28 Noyabr 2023 09:30
444
SİYASƏT
A- A+
ABŞ niyyətinə çata bilməyəcək

ABŞ niyyətinə çata bilməyəcək

 

"Azərbaycan tarixin müxtəlif dövrlərində ABŞ-nin haqsız və ədalətsiz davranışlarına şahid olub. Zaman-zaman bu ölkənin məsələlərə ikili standartlarla yanaşdığını görmüşük. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurasında Azərbaycan de-fakto tanınıb. Ondan sonrakı dönəmdə isə Azərbaycan SSRİ kimi imperiyanın tərkibində olub. Ona görə də yalnız 1991-ci ildə  dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ABŞ-nin iç üzünü daha aydın görə bilmişik. Bu gün də ənənəvi riyakar siyasətini davam etdirən ABŞ Azərbaycana qarşı münasibətdə beynəlxalq hüququn norma və prinsiplərini pozur".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat bildirib ki, müstəqillik tariximizdə ölkəmizin qazandığı uğurların heç biri ABŞ-ni sevindirməyib. Bu ölkə XX əsrin əvvəllərində olduğu kimi, yenə də Ermənistanın müdafiəsinə qalxır, hətta ermənilərə görə Türkiyəni də ittiham edir və saxta 24 apreli soyqırımı tarixi kimi qəbul edir. "Azərbaycanın Naxçıvan boyda ərazisi blokadada olduğu halda ABŞ-nin "Azadlığı müdafiə aktı"na etdiyi 907-ci düzəliş bizə qarşı böyük ədalətsizlikdir. Guya biz Ermənistanı blokadada saxlamışdıq… Bundan böyük saxtakarlıq, riyakarlıq olardımı?!", - deyə deputat qeyd edib.
Anar İsgəndərovun dediyinə görə, ABŞ-dəki erməni lobbisi, ermənilərin göz yaşlarını özlərininki hesab edən məmurlar tarix boyu bizə qarşı amansız mövqe ortaya qoyublar: "Əfqanıstanla müharibə başlayanda ABŞ-nin 907-ci düzəlişi müvəqqəti aradan qaldırılması da öz maraqlarına xidmət edirdi. Yoxsa torpaqlarımızın işğalda olduğu 30 il ərzində Ermənistanın xeyri üçün əlindən gələn hər şeyi etməzdi. Təsadüfi deyil ki, bu ölkə bircə dəfə də olsun işğalçının və işğala məruz qalanın hansı tərəf olduğunu qeyd etməyib. Bu, ABŞ-nin iç üzünü açan nümunələrdən yalnız biridir".
Deputat söyləyib ki, yeri gəldi-gəlmədi, Ermənistanı müdafiə edən və Qarabağın ermənilərdə qalması üçün cəhdlər göstərən ABŞ bu gün riyakar davranışlarını intensivləşdirib: "Bu ölkə İkinci Qarabağ savaşında, eləcə də sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərində əldə etdiyimiz zəfərləri həzm edə bilmir. Məhz bu cür dövlətlərin qərəzi və ikiüzlülüyü ucbatından Azərbaycan torpaqları 30 il separatçı yuvası olub. Şükürlər olsun ki, rəşadətli ordumuzun yenilməz gücü sayəsində uzun illərdir ki, mövcud olan bu separatçı rejim darmadağın edilib".
Anar İsgəndərov vurğulayıb ki, ABŞ Azərbaycanın haqq işini tanımaq əvəzinə qərəzli bir mövqe tutub. Onların fikrincə, guya ermənilərə qarşı etnik təmizləmə aparılıb: "Ermənistanın baş naziri də bu gün etiraf edir ki, Qarabağdan köçürülən ermənilər etnik təmizləmə və zorakılığa məruz qalmayıblar. Həmin günlərdə müxtəlif xarici  televiziya kanallarında Qarabağdan köçən ermənilərin müsahibələri yayımlanırdı ki, onlar az da olsun, təhdidlə və ya təzyiqlə üzləşməyiblər. ABŞ nəyə əsasən deyir ki, Qarabağda proses ədalətli şəkildə aparılmayıb? Maraqlıdır, görəsən, ABŞ ədalət dedikdə nəyi nəzərdə tutur?"
Deputat ABŞ-nin mövqeyinin heç bir zaman Azərbaycanın maraqları üzərində qurulmadığını bildirib. Lakin bu, bizi narahat etmir. Çünki bu gün istər iqtisadi, istərsə də hərbi-siyasi cəhətdən güclü Azərbaycan var. Odur ki, ABŞ-nin haqqımızı tapdalamaq istəyi gözündə qalacaq. Bu ölkə heç vaxt ölkəmizlə bağlı riyakar arzularına çata bilməyəcək. 

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!