24 Aprel 2026 13:28
192
CƏMİYYƏT
A- A+
24 aprel - Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü  

24 aprel - Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü  


Aprelin 24-də BMT Baş Assambleyası tərəfindən 2018-ci ildə beynəlxalq əməkdaşlıq, mübahisələrin sülh yolu ilə həlli və qlobal təhlükəsizliyin gücləndirilməsi dəyərlərini təşviq etmək üçün təsis edilən Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü qeyd olunur.

AZƏRTAC-ın xəbər verir ki, bu əlamətdar günün təsis edilməsi qərarı 12 dekabr 2018-ci ildə A/RES/73/127 saylı qətnamə ilə qəbul edilib.

Çoxtərəflilik yalnız üç və ya daha çox dövlət arasında əməkdaşlıq forması deyil, həm də beynəlxalq normalara, qaydalara və dəyərlərə riayət etməyə əsaslanan ortaq siyasi layihəyə sadiqlik kimi qəbul edilir. O, məsləhətləşmə, qarşılıqlı əlaqə, həmrəylik və bütün iştirakçıların bərabər hüquq və məsuliyyəti kimi prinsiplərə əsaslanır.

BMT vurğulayır ki, çoxtərəflilik və diplomatiya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına hörmət etməklə yanaşı, təşkilatın fəaliyyətinin üç əsas sahəsində - davamlı inkişaf, sülh və təhlükəsizlik, insan hüquqlarının qorunmasında irəliləyişlərə töhfə verir.

Son onilliklərdə qlobal dünya birliyi tərəfindən hazırlanmış beynəlxalq normalar və hüquqi mexanizmlər iqlim dəyişikliyi, geosiyasi gərginliklər, humanitar və miqrasiya böhranları və texnoloji dəyişikliklərin beynəlxalq münasibətlərə təsiri kimi problemlərin həllində mühüm rol oynayır.

Qeyd olunur ki, BMT Nizamnaməsi və orada təsbit olunmuş prinsiplər - mübahisələri dinc yolla nizama salmaq öhdəliyi və gələcək nəsilləri müharibə bəlasından xilas etmək istəyi beynəlxalq əməkdaşlığın təməli və qlobal problemlərin həlli üçün əsas vasitə olaraq qalır.

İkinci Dünya müharibəsindən sonra - 1945-ci ildə təsis edilən Birləşmiş Millətlər Təşkilatı yarandığı gündən etibarən beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasını əsas məqsəd müəyyən edib. Bu məqsədlə təşkilat münaqişələrin qarşısının alınması, sülhməramlılıq, vasitəçilik və xoşməramlı diplomatiya mexanizmlərindən istifadə edir.

Mübahisələrin silahlı münaqişəyə çevrilməsinin qarşısını almağa yönəlmiş profilaktik diplomatiya bu gün xüsusilə vacibdir. Buraya danışıqlar, vasitəçilik, barışıq və gərginliyin azaldılmasına və eskalasiyanın qarşısını almağa kömək edən digər diplomatik tədbirlər daxildir.

BMT vurğulayır ki, artan qlobal qarşılıqlı asılılıq kontekstində çoxtərəflilik beynəlxalq problemlərin həlli üçün ən təsirli vasitə olaraq qalır və davamlı sülhə, inklüziv davamlı inkişafa, insan hüquqlarının qorunmasına nail olmağa xidmət edir.

Təşkilatın müvafiq bəyanatında deyilir: “Baş Assambleya 12 dekabr 2018-ci ildə bu əlamətdar günü elan edən qətnamə qəbul etməklə, həm də bütün üzv dövlətləri və Birləşmiş Millətlər Təşkilatının müşahidəçilərini, BMT sisteminin strukturlarını, digər beynəlxalq və regional təşkilatları, eləcə də QHT-lər və fərdlər də daxil olmaqla vətəndaş cəmiyyətini Beynəlxalq Günü müvafiq şəkildə qeyd etməyə və təhsil və ictimai maarifləndirmə fəaliyyətləri vasitəsilə sülh üçün çoxtərəfliliyin və diplomatiyanın faydalarını təbliğ etməyə dəvət edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsi təqdir edilib

16:06
24 Aprel

Müşfiqabadda irimiqyaslı ağacəkmə aksiyası keçirilib

15:46
24 Aprel

Nazir Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib

15:43
24 Aprel

Füzulidə 240 yerlik körpələr evi-uşaq bağçası açılıb

15:42
24 Aprel

Astanada “RES 2026 EXPO” beynəlxalq sərgisi başa çatıb

15:41
24 Aprel

“İnnovativ potensial: əqli mülkiyyət+intellekt” mövzusunda dəyirmi masa təşkil edilib

15:39
24 Aprel

Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

15:37
24 Aprel

İran aprelin 25-dən beynəlxalq uçuşları bərpa edəcək  

15:27
24 Aprel

XİN: Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcək  

15:26
24 Aprel

Səhiyyə Nazirliyi: Ağalıda təxminən 80 nəfər tibbi aksiyadan faydalanıb

15:25
24 Aprel

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub

15:24
24 Aprel

Orta Dəhliz ölkələrinin 2026-cı il üçün fəaliyyət planı təsdiq edilib

15:22
24 Aprel

Elm, texnologiya, sahibkarlıq və istehsalın bir-biri ilə sıx bağlı olması ekosistemin innovativliyinə təsir edir  

15:21
24 Aprel

Nazirlik: İki minə yaxın şəxsə birdəfəlik maddi yardım ödəniləcək

15:20
24 Aprel

Akademik: Süni intellekt texnologiyaları inşaat arxitekturası ilə rəqəmsal arxitekturanın birgə mövcudluğunu zəruri edir  

14:38
24 Aprel

Qida zənciri obyektlərinin standartlara uyğun tikintisi ilə bağlı təcrübələr təhlil olunub

14:27
24 Aprel

ABŞ Prezidenti Britaniyaya xəbərdarlıq edib

14:21
24 Aprel

Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb  

14:19
24 Aprel

Tramp: Böyük Britaniya adından Şahzadə Harridən çox mən danışıram

14:19
24 Aprel

Hərbi Prokurorluq və MMU arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb  

14:01
24 Aprel

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib

13:43
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!