30 İyun 2024 08:10
1237
İQTİSADİYYAT
A- A+
Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci olacaq

Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci olacaq

 

Hər bir ölkənin dayanıqlı inkişafı və əhalinin sosial rifahının təminatında sənayenin xüsusi yeri və payı var. Bu baxımdan, respublikamızda həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən birinin Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə çevirmək olması təsadüfi deyil.
Sözügedən istiqamətdə Azərbaycanda konkret addımlar atılır, əməli tədbirlər görülür. Qısa vaxtda 6 sənaye parkı və 4 sənaye məhəlləsinin yaradılması, onların fəaliyyətinin təşkili, idarə olunması həmin tədbirlərdəndir. Artıq nəticələrdən də danışmaq olar: indiyədək sənaye zonalarına yerli və xarici investorlar tərəfindən 6,4 milyard manatdan çox sərmayə yatırılıb, bu zonalarda 108 müəssisə rezident kimi qeydiyyatdan keçib, 60-dan artıq istehsal sahəsi yaradılıb. Bu zonalarda investorlar üçün yaradılan münbit şərait xarici sahibkarları da özünə cəlb edir. Belə ki, sənaye zonalarında fəaliyyət göstərən müəssisələrdən 5-dən çoxu xarici investorlara məxsusdur. Növbəti illər isə sənaye zonalarındakı mövcud layihələrə sahibkarlar tərəfindən 450 milyon manatdan çox investisiya yatırılması proqnozlaşdırılır. Bütün bunların sayəsində həmin zonalarda istehsal edilən sənaye məhsullarının çəkisi və çeşidi artır. Son məlumata görə, sənaye zonalarında 7,17 milyard manatlıqdan çox məhsul istehsal edilib, həmin məhsulların 2,3 milyard manatlığı ixrac olunub.
İşğaldan azad olunan ərazilərin yenidən qurulması, burada dağıdılmış infrastrukturun bərpası və yurdlarından didərgin düşmüş soydaşlarımızın doğma yerlərə qayıtması üçün bu gün Qarabağ və Şərqi Zəngəzurda nəhəng layihələr icra edilir. Dövlətin strateji hədəfində bu iki regionun həm də iqtisadi cəhətdən inkişafı durur. Artıq müəyyən işlər də görülüb. İşğaldan azad olunan ərazilərdə "yaşıl enerji"nin istehsalı üçün su, günəş və külək- elektrik stansiyaları tikilir, paralel olaraq sənaye zonaları salınır, orada sahibkarların rahat və maneəsiz fəaliyyət göstərmələri üçün əlverişli biznes və investisiya mühiti yaradılır. Parkların rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, o cümlədən istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bununla yanaşı, rezidentlər dövlət vəsaiti hesabına hazır infrastruktur sistemi ilə təmin edilirlər.
Dövlət başçısının 10 dekabr 2021-ci ildə imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən, bu ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin bu ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətləri (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi kimi əlavə güzəştlərin də verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Artıq Sənaye Parkının 60 faizdən çox hissəsi dolub və bu ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib. Ümumiyyətlə, əvvəllər yaradılan sənaye zonaları kimi, Ağdam Sənaye Parkına da sahibkarlar böyük maraq göstərirlər. Onu da xüsusi vurğulayaq ki, Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı Ağdam Sənaye Parkına məxsusdur.
Parkda ümumi investisiyalarının həcmi 200,6 milyon manatdan çox olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara qeyri-rezidentlik statusu verilib. Bu 29 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 1900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
Hazırda Sənaye Parkında bir çox rezidentlər tərəfindən tikinti-quraşdırma işləri tam başa çatdırılıb və onların yaxın zamanlarda fəaliyyətə başlamaları gözlənilir. Bəzi rezidentlər tərəfindən isə tikinti-quraşdırma işləri aparılır. Onların bir çoxunun cari ildə yekunlaşması planlaşdırılıb.
Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, həmçinin müxtəlif növ dəmir yolu avadanlıqlarının, divar kağızlarının, ayaqqabıların istehsalı  müəssisələrinin cari il fəaliyyətə başlaması nəzərdə tutulub.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

Qarabağın dağlarına yeni yol çəkilir

17:33
05 Oktyabr

Azərbaycan neftinin İsveçrəyə ixracı 3 dəfə artıb

17:32
05 Oktyabr

Zəngilanda “Sarıqışlaq”ın iki illik enerji salnaməsi

17:26
05 Oktyabr

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:25
05 Oktyabr

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

17:24
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!