, gələcəkdə aliment öhdəliklərinin icrasında daha şəffaf və effektiv mühitin yaradılmasına imkan verəcək.


Vüsalə MURADXANLI,

Azərbaycan Uşaq Fondunun direktoru, Vəkillər kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!