03 Oktyabr 2022 15:54
631
Elm və texnika
A- A+

Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyaların Baş katibləri Füzuliyə və Şuşaya səfər ediblər

 

ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlim proqramının iştirakçıları Füzuliyə və Şuşaya səfər ediblər.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının Baş katiblərindən ibarət qrup əvvəlcə Füzuli şəhəri ərazisində yerləşən və işğal zamanı dağıntılara məruz qalmış abidələr və şəhər mərkəzi ilə tanış olublar. Eyni zamanda, Füzulinin Merdinli kəndindəki məscid işğala məruz qalmış ərazilərimizdə mədəni abidələrə qarşı törədilmiş vandalizm aktları barədə ümumi təəssürat yaradıb. Daha sonra mədəniyyət paytaxtımız olan Şuşada Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün büstləri də daxil olmaqla bir sıra tarixi-mədəni abidələrin yerləşdiyi ərazilərə baş çəkiblər.

Şuşada aparılan quruculuq işləri ilə yaxından tanış olan qonaqlar Gövhərağa məscidinin və digər abidələrin tarixi ilə bağlı məlumatlandırılıb, Cıdır düzündən açılan panoramik mənzərəni seyr edərək bu səfəri əks etdirən fotolar çəkiblər. Proqram iştirakçıları 30 il ərzində dağıntıdan əziyyət çəkən şəhərin qısa zamanda yenidən qurulmasını tarixi hadisə kimi qiymətləndiriblər. Onlar şahid olduqları dağıntılarla bağlı Azərbaycan həqiqətlərini təmsil etdikləri regionda geniş şəkildə təbliğ edəcəklərini diqqətə çatdırıblar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları ziyarətçilərin nəzərinə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Bildirilib ki, təməli Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulan şəhərin 270 illiyi ölkə miqyasında qeyd edilir.

Xatırladaq ki, Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən həyata keçirilən təlim proqramı çərçivəsində ölkəmizə səfər ediblər. Oktyabrın 8-i başa çatacaq Proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video