10 Avqust 2024 08:20
727
CƏMİYYƏT
A- A+
2036 ailə doğma yurduna qovuşub

2036 ailə doğma yurduna qovuşub

 

Şuşa, Füzuli, Zəngilan, Tərtər, Laçın və Xocalıdan sonra gələn ay Cəbrayıla da köç karvanı yollanacaq

 

Cəmi dördillik qısa zaman ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən  nəhəng tikinti-quruculuq işlərinin miqyası onu deməyə əsas verir ki, milli çağırışlarımızdan olan Böyük qayıdış əzm və qətiyyətlə gerçəkləşdirilir. 
Azərbaycan dövlətinin azad edilən ərazilərdə gördüyü kompleks işlərin mühüm nəticəsidir ki, 30 il ərzində düşmən tapdağında qalan, darmadağın edilən səkkiz şəhər və kəndimizdə  artıq həyat yenidən qaynamağa başlayıb. Şuşa, Laçın, Füzuli, Xocalı şəhərlərinin, eləcə də  Tərtərin Talış, Zəngilanın Ağalı, Laçının Zabux və Sus kəndlərinin sakinləri qayıdış köçləri ilə doğma yurdlarına dönərək isti od-ocaqlarına qovuşublar. 

 

34 min 500 ailə yurduna dönəcək

 

2026-cı il, Böyük qayıdışın birinci mərhələsi bitənə qədər Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin - 34 min 500 ailənin doğma yurdlarında daimi məskunlaşması təmin ediləcək. 
Buna görədir ki, həmin ərazilərdə dünyada misli bərabərinə rastlanmayan şəkildə bərpa və quruculuq işləri aparılır, Böyük qayıdışa mühüm hazırlıq işləri görülür. 
O yerlərə səfər edən vətəndaşlarımız da, əcnəbi qonaqlar da azad torpaqlarımızda gerçəkləşdirilən işləri böyük heyrətlə seyr edirlər. Onlar nəhəng körpülərin, tunellərin salınmasından, minlərlə kilometr uzunluqda yolların tikintisindən, beynəlxalq hava limanlarının inşasından, müasir binaların ucaldılmasından tutmuş tarixi, dini, mədəni abidələrimizin müvəffəqiyyətlə bərpasına qədər görülən hərtərəfli işlərin Böyük qayıdışı günbəgün sürətləndirdiyinə şahidlik edirlər. Cənubi Qafqazda ilk dəfə məhz Azərbaycanda, özü də Qarabağ və Şərqi Zəngəzur ərazisində "ağıllı kənd" və "ağıllı şəhər"lərin qurulmasının özü isə bir başqa qürurverici məqamdır. 

 

8 minə yaxın insanın qayıdış sevinci

 

2022-ci il iyulun 19-da Zəngilanın yenidən qurulmuş "ağıllı kənd"i - Ağalının sakinlərinin qayıdışı ilə start verilən Böyük qayıdış sürətlə davam edir. Ötən müddətdə 2023-cü ilin mart ayında Tərtərin Talış kəndinə, may ayında Laçın şəhərinə, avqust ayında Füzuli şəhərinə və Laçın rayonunun yenidən salınan Zabux kəndinə köç həyata keçirilib. Ötən il ərzində fərqli tarixlərdə bu ərazilərə xeyli köç həyata keçirilib. 2024-cü ildə də Qarabağ və Şərqi Zəngəzura qayıdış davam edir. Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərinə, Laçının Zabux, Sus  kəndlərinə 33 köçlə 846 ailə - 3196 nəfər dönüb. 
Ümumilikdə, Böyük qayıdış prosesində 2036 ailə - 7901 nəfər dədə-baba yurduna qayıdıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 552 ailə (2031 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 147 ailə (570 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşıb.

 

Xoşbəxtlik elə budur

 

Gələn ay isə Cəbrayıla köç olacağı gözlənilir. Eyni zamanda bu ilin sonlarında Kəlbəcərə və Xankəndiyə də qayıdış planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda gecə-gündüz aparılan böyük quruculuq işləri sakinlərinə qovuşan yurdlarımızın siyahısına çox tezliklə digər şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin də qoşulacağını deməyə əsas verir. 
Bütün bunlar qısa vaxtda gözlərimizin qarşısında gerçəyə çevrilən möcüzələrdir.
Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru cənnətməkana çevirir, ruhu belə öldürülmüş şəhər və kəndlərimizi yenidən dirçəldir. Onilliklər boyu vətəndə qəribçilik çəkən insanlarımız sevinc göz yaşları içərisində yurdlarına qayıdır,  nəhayət ki, dədə-baba torpaqlarımızdan doğma hənir gəlir. Və bütün bunlar həm də bütövlükdə xalqımız üçün xoşbəxtliyin özü deməkdir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilib

14:10
19 İyun

Ombudsmanların Beynəlxalq simpoziumunun iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər  

14:08
19 İyun

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 143-cü kitabı çapdan çıxıb  

14:04
19 İyun

Sabah hava əsasən yağmursuz keçəcək

13:36
19 İyun

Laçında yeni tikilən su anbarı istifadəyə verilib

13:19
19 İyun

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib

12:58
19 İyun

Bonn İqlim Sammiti çərçivəsində “Bakıdan Belemə Yol Xəritəsi” ilə bağlı məsləhətləşmələr aparılıb  

12:56
19 İyun

QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Şuşa şəhərinə gəliblər YENİLƏNİB

12:56
19 İyun

“Diplomatic World Sweden” Azərbaycanın COP29 nümayəndə heyətinin Bonn şəhərinə səfəri barədə məqalə dərc edib  

12:49
19 İyun

Şəxsiyyəti müəyyənləşdirilən daha bir itkin şəhid dəfn olunacaq  

12:41
19 İyun

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb  

12:33
19 İyun

Ağdamda polis 5 ton yabanı çətənə kolu aşkarlayıb

12:26
19 İyun

Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard dollara çatıb  

12:21
19 İyun

AMB: Cari əməliyyatlar profisiti 1 milyard dolları ötüb

12:18
19 İyun

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb  

12:03
19 İyun

Yeni parkda gənc rəssamların sərgisi açılıb  

11:57
19 İyun

İnam Kərimov: Tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq  

11:46
19 İyun

Muxtar respublikada sənaye məhsulu istehsalı 3,6 faiz artıb

11:45
19 İyun

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

11:09
19 İyun

Naxçıvanda ümumi daxili məhsul istehsalı 600 milyon manata yaxın olub  

11:01
19 İyun

BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə “Sevilya öhdəliyi” sənədi təsdiq olunub  

10:59
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!