27 Aprel 2026 09:32
177
CƏMİYYƏT
A- A+
ADSEA: Kür çayında suyun səviyyəsi enir, fəsadların qarşısı alınır

ADSEA: Kür çayında suyun səviyyəsi enir, fəsadların qarşısı alınır


Mart ayının sonlarından etibarən respublikanın əksər bölgələrində müşahidə olunan intensiv yağıntılar nəticəsində transsərhəd və daxili çaylarda sululuq səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may–iyun aylarında daxil olacaq su həcminin artacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə aprelin 13-dən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kubmetr, aprelin 17-dən isə 700 kubmetr su buraxılması qərara alınıb.

Eyni zamanda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay vasitəsilə daxil olan suyun həcmi artıb. Yağıntılar səbəbindən nasos stansiyalarının fəaliyyətinə ehtiyac yaranmayıb. Nəticədə bəzi rayonların lokal ərazilərində çayın köməkçi bəndlərindən sızmalar qeydə alınıb, mühafizə zonasında yerləşən bir neçə yaşayış evinin həyətyanı sahələri və örüş torpaqları qismən su altında qalıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a bildirilib ki, mövcud vəziyyət nəzərə alınaraq mümkün fəsadların qarşısının alınması məqsədilə Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və mütəxəssisləri ərazilərə ezam olunub, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə qabaqlayıcı tədbirlər görülüb.

Ölkədə su ehtiyatlarının səmərəli idarə olunması məqsədilə Prezidentin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın aprelin 23-də keçirilmiş iclasında Mingəçevir su anbarının iş rejiminə gündəlik nəzarətin gücləndirilməsi və həftəlik rejimlərin təsdiqi ilə Kür çayının aşağı axınına suyun buraxılması barədə qərar qəbul olunub.

Aprelin 24-dən etibarən Kür çayında su səviyyəsinin tədricən azalması müşahidə olunur və müxtəlif ərazilərdə bu azalma 30–105 santimetr arasında dəyişir. Hazırda çay məcrası ilə suyun maneəsiz şəkildə Xəzər dənizinə axıdılması təmin edilir. Su basma riski ilə əlaqədar təhlükəsiz ərazilərə köçürülmüş nasos aqreqatları və avadanlıqlar yenidən quraşdırılır, su basmış sahələrdən suyun kənarlaşdırılması prosesi davam edir.

Hazırda əhali normal təsərrüfat fəaliyyətini bərpa edir və görülən operativ tədbirlərə görə aidiyyəti qurumlara minnətdarlığını bildirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir

12:15
27 Aprel

ABŞ Filippinə bir müddət Rusiyadan neft almağa icazə verib

12:14
27 Aprel

Çinin təmiz enerji ixracı rekord səviyyəyə çatıb

12:13
27 Aprel

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

12:00
27 Aprel

Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

11:48
27 Aprel

Ötən həftə 62 mina və 621 digər partlayıcı sursat zərərsizləşdirilib

11:47
27 Aprel

CNN: Ağ Evdə son atışma ilə əlaqədar təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilir

11:45
27 Aprel

Hesabat: Asiya ölkələrinin müdafiə xərcləri rekord səviyyəyə çatıb  

11:44
27 Aprel

“Morgan Stanley”: Qlobal neft ehtiyatları sutkada 4,8 milyon barel azalır  

11:43
27 Aprel

WUF13-də iştirak etmək üçün 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib

11:42
27 Aprel

Arxeoloq: Erməni vandalizmi Qarabağda hər yerdə izlənilirdi  

11:40
27 Aprel

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya  

11:39
27 Aprel

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

11:11
27 Aprel

Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb

11:10
27 Aprel

BMT nümayəndəsi: WUF13 çərçivəsində növbəti 10 il üçün əsas prioritetlər müəyyənləşdiriləcək

11:10
27 Aprel

Prezident İlham Əliyevin müəyyən etdiyi sülh gündəliyi beynəlxalq səviyyədə təqdir olunur

11:08
27 Aprel

DSX-nin hərbi qulluqçusu 5-ci dəfə dünya çempionu olub

11:05
27 Aprel

Bakı-Kiyev əlaqələri qarşılıqlı etimada əsaslanır

10:38
27 Aprel

Amnistiya aktı 22 min 935 şəxsə şamil edilib

10:34
27 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:28
27 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:01
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!