Ağıllı qapı zəngləri
Son zamanlara qədər qapı zənginin “vəzifəsi” evimizə gələn barədə bizi xəbərdar etmək idi. Texnologiyanın sürətli inkişafı, kamera və mobil tətbiq dəstəyi ilə onlar artıq tam təhlükəsizlik platformasına çevrilib. “Amazon” və “Google” kimi aparıcı şirkətlər isə daha da irəli gedərək “ağıllı” qapı zənglərini yaradıblar. Onların yeni imkanları hər birimizi təəccübləndirəcək.
Yeni nəsil qapı zənglərinin batareyalarla işləyən və Wi-Fi şəbəkəsinə qoşulan növləri var. Onları quraşdırmaq olduqca asandır. Zəngləri qapımızın xaricində istənilən yerə yerləşdirə və ya bərkidərək asanlıqla istifadə edə bilərik. Canlı görüntü, video çəkim, hərəkət və səs həssaslığı da onların sahib olduğu xüsusiyyətlərdir. Cihaz xüsusi proqram vasitəsilə mobil telefona və ya kompüterə qoşulur. Simsiz alətin yeganə mənfi cəhəti onun batareyalarını tez-tez dəyişdirmək və ya yenidən doldurmaqdır.
Yeni qapı zəngi ziyarətçilərinizi salamlaya və yönləndirə də bilir. Hətta qapıya çatmamış gələnlər haqqında məlumat da verir. Tez-tez “gördüyü” insanları isə üzdən tanıyır.
Evdə olmasanız belə qapını açıb-bağlayacaq... O hətta qaranlıqda rəngləri seçəcək. Qapı zəngi “ağıllı” evinizi idarə də edə bilər. Onu evdəki enerji sisteminə qoşaraq oğurluq zamanı mənzildə adam olıduğunu simulyasiya da etmək mümkündür. Belə ki, qapı zəngi aktivləşəndə və ya çalınanda, kimsənin qapıya doğru irəlilədiyini görəcək, içəridə işıqları yandıracaq.
Bunlar hələ hamısı deyil. Uzaqda olsanız, tətbiqiniz vasitəsilə qapınızı istədiyiniz şəxsə aça biləcəksiniz. Hərəkəti qəbuletmə xüsusiyyəti və “ağıllı” qapı zənglərinin ultra həssas texnologiyası sayəsində kimsə qapıya yaxınlaşıb zəngə toxunmasa belə, o, işə düşəcək. Bu da təmas olmadığı üçün xəstəliklərin və mikrobların yayılmasının qarşısını almaq məqsədi daşıyır.
“Ağıllı” qapı zəngi qonaqlarınızı üşümədən belə qoruyacaq. Belə ki, sahib gələnə qədər gözləyənlər soyuq havalarda üşüməsin deyə qapı bir metr məsafəni isidəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!