16 Aprel 2026 16:16
124
CƏMİYYƏT
A- A+
Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar

Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar


Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində aparılan yenidənqurma işləri ilə tanış olublar.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Azərbaycanın tarixi və qədim diyarı Şuşa şəhərinin mərkəzi meydanı, Şuşa Xalça Muzeyi, Aşağı Gövhər Ağa məscidi, Yeni Yaşayış Kompleksi və Cıdır düzündə olublar.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə şəhərdə aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib. Qeyd olunub ki, mədəniyyət paytaxtımızın bərpa və yenidənqurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqımızın milli dəyərlərinə söykənir.

Daha sonra nümayəndə heyəti Xankəndi şəhərində Zəfər parkı və Zəfər meydanında olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov qonaqlara qədim Azərbaycan torpağı olan Xankəndi şəhərinin uzun illər işğala, dağıntılara məruz qaldığı, artıq bir neçə ildir ki, işğal altında qalan bütün ərazilərin azad edildiyi, azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı barədə məlumat verib. Qeyd olunub ki, Xankəndi şəhərində yaradılan Zəfər parkı Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Səfər iştirakçıları “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə də əyani tanış olublar. Vurğulanıb ki, hazırda Şuşa və Xankəndində olduğu kimi, Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

18:39
16 Aprel

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

18:24
16 Aprel

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

18:18
16 Aprel

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” qüvvəyə minib  

18:12
16 Aprel

Qazaxıstanın nümayəndə heyəti Azərbaycanın ədliyyə sistemi ilə tanış olur  

18:07
16 Aprel

AOA-nın 30 illiyi: Ombudsmanlar arasında beynəlxalq əməkdaşlıq güclənir

17:56
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!