03 İyun 2026 20:03
356
CƏMİYYƏT
A- A+
AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir  

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir  


İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir. Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndə heyətləri təmsil edir.

AHİK-dən bildirilib ki, Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində bir sıra görüşlər keçirib.

Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyətləri Bürosunun (ACTRAV) direktoru Oliver Röpke ilə görüşdə işçilərin hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, gender bərabərliyinin təşviqi, birgə təlim proqramları və institusional potensialın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs olunub.

Konfederasiya sədri Sahib Məmmədov BƏT-lə uzunmüddətli və səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanın BƏT-in 60 konvensiyasını və bir protokolunu ratifikasiya etməsi ölkədə beynəlxalq əmək standartlarının tətbiqinə və əmək münasibətlərinin müasir tələblərə uyğun tənzimlənməsinə verilən önəmin göstəricisidir. Bütün bunlar isə AHİK-lə BƏT arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.

Görüşdə AHİK və ACTRAV arasında 2025-ci ildə təhsil sahəsində imzalanmış Əməkdaşlıq haqqında Bəyannamədən irəli gələn məsələlərin icrası, həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb, gələcək əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

AHİK nümayəndələri tədbir çərçivəsində Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Sergey Bızovla da görüşüblər.

Görüşdə Azərbaycan və Ukraynanın həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin olunması sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.


Nərminə ƏSGƏROVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!