06 Mart 2026 21:28
2564
Elm və texnika
A- A+
ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur 

ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur 

ADA Universitetinin tarixi 2006-cı il martın 6-dan başlayır və beləliklə, bu gün 20 yaşı tamam olur. Fəaliyyətinə diplomatik təhsillə başlayan ADA Universiteti İnformasiya Texnologiyaları və mühəndislik, Biznes, İctimai və beynəlxalq münasibətlər, Hüquq, Təhsil, son illərdə isə ölkəmiz üçün vacib olan bir sıra yeni istiqamətlər, o cümlədən Kənd təsərrüfatı və qida elmləri, Dizayn və memarlıq fakültələrini təsis edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, yubiley münasibətilə təşkil olunan tədbirdə rektor Hafiz Paşayev təhsil ocağının tarixindən söz açıb. O, universitetin tələbə və professorlarını elmi tədqiqatlarda daha fəal olmağa, xüsusilə də daha çox bədii ədəbiyyat oxumağa çağıraraq, mütaliənin akademik mühit üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Hazırda ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası 300 nəfərlik pedaqoji heyət tərəfindən tədris olunur.

Proqramlardan 7-si ABŞ və Avropanın aparıcı universitetləri ilə birgə ikili diplom proqramlarıdır. Universitet tərəfindən dövlət və özəl qurumlar üçün müxtəlif mövzularda ixtisasartırma proqramları da həyata keçirilir.

ADA Universitetində 58 ölkəni təmsil edən 5000 tələbə təhsil alır. Bu günə qədər Universitetdən bir o qədər də tələbə məzun olub. Məzunların məşğulluq göstəricisi 90 faizdir. Tələbələr təhsil müddətində dünyanın müxtəlif ölkələrində yerləşən 189 partnyor universitetdə mübadilə proqramlarında iştirak edirlər.

Fəaliyyətin bir hissəsi də dövlət və özəl sektorla əlaqələrin inkişaf etdirilməsidir. Təhsil müddətində tələbələr müxtəlif karyera sərgilərində və təcrübə proqramlarında iştirak edirlər. Özəl qurumlarla birgə həyata keçirilən tələbə layihələri isə onları erkən illərdən iş mühiti ilə tanış edir və gələcək karyera imkanlarını genişləndirir.

Universitetin əsas fəaliyyət istiqamətlərindən biri də regionlarda yerləşən tarixi memarlıq abidələrinin bərpa olunaraq təhsilin orada aparılmasıdır. 2022-ci ildə bərpa olunmuş Qazax Müəllimlər Seminariyası ali təhsilə əlçatanlığı təmin etməklə, həm də regionlarda gənc kadrların inkişafına töhfə verir.

Gənclər arasında Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyətinin təbliği məqsədilə Universitet tərəfindən bir sıra tarixi əhəmiyyətli əsərlər və materiallar yenidən nəşr olunaraq ictimaiyyətə təqdim olunub. Bu nəşrlər həm də Azərbaycanla bağlı tədqiqat işlərinə dəstəkdir.

ADA Universiteti ölkəmizdə keçirilən bir sıra nüfuzlu beynəlxalq tədbirlərdə əsas akademik tərəfdaş və ya ev sahibi kimi yaxından iştirak edib.

Təsis olunduğu gündən akademik mükəmməllik və məsuliyyətli vətəndaşlıq kimi dəyərlər üzərində qurulmuş ADA Universiteti bu gün tədris olunan proqramlar, aparılan tədqiqatlar, beynəlxalq əlaqələri ilə ölkənin gələcək potensialının gücləndirilməsinə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

13:26
08 Oktyabr

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub 

13:19
08 Oktyabr

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

13:13
08 Oktyabr

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər  

13:04
08 Oktyabr

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır  

12:57
08 Oktyabr

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub

12:51
08 Oktyabr

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır  

12:49
08 Oktyabr

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

12:43
08 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb  

12:39
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir  

12:31
08 Oktyabr

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb

12:29
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB  

12:24
08 Oktyabr

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO  

12:21
08 Oktyabr

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər  

12:19
08 Oktyabr

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır  

12:07
08 Oktyabr

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

11:57
08 Oktyabr

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

11:49
08 Oktyabr

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir  

11:18
08 Oktyabr

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir  

11:16
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb  

11:13
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!