16 May 2025 08:30
366
CƏMİYYƏT
A- A+
"Ailə dəyərlərimizə gənclərin baxışı" mövzusunda tədbir keçirilib 

"Ailə dəyərlərimizə gənclərin baxışı" mövzusunda tədbir keçirilib 


Mayın 15-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Ailə dəyərlərimizə gənclərin baxışı" mövzusunda tədbir keçirilib.  Tədbir iştirakçıları öncə Aİİ nəzdində fəaliyyət göstərən "İslam incəsənəti" dərnəyi tərəfindən hazırlanmış "Ailə dəyərləri İslam incəsənətinin gözü ilə" sərgisi ilə tanış olublar.

Açıq dərs formatında davam edən tədbirdə ali təhsil müəssisəsinin tələbələri islamda ailə dəyərləri, uşaq tərbiyəsi, ailə institutunun ictimai əhəmiyyəti, erkən nikahın qarşısının alınmasında təhsilin rolu mövzularında təqdimatlarla çıxış ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tələbələrin nümunəvi çıxışlarını, xüsusilə aktual problemlərdən  olan erkən nikahın fəsadlarının qabardılmasını müsbət hal kimi dəyərləndirib. Gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiq, cəmiyyətin tərəqqisinə, dövlətimizin inkişafına töhfə verəcək şəxsiyyət kimi yetişdirilməsinin önəmli olduğunu diqqətə çatdırıb.  Komitə sədri açıq dərsin bu formatda keçirilməsinin tələbələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tələbələrin çıxış etdikləri mövzuların aktuallığını vurğulayıb, cəmiyyətə ötürmək istədikləri mesajların xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, tələbələr mühazirələrdə ənənə və müasirliyi bir araya gətirərək, ailə dəyərlərimizi təqdim etdilər.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva tələbələrin çıxışlarını yüksək qiymətləndirib. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mövzunun aktuallığını və həssaslığını nəzərə alsaq, belə bir açıq dərsin keçirilməsi təqdirəlayiqdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva tələbələrin təhsil aldıqları müddətdə göstərdikləri ictimai-sosial aktivliyin önəminə toxunaraq, dini sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının  vacibliyini vurğulayıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa müxtəlif ixtisaslar üzrə təhsil alan  tələbələrin fərqli mövzularda  araşdırmalarını, o cümlədən tədqiqatları zamanın tələbinə uyğunlaşdırmaq səylərini yüksək qiymətləndirib. Tələbələrin müstəqil şəkildə öz fikirlərini ifadə etmələrində esse müsabiqələrinin əhəmiyyətini vurğulayan millət vəkili gənclərə tövsiyələrini verib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov gənclərimizin milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin maarifləndirilməsi istiqamətində səylə çalışmalarının gələcək fəaliyyətlərində özünü biruzə verəcəyinə əminliyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev ailə işinin fərdi, ictimai, eyni zamanda dövlət məsələsi olduğunu vurğulayıb.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov çıxış edərək, tədbirdə iştirak edən dövlət və hökümət nümayəndələrinə təşəkkür edib. Tələbələrin açıq dərsdə sərbəst, səlis nitqinə, maraqlı təqdimatlarına görə minnətdarlığını bildirib. Qeyd edib ki, institutun əsas məqsədi vətəninə, xalqına layiq, məntiqi təfəkkürü formalaşmış, zəngin dünyagörüşlü, yüksəkintellektli kadrların hazırlanmasıdır.

Tədbirdə "Ailə dəyərlərimizə gənclərin baxışı" mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri və iştirakçıları, həmçinin sərginin hazırlanmasında və açıq dərsdə fəallıq göstərənlər təltif olunublar.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!