10 İyul 2026 13:35
426
SİYASƏT
A- A+
ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub

ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub


İyulun 7-9-da xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-nin Yuta və Kaliforniya ştatlarında işgüzar səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı Yuta ştatının siyasi, təhsil və biznes liderləri, o cümlədən texnologiya şirkətləri ilə görüşlər keçirilib.

Yuta ştatına səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Yuta ştatı Senatının prezidenti Stüart Adams, “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi”nin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerard, Yuta Universitetinin prezidenti Teylor Randal, Stirlinq Fondunun prezidenti Mayls Hansen ilə işçi görüşlər keçirib və mümkün praktiki əməkdaşlıq məsələlərini müzakirə edib.

Həmçinin E.Məmmədov Yuta Ümumdünya Ticarət Mərkəzində Yuta ştatının biznes və texnologiya şirkətləri üçün Azərbaycanın strateji rolu və biznes imkanları barədə çıxış edib.

Kaliforniya ştatına işgüzar səfər çərçivəsində nazir müavini “Nvidia” şirkətinin mənzil qərargahında şirkətin Beynəlxalq və Hökumətlərlə Əməkdaşlıq üzrə vitse-prezidenti Ned Finkl ilə görüş keçirib və mümkün əməkdaşlıq məsələlərini müzakirə edib. Bundan əlavə, E.Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Nvidia” şirkətində süni intellektin dövlət idarəçiliyində əhəmiyyəti, rəqəmsal transformasiyanın vətəndaş xidmətlərinə təsiri və innovativ yeniliklərin tətbiqi imkanları ilə tanış olub.

Bununla yanaşı, San Xose şəhərinin “Süni İntellekt” Mərkəzində şəhər idarəçiliyi və vətəndaş xidmətlərində Azərbaycanın və adıçəkilən şəhərin göstərdiyi xidmətlər haqqında məlumat mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qardaşlıq və əbədi dostluq nümunəsi: Bakı və Daşkənd arasında yeni ittifaq modeli

11:43
25 Avqust

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

11:01
25 Avqust

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb  

10:20
25 Avqust

Azərbaycan nefti 95,13 dollara satılır

10:01
25 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri yeni zirvələrə yüksəlir

09:20
25 Avqust

Neft bahalaşır

09:00
25 Avqust

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

08:55
25 Avqust

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!