44 günlük müharibədən sonrakı vəziyyət mövcud reallığa uyğun addımların atılmasını daha da vacib edir
Fevralın 24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası çərçivəsində qurumun daimi komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas çərçivəsində ATƏT PA-nın prezidentinin, baş katibinin, xəzinədarının, xüsusi komitə rəhbərlərinin və digər nümayəndələrinin hesabatları dinlənilib, eləcə də assambleyanın gələcək tədbirlərinin təşkilati məsələləri müzakirə olunub. İclasda iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun baş katibi Roberto Montellanın hesabatında Ermənistanla Azərbaycan arasında parlament dialoqunun qurulmasında ATƏT PA-nın mümkün roluna dair müddəaları barədə fikirlərini bölüşüb. Azay Quliyev deyib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları üçtərəfli Bəyanat qalan 3 rayonumuzun da işğaldan azad olunması ilə nəticələndi və bu da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına tam olaraq son qoydu. Bu bəyanat Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam etmiş silahlı münaqişənin həlli və suverenliyin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında hərtərəfli sülh sazişinin imzalanması üçün zəmin yaratması ilə əlamətdar oldu. Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərdə yaşayan erməni mənşəli vətəndaşlarını öz Konstitusiyasına əsasən digər vətəndaşlarla bərabər hüquq və azadlıqlarla təmin edərək onları ölkənin siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. 44 günlük müharibədən sonra meydana gələn vəziyyət, eləcə də 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının imzalanması aktuallığını itirmiş fikirlərdən imtina etməyi və mövcud reallığa uyğun olaraq adekvat addımların atılmasını daha da vacib edir. Bu baxımdan “Dağlıq Qarabağ”ın qondarma statusunun müəyyən olunması məsələsini süni şəkildə gündəmə gətirmək cəhdləri separatizmə dəstək və Azərbaycan Respublikasının suverenliyinin pozulması kimi qiymətləndiriləcək. Buna görə də münaqişədən sonrakı proseslərə töhfə vermək arzusunda olan beynəlxalq maraqlı tərəflər bütün fəaliyyətlərini bu bəyanatlarda əks olunan sülh, sabitlik və əməkdaşlığın həyata keçirilməsinə yönləndirməlidir.
Azərbaycan üçün 2021-ci il münaqişədən sonrakı quruculuq işləri və işğaldan azad olunmuş ərazilərin hərtərəfli inkişafına yönələn tədbirlər çərçivəsində bütün tərəfdaşlarla fəal əməkdaşlıq ili kimi yadda qalacaq. Bu baxımdan, baş katib Montellanın münaqişə sonrası sabitləşmə və Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin prinsipial mərhələsinə töhfə vermək üçün qarşıdakı aylarda ATƏT PA-nın faydalı platformaya çevrilməsinə dair təşəbbüs və təklifini yüksək qiymətləndiririk.
“Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti olaraq, biz regional sülh, təhlükəsizlik və xalqlarımızın mənafeyi naminə bütün bu təşəbbüslərin reallaşmasında rolumuzu oynamağa hazır olduğumuzu bildiririk. Erməni həmkarlarımızdan da bu məsələlərlə bağlı analoji qətiyyətli yanaşmanı görəcəyimizə ümid edirəm”, - deyə Azay Quliyev bildirib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!