24 May 2025 08:27
667
CƏMİYYƏT
A- A+
Adı olub, fəaliyyəti görünməyən "müdafiəçi"lər

Adı olub, fəaliyyəti görünməyən "müdafiəçi"lər


Boşluqlar hansı səbəbdən yaranır və aradan necə qaldırılmalıdır


Hər şey belə başladı


Qəflətən evə qaz verilişi dayandı!

Aprelin soyuq keçdiyi bir ildə çay və xörək hazırlanmasında problem yaşandı, otaqların isidilməsi mümkün olmadı.

Ümid və əminliklə 104, ondan cavab çıxmadıqda isə 185 nömrəli çağrı mərkəzlərinə fasiləsiz zənglər etməyə başladıq!

Aprel ayının 5 və 6-da bütün cəhdlərimiz səmərəsiz olduqdan, yağışlı və soyuqlu günlərdə qazsız qaldıqdan sonra bu vaqeəni "jurnalist araşdırması"na çevirməyi qərara aldıq və səbirlə (başqa əlac yox idi) hadisənin sonunu gözləməyə başladıq.

Bütün cidd-cəhdimiz aprelin 19-da, nəhayət, 14 gündən sonra mavi qaz almağımızla nəticələnəndən sonra baş verənləri "Jurnalist araşdırması" rubrikası ilə "Azərbaycan" qəzetinin 16 aprel 2025-ci il tarixli nömrəsində, (№74 (9819) dərc etdik...

Sonra tənqidi yazını tədbir görülməsi üçün aidiyyəti qurumlara, habelə istehlakçıların hüquqlarını qorumalı olan təşkilatlara göndərdik.

Hansı "operativliklə" baş verən qəza aradan qaldırılmışdırsa, həmin "qaydada" eyni münasibəti əks etdirən tərzdə də tənqidi çıxışımıza cavablar aldıq.

Sən demə, 14 gün vətəndaşın qazsız, soyuqda qalmasında və buna səbəb olan səhlənkarlıq, məsuliyyətsizlik hallarında heç kəsin "təqsiri" yox imiş!

Sanki hər şey belə də olmalıymış!

Əlbəttə, söhbət kiminsə cəzalandırılmasından getmir!

Fakta münasibətdən və vəzifə borcuna məsuliyyətsiz yanaşmadan gedir!

Cavablar suallar doğurur.

Əziz oxucular, indi isə sizi "Azərbaycan"ın tənqidi çıxışına verilən cavablar və məsələnin hüquqi tərəfləri ilə tanış etmək istəyirik.

Redaksiyaya "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər MƏMMƏDOV tərəfindən daxil olmuş cavab məktubunda (Qeyd edək ki, tədbir üçün SOCAR-a ünvanlanan məktubun da "Azəriqaz" İB-yə göndərildiyindən cavab hər iki qurumun mövqeyini ehtiva edir) deyilir:


"Hörmətli Bəxtiyar müəllim!

Rəhbərlik etdiyiniz qəzetin 16.04.2025-ci il tarixli buraxılışında dərc olunan "Abonent qazsız qalıb, "Azəriqaz" isə sayğac axtarır" başlıqlı yazıda qeyd olunan problemlə bağlı SOCAR-ın baş ofisinə və "Azəriqaz" İstehsalat Birliyinə ünvanladığınız məktuba tərəfimizdən baxılmış və aidiyyəti üzrə araşdırılmışdır.

Media qrumu olaraq vətəndaşların qarşılaşdıqları çətinlikləri işıqlandırmanız və həmin məsələlər barədə dövlət qurumlarına məlumat verməyiniz təqdirəlayiqdir. 

Lakin sözügedən yazıda göstərilən məsələyə birtərəfli yanaşma və bəzi nüansların nəzərə alınmaması səbəbilə rəsmi mövqeyimizi və araşdırmanın nəticəsini təqdim edirik.

Araşdırma nəticəsində məlum olmuşdur ki, abonent ona məxsus fərdi mənzildə G-6 markalı qaz sayğacının quraşdırılmasını və istismara qəbul olunmasını istəyir. Bildiririk ki, mövcud imkanlardan istifadə olunaraq abonentin mənzilində G-6 fərdi qaz sayğacı quraşdırılıb və həmin ünvanın qaz təchizatında heç bir problem yoxdur.

İstisna hallar olsa da, əsas hədəfimiz - abonentləri fasiləsiz, təhlükəsiz və dayanıqlı təbii qazla təmin etməklə müştəri məmnunluğuna nail olmaqdır.

Bu məsələyə diqqət ayırdığınız üçün Sizə təşəkkür edir, gələcəkdə "Azəriqaz" İB ilə bağlı yazılar dərc edilməzdən əvvəl Birliyin rəsmi mövqeyinin də öyrənilməsi və yazılarda əks olunmasını arzu edirik.

İB-nin baş direktoru Azər MƏMMƏDOV".


Cavab məktubuna görə təşəkkür edirik.

Qarşıya çıxan bir neçə sualı da yenidən vətəndaşla müqavilə bağlamış təşkilata ünvanlayırıq:

"Birtərəfli yanaşma və bəzi nüansların nəzərə alınmaması"nı səbəb göstərməklə nə nəzərdə tutulur?!

