11 Fevral 2026 13:00
175
CƏMİYYƏT
A- A+
Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək

Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək


Fevralın 14-də və 15-də paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiya ilə birlikdə sökülərək yerində yenisinin quraşdırılması işləri görüləcək.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən fevralın 14-ü saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində, fevralın 15-də isə həmin saatlarda “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcəklər. Eyni zamanda, sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Qeyd olunub ki, məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransa mediası ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərindən yazır  

13:43
11 Fevral

Levan Mamaladze: ABŞ Vitse-prezidentinin Azərbaycana və Ermənistana səfəri regionun inkişafına müsbət təsir göstərəcək  

13:31
11 Fevral

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib YENİLƏNƏCƏK

13:26
11 Fevral

Bakı və Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb  

13:14
11 Fevral

“AzerGold” 11 ildə Azərbaycan iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib  

13:12
11 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək

13:11
11 Fevral

Emmanuel Makron ABŞ-la uzunmüddətli ticarət müharibəsi barədə xəbərdarlıq edib  

13:09
11 Fevral

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib  

13:07
11 Fevral

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

13:05
11 Fevral

"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxarılır

13:04
11 Fevral

“Financial Times”: Zelenski fevralın 24-də prezident seçkiləri ilə bağlı qərarını elan edəcək

13:03
11 Fevral

DİN: Yollarda təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür

13:02
11 Fevral

Ukraynanın kritik infrastrukturuna zərbələrdən ən çox hamilə qadınlar və körpələr təsirlənir

13:01
11 Fevral

Gürcüstan mediası Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə görüşünü geniş işıqlandırıb

13:00
11 Fevral

Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək

13:00
11 Fevral

Ağsu aşırımında buzlaşma: İki avtomobil aşıb  

12:59
11 Fevral

ABŞ-da terror şübhəsi ilə 1400-dən çox miqrant saxlanılıb

12:52
11 Fevral

Lerikdə qarın hündürlüyü 25 santimetrə çatıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib

12:51
11 Fevral

Naxçıvanda fevral ayının pensiyaları ödənilib

12:50
11 Fevral

Dünya birjalarında neft bahalaşıb

12:48
11 Fevral

Azərbaycan və Türkiyə arasında innovasiya sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb   

12:17
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!