7 trilyon dollarlıq halal məhsul bazarı
"Təmizliyinə və yüksək keyfiyyətinə görə halal məhsulların dünyada əhəmiyyəti getdikcə artır. Bu sektorun məhsullarına təkcə müsəlmanlar deyil, digər istehlakçı qrupları da üstünlük verirlər".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VIII Dünya Halal Məhsul Sammiti və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) IX "Halal Expo" Sərgisinin iştirakçılarına müraciətində deyib.
Dövlət başçısı qeyd edib ki, tədbirin keçirilməsində məqsəd Türkiyəni qlobal halal qida iqtisadiyyatının mərkəzlərindən birinə çevirmək, halal məhsul ticarətini inkişaf etdirmək və satış bazarlarını genişləndirməkdir.
"Qlobal halal məhsul iqtisadiyyatının bütün maraqlı tərəflərini bir araya gətirəcək VIII Ümumdünya Halal Sammitinin və İƏT-in IX "Halal Expo" Sərgisinin təşkilində əməyi olan hər kəsi təbrik edir, bütün iştirakçıları səmimi-qəlbdən salamlayıram", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Tədbir İslam Ticarətinin İnkişafı Mərkəzi (ICDT) və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Sərgilərin qlobal media tərəfdaşı "Anadolu" Agentliyidir.
Tədbirin təşkilatçılarının məqsədi qlobal halal məhsul iqtisadiyyatının maraqlı tərəfləri ilə görüş üçün platforma yaratmaq, həmçinin halal məhsullar üzrə qlobal bazarda Türkiyənin payını artırmaqdır.
Hər iki toplantı Türkiyə Prezidentinin Administrasiyasının himayəsi və Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbatinin iştirakı ilə İstanbul Sərgi Mərkəzində keçirilir.
Bu il sərginin mövzusu "Davamlı ticarət naminə: qlobal halal məhsul sənayesinin inkişafının aspektlərini üzə çıxarmaq"dır.
Tədbirlərdə 40 ölkənin 500-dək şirkəti təmsil olunur. Qeyd edək ki, "Halal Expo" Sərgisinə hər il 40 minə yaxın insan gəlir. Hazrda dünyada halal məhsul bazarının ümumi həcmi 7 trilyon dollara bərabərdir. Türkiyənin payı 150 milyard dollar təşkil edir. Ankaranın məqsədi növbəti 5 il ərzində dünya halal məhsul bazarında öz payını 400 milyard dollara çatdırmaqdır.
R. HİLALOĞLU,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!