Soyuqlu günlərdə abonent qazsız qoyulur, çağrı telefonları cavab vermir, çağırış qeydə alındıqdan sonra 14 gün ərzində sayğac dəyişdirilmir...

Bizcə, burada əsas nüans "Azəriqaz" İB tərəfindən müqavilə şərtlərinin pozulması və təmirçilərin, sayğac dəyişdirənlərin vəzifə borclarına məsuliyyətsiz yanaşmalarıdır!

Məktubdan isə aydın olur ki, bununla bağlı və gələcəkdə belə halların təkrar edilməməsi üçün heç bir tədbir görülməyib!

Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin cavab məktubunda isə bəzi nəzəri və əməli məsələlərə toxunulsa da, sonda atılan addım barədə konkret bir fakt göstərilmir:


"Vətəndaşın şikayətinə baxılmasının cari statusu ilə bağlı bildiririk ki, müraciət agentlikdə qeydiyyata alınaraq icraata götürülmüşdür. Müraciətə qanuna müvafiq qaydada baxılaraq nəticəsi barədə vətəndaşa rəsmi məlumat veriləcəkdir. 

Sədr Elnur BAGIROV".


Onu da qeyd edək ki, 8 may 2025-ci il tarixində hörmətli sədr Elnur BAĞIROV tərəfindən imzalanan məktub 13 may 2025-ci il tarixində poçta daxil olmuş və 16 may 2025-ci ildə redaksiyaya çatmışdır.

Başqa sözlə, jurnalist araşdırmasının qəzetdə dərcindən keçən bir ay ərzində (hələ hadisənin baş verdiyi müddəti nəzərə almırıq) müraciətə baxılaraq rəsmi cavab verilməmişdir.

Səbir və təmkinlə onu da gözləyirik!



İstehlakçının hüquqları barədə 

 

Pulunu qabaqcadan (smart sayğac vasitəsilə) ödədiyi halda heç bir təqsiri olmayan vətəndaşın qazsız qalması zamanı onun hüququ pozulurmu?

Başqa sözlə, bu məqamda təbii inhisarçı sayılan "Azəriqaz" İB-nin özündən asılı olanları yerinə yetirmədiyinə görə vətəndaşın ondan nəsə tələb və iddia etməyə qanuni haqqı varmı?

Bununla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fərhad NƏCƏFOVA müraciət etdik.

Hüquqşünas məsələnin qanuni tərəflərini göstərdi:

"Bu sahədə Vətəndaşın hüquqları "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının qanunları, "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı və Azərbaycan Respublikasının Mülki və İnzibati Xətalar məcəllələri ilə müəyyən olunmuşdur".

Sən demə, istehlakçının da qanunlarla qorunan hüquqları varmış:

"Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya "Qazdan istifadə Qaydaları"nda nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Bundan əlavə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa olunmalı və aktın 1 nüsxəsi istehlakçıya təqdim edilməlidir".

"Həmçinin nəzərə almaq lazımdır ki, qaz təchizatçısı tərəfindən qazın verilişi istehlakçı üçün xidmətlərin göstərilməsi hesab olunur və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 19-cu maddəsinə əsasən, əgər qaz təchizatçısı xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Dolayısıyla istehlakçı olaraq sizinlə "Azəriqaz" İB arasında olan müqavilə münasibəti mülki xarakterli münasibət olduğundan siz "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 26-cı maddəsinə uyğun olaraq, hüquqlarınızın müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz".


Boşluqlar məsuliyyətsizlikdən yaranır


Jurnalist araşdırmasının nəticəsi vətəndaşların hüquqlarının pozulmasına səbəb olan bəzi boşluqların mövcudluğunu da aşkara çıxardı.

Nədənsə indiyədək kimsə buna diqqət yetirməmişdir!

Məsələn: 

* 104 və 185 saylı çağrı mərkəzlərinin "Azəriqaz" İB-nin yerli şöbələri ilə əlaqələri yox dərəcəsindədir, əks halda şikayətlərin araşdırılması həftələrlə vaxt aparmazdı;

* Qurumlara məxsus mətbuat xidmətləri isə mətbuatı izləmir, tənqidi yazılar araşdırılmır, qurumun müvafiq strukturları onlar tərəfindən hadisələr barədə operativ məlumatlandırılmır.

* SOCAR isə ona ünvanlanan müraciətləri araşdırmadan yerlərə göndərir, taleyi ilə maraqlanmadığından icrası nəticəsiz qalır.

* Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şənbə və bazar günləri işləmir, hadisələrə çox ləng müdaxilə edir, pozulan hüququn bərpası üçün dərhal, qəti və təsirli tədbirlər görmür, daxil olan siqnalların nəticəsi ilə maraqlanmır.

Bax belə!

Qəzetin üzərinə düşən vəzifə nöqsanı görüb göstərmək, onun aradan qaldırılması üçün müəyyən təkliflər verməkdir.

Qalanı isə icraçı orqanların vəzifəsidir:

Bağladıqları müqavilə əsasında işləyərək vətəndaş məmnunluğu yaratmalı olan idarə və təşkilatların!

İstehlakçıların hüquqlarını qorumalı olan agentliyin vəzifəsi isə adına uyğun davranış nümayiş etdirməkdir.

Yazı-pozu ilə məşğul olaraq əsas vəzifəni unutmaq olmaz!


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!