09 Fevral 2025 00:43
3073
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 9/51


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Muradov Rafiq Tofiq oğlu, Soltanov Heybət Bağır oğlu, Eminov İntiqam Xanbala oğlu, Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu və digərləri 2025-ci il fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyası sədrinin hərəkətlərini mübahisələndirmiş, 19, 24, 52 və 53 saylı seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş şəxslərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, qeydə alınmış namizədlər R.T.Muradov və H.B.Soltanovun araşdırmada iştirakı təmin olunmuşdur. Müvafiq qaydada xəbərdar edilsələr də Komissiyanın iclasına gəlməmişlər.

R.T.Muradov, H.B.Soltanov, İ.X.Eminov və digərləri müraciətlərində 56 saylı Şabran-Xaçmaz seçki dairəsi dairə seçki komissiyası sədrinin həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirən məntəqə seçki komissiyalarının formalaşdırılması zamanı qanun pozuntularına və digər qanunazidd hərəkətlərə yol verdiyini, eləcə də seçki günü seçki məntəqələrində müşahidə aparılması zamanı onlara maneələr yaradıldığını, səsvermə günü bir şəxsin iki seçki məntəqəsində səs verdiyini, seçki qutularına birdən artıq bülleten atıldığını, səslər sayılan və protokol tərtib edilən zaman onların müşahidə aparmasına imkan verilmədiyini, tələb etsələr də tərtib olunmuş protokolların təsdiq olunmuş surətinin onlara təqdim edilmədiyini və digər qanun pozuntularının olduğunu iddia edərək 19, 24, 52 və 53 saylı seçki məntəqələri üzrə seçkilərin nəticələrini mübahisələndirmiş və həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirilən 19, 52 və 53 saylı seçki məntəqələri üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb etmişlər.

Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu müraciət edərək 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına etdiyi şikayətindən imtina etdiyi üçün ona münasibətdə araşdırmaya xitam verilməlidir.

Müraciətdə 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyası sədrinin həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirilən məntəqə seçki komissiyalarının formalaşdırılması zamanı qanun pozuntularına və digər qanunazidd hərəkətlərə yol verdiyi iddia edilsə də, aparılmış araşdırma ilə həmin seçki məntəqələri məntəqə seçki komissiyalarının formalaşdırılması prosesində qeyd edilən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən seçki qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Belə ki, 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə 65 məntəqə seçki komissiyasının, o cümlədən göstərilən bələdiyyəyə seçki keçirilən 4 məntəqə seçki komissiyasının seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq formalaşdırılması müraciətin həmin hissədə əsassız olmasını göstərən hal kimi qiymətləndirilməlidir.

Araşdırmada iştirak edən namizədlər R.T.Muradov və H.B.Soltanov səsvermə günü 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçki keçirilən seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları ilə əlaqədar bir ədəd DVD disk, həmçinin 19, 24, 52 və 53 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokollarının surətlərini araşdırmaya təqdim etmişlər.

Təqdim edilmiş DVD diskdə olan 5 videogörüntüyə namizədlərin iştirakı ilə baxış keçirilmiş və 24 saylı seçki məntəqəsində çəkilməsi iddia olunan həmin videogörüntülərdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müşahidə olunmamışdır.

Müraciətə əlavə olunmuş 4 ədəd protokol surətinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 24, 52 və 53 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokollarının surətləri seçki qanunvericiliyinə uyğun olaraq tərtib edilib, müvafiq məntəqə seçki komissiyasının möhürü ilə təsdiq olunsa da, 19 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunun surəti seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təsdiq olunmadığından araşdırma obyekti olmamışdır.

Dairə seçki komissiyasından Rəhimli bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında 24, 52 və 53 saylı məntəqə seçki komissiyalarının rəsmi protokolları alınaraq həmin seçki məntəqələrində təsdiq edilərək müraciət etmiş namizədlərə və seçilməyən digər namizədlərə təqdim edilmiş protokolların surətləri ilə müqayisəli şəkildə araşdırılmışdır. Müqayisəli təhlil zamanı seçilməyən digər namizədlər tərəfindən araşdırmaya təqdim edilmiş protokol surətlərindəki məlumatlar məntəqə seçki komissiyalarının rəsmi protokollarındakı məlumatlarla tam eynilik təşkil etsə də, müraciət etmiş namizədlər tərəfindən araşdırmaya təqdim edilmiş protokollarda bəzi namizədlərə verilən səslərdə uyğunsuzluqlar müəyyən edilmişdir.

Belə ki, müraciət etmiş namizədlər tərəfindən təqdim edilmiş 24, 52 və 53 saylı məntəqə seçki komissiyalarının protokollarının surətlərində bəzi namizədlərin topladığı səsləri əks etdirən rəqