28 Mart 2026 11:18
213
CƏMİYYƏT
A- A+
Ağdam Sənaye Parkı: Dayanıqlı məşğulluğun və sosial rifahın ünvanı 

Ağdam Sənaye Parkı: Dayanıqlı məşğulluğun və sosial rifahın ünvanı 

İşğal dövründə dağıdılaraq xarabalığa çevrilən Ağdam şəhəri bu gün yenidən qurulur, dirçəlir və ölkənin iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. Həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, doğma yurdlarına qayıdan sakinlərin dayanıqlı məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdəndir. Bu baxımdan İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetməsində olan Ağdam Sənaye Parkı həm iqtisadi inkişafın, həm də keçmiş məcburi köçkünlərin sosial rifahının təminində mühüm rol oynayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rezidentlərinin sayına görə ölkənin ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkında 30 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 149,67 milyon manat investisiya yatırılıb, 13 müəssisə fəaliyyətə başlayıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə yerli sakinlərin işlə təmin olunmasına xüsusi diqqət yetirilir. Xüsusilə doğma torpaqlarına qayıdan Ağdam sakinlərinin məşğulluğa cəlb olunması burada həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.

Ağdam Sənaye Parkında fəaliyyət göstərən “BAFCO İnvest” MMC-nin ayaqqabı fabrikində istehsal üzrə direktor müavini Musa Alızadə bildirib ki, hazırda müəssisədə 70-dən çox işçi çalışır və əməkdaşların böyük əksəriyyəti keçmiş məcburi köçkünlərdir: “Fabrikdə əməkdaşların 90 faizindən çoxu keçmiş məcburi köçkünlərdir. İşə qəbul zamanı dövlətimizin köç siyasətinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə yenidən qurulan kəndlərdən və Ağdam şəhərindən olan sakinlərə daha çox üstünlük veririk. İstehsal gücü artırıldıqca doğma yurda qayıtmış Ağdam sakinlərinin işə cəlb olunması daha da genişləndiriləcək”.

Sənaye parkında yaradılan iş yerləri yalnız iqtisadi deyil, sosial baxımdan da mühüm əhəmiyyət daşıyır. Ağdam sakinləri üçün doğma torpaqda yaşamaq və işləmək illərin həsrətindən sonra yeni bir həyatın başlanğıcı kimi qiymətləndirilir.

Fabrikdə mütəxəssis kimi çalışan Şəmistan Rüstəmov doğma şəhərində yaşayıb işləməyin sevincini bölüşərək deyib: “İki ilə yaxındır ki, burada çalışıram. Eyni zamanda, dədə-baba yurdumuz olan Ağdam şəhərinə köçmüşük. Doğma torpağımızda yaşadığım və işlədiyim üçün xoşbəxtəm. Əvvəllər Ağdam haqqında eşidirdik, indi isə burada yaşayırıq, işləyirik, karyera qururuq”.

Ağdama qayıdan sakinlər üçün yaradılan şərait onların sosial rifahına da müsbət təsir göstərir. Kəngərli kənd sakini Günay Məmmədova diqqətə çatdırıb ki, dövlət tərəfindən həm yaşayış, həm də məşğulluq məsələləri diqqətdə saxlanılır: “May ayında doğma yurdumuza köçmüşük. Dövlətimiz bizi burada işlə təmin edib. Çox sevinirəm ki, həm evlə, həm də işlə təmin olunmuşam. Hər şeydən məmnunam”.

Beləliklə, Ağdam Sənaye Parkı bu gün yalnız istehsal məkanı deyil, həm də qayıdışın sosial-iqtisadi dayaqlarından biri kimi çıxış edir. Burada yaradılan hər bir iş yeri doğma torpaqlara qayıdan insanlar üçün sabit gəlir və gələcəyə inam deməkdir.

Sürətlə inkişaf edən sənaye zonası yaxın illərdə daha çox müəssisənin fəaliyyətə başlaması ilə regionun iqtisadi potensialını daha da artıracaq. Sənaye müəssisələrində yeni iş yerlərinin açılması isə öz növbəsində Böyük Qayıdış prosesinə əlavə təkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın Odessa şəhərinə kütləvi dron hücumları olub, ölənlər və xəsarət alanlar var

14:21
28 Mart

Cənubi Koreya və ABŞ dronların iştirakı ilə birgə təlimlər keçirib

14:19
28 Mart

Sabah gündüz Bakıda yağıntılar tədricən kəsiləcək  

14:18
28 Mart

NİİM hərəkət iştirakçılarına müraciət edib

14:17
28 Mart

Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib

14:01
28 Mart

Gürcüstanın yol şəbəkəsini Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən layihə ilə bağlı yenidən tender elan olunub  

13:41
28 Mart

DİN: 763 çağırışa reaksiya verilib

13:29
28 Mart

FHN: 42 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib

13:13
28 Mart

Azərbaycan neftinin qiyməti 124 dolları ötüb

12:35
28 Mart

Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası və Komitələri yaradılacaq  

12:34
28 Mart

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 

12:31
28 Mart

Azərbaycan təhlükəsizlik orqanları 107

12:31
28 Mart

Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 440 faizidir – FAKTİKİ HAVA

12:04
28 Mart

Ağdam Sənaye Parkı: Dayanıqlı məşğulluğun və sosial rifahın ünvanı 

11:18
28 Mart

“Euronews”da Azərbaycan Su İdman Növləri Federasiyası haqqında reportaj yayımlanıb  

11:09
28 Mart

İraq və ABŞ hücumların qarşısını almaq üçün birgə komitə yaradıb  

10:46
28 Mart

ADY yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərlə bağlı müvafiq tədbirlər görür  

10:32
28 Mart

BMT Hörmüz boğazı vasitəsilə xammal daşınması üçün yeni mexanizmlər hazırlayır  

10:26
28 Mart

FHN: Subasma ilə əlaqədar 33 nəfər təxliyə edilib - YENİLƏNİB 2

09:29
28 Mart

Yaxın Şərqdəki vəziyyət neftin və qazın qiymətini kəskin artırıb

09:14
28 Mart

Hidrometeorologiya Xidməti: Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 faizini təşkil edir - YENİLƏNİB  

22:28
27 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!