28 Avqust 2026 12:48
117
DÜNYA
A- A+
ABŞ ordusu sərhəddə lazer silahından istifadə edib: 3 PUA zərərsizləşdirilib  

ABŞ ordusu sərhəddə lazer silahından istifadə edib: 3 PUA zərərsizləşdirilib  


ABŞ Silahlı Qüvvələri ölkənin cənubunda — Texas ştatının Rio-Qrande çayı vadisində çoxməqsədli, yüksək-enerjili lazer qurğusundan (AMP-HEL) istifadə edərək üç pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hərbi əməliyyatın dəqiq aparıldığı məkan və dronların ABŞ, yoxsa Meksika ərazisi üzərində vurulduğu açıqlanmır.

ABŞ hərbi nümayəndələrinin bildirdiyinə görə, zərərsizləşdirilən PUA-lar amerikalı hərbçilər, həmçinin Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin əməkdaşları üçün təhlükə yaradıb.

Qeyd edək ki, ərazidə sərhəd təhlükəsizliyi ilə bağlı gərginlik ilk dəfə qeydə alınmır. İyun ayının əvvəlində Meksika polisi ölkənin şimal-qərbində, Nueva Tixuana rayonunda ABŞ-yə aparan nəhəng yeraltı tunel aşkar etmişdi. Dərinliyi 6 metrdən çox, uzunluğu isə təxminən 265 metr olan bu qurğunun Birləşmiş Ştatlar ərazisinə qanunsuz keçidi təmin etmək üçün tikildiyi məlum olmuşdu.

Mütəxəssislər yüksək texnologiyalı lazer sistemlərinin cənub sərhədində tətbiqini ABŞ-nin hava məkanının mühafizəsində yeni mərhələ kimi qiymətləndirirlər.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli və Qəbələdə hərrac vasitəsilə 2 faydalı qazıntı yatağı istifadəyə verilib

13:25
28 Avqust

“AzerGold”un ixrac gəlirləri 25 faiz artıb

13:20
28 Avqust

SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib  

13:16
28 Avqust

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq  

13:15
28 Avqust

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

13:15
28 Avqust

“Yüksəliş”in qalibi ilə effektiv qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

13:10
28 Avqust

"Bosniya qəssabı" Ratko Mladiç öldü  

13:08
28 Avqust

Azərbaycanın qızıl ixracından gəliri 34 faizədək artıb

13:05
28 Avqust

“Barselona”nın İspaniya çempionatında doğma meydanda hegemonluğu

13:00
28 Avqust

“Azərkosmos”un ixrac etdiyi xidmətlərin dəyəri 1,5 dəfə artıb

12:55
28 Avqust

Donald Tramp: "Rusiyanın NATO ölkələrinə hücumundan rahatsız deyiləm"  

12:51
28 Avqust

Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq

12:50
28 Avqust

ABŞ ordusu sərhəddə lazer silahından istifadə edib: 3 PUA zərərsizləşdirilib  

12:48
28 Avqust

Donald Trump Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirib

12:45
28 Avqust

Tarix və mədəniyyət abidələrində qanunsuz rekonstruksiya işlərinin qarşısının alınması ilə bağlı tədbirlər görülür

12:45
28 Avqust

Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır

12:40
28 Avqust

Xocavənddə iki kəndin giriş yolları tikilir

12:36
28 Avqust

Malik Mansurov: Muğamı sevmək üçün onu dinləmək lazımdır

12:35
28 Avqust

Dəmir yolunun Xırdalan-Biləcəri sahəsi təmir edilir

12:30
28 Avqust

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbaydan

12:25
28 Avqust

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən  

12:20
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!