11 Avqust 2022 00:43
345
CƏMİYYƏT

Ağcabədililərdən nümunə olacaq xeyirxah təşəbbüs

 

Hər yerdə olduğu kimi, Ağcabədidə də bir sıra  məscidlərdə Aşura  mərasimləri keçirilib. İnsanlar məscidlərə gəlib dini ayinləri icra ediblər. 
Rayonun Mehrablı kəndinin sakinləri isə bu mərasimə fərqli yanaşıblar. Onlar həmin gün məscidin qarşısındakı nəzir qutusuna topladıqları vəsaitin nəyə sərf ediləcəyini əvvəlcədən biliblər. Elə ona görə də kənddə bu xeyirxah təşəbbüsdən kənarda qalan olmayıb. 
Bizdən isə onu qeyd etmək qalır ki, Mehrablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, yerli bələdiyyə və kənd ağsaqqalları Teymur İmanov, Baba İmanov və Əkbər Səfərovun xeyirxah təşəbbüsü ilə Aşura günü nəzir qutusuna yığılan məbləğ 2 övlad anası, qaraciyər xəstəliyindən əziyyət çəkən  N.Məmmədovanın müalicəsinə sərf olunacaq.  
Nə demək olar, nümunə götürüləsi təşəbbüsdür.

Lazım QULİYEV,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video