09 Yanvar 2022 00:22
813
Elm və texnika
A- A+

8-dən 80-ə verilən mükafat

 

Şübhəsiz ki, Oskar haqqında Yer üzündə eşitməyən yoxdur. Kino sahəsinin ən seçilən və əhəmiyyətli mükafatı 100 ilə yaxınlaşan tarixi ilə fərqlənir. Xalq arasında Oskar kimi tanınsa da, mərasimin əsl adı Akademiya Mükafatlarıdır. Bu mükafat kino sənayesində bədii və texniki imkanlara və xidmətlərə görə verilir.

Amerika Kino Akademiyasının əsası 1926-cı ildə Luiz Mayerin atdığı qətiyyətli addımla qoyulub. Qurulan şirkət bir il sonra beynəlxalq status alaraq fəaliyyətini həyata keçirməyə başlayıb. Ancaq akademiyanın mükafatları bir müddət sonra - 1929-cu ildən etibarən təqdim olunub. Əslində qurum yaradılanda ilkin məqsəd kino aləmindəki şəxslərin nailiyyətlərini mükafatlandırmaq deyildi.

Akademiya Mükafatlarının ilk təqdimatı mayın 16-da Hollivud Ruzvelt hotelində dəbdəbəli şam yeməyi formasında təşkil edilib. 270 nəfərdən ibarət olan mərasimdə qonaqlar cəmi 5 dollar ödəyərək iştirak edə bilərdilər. Təəccüblüsü odur ki, tədbir cəmi 15 dəqiqə davam edib. Buna səbəb bütün laureatlara qazandıqları barədə əvvəlcədən məlumat verilməsi idi. Yeri gəlmişkən, mükafat mərasimi televiziyada ilk dəfə yalnız 1953-cü ildə yayımlanıb.

Akademiya Mükafatlarının əsas göstəricisi onun heykəlciyidir. Mərasimin məhz Oskar adlandırılması da bu fiqurla bağlıdır. Deyilənlərə görə, ilk dəfə heykəlcik 6-cı Oskar mərasimində təqdim olunub. Belə adlandırılması isə Bette Davis adlı aktrisanın mükafatı həyat yoldaşı Harmon Oskara bənzətməsi ilə bağlıdır.

Oskar mükafatını əks etdirən heykəlcik heykəltaraş Corc Stenli tərəfindən Sedrik Qibbonsun dizayn etdiyi eskiz əsasında hazırlanıb. Onun hündürlüyü 34 santimetr, çəkisi isə 3 kiloqram 850 qramdır. Əvvəlcə bürüncdən hazırlanan heykəlcik İkinci Dünya müharibəsi ərəfəsində gipsdən təqdim edilib. Bu gün heykəlciyin göz qamaşdıran, orijinal görünüşü onun qızıla bürünməsi sayəsindədir.

Mükafatın tarixi qalmaqallarla doludur. Onların arasında mərasimin keçirilməsinə əngəl olmaq cəhdləri, mükafatların oğurlanması kimi hallar da yer alıb. Amma bütün bu hadisələr əsl qazanılan nüfuza xələl gətirə bilməyib. Oskar mükafatı alan ən gənc aktyorun (Castin Henri) 8, ən yaşlı aktrisanın (Cessika Tendi) isə 80 yaşı olub.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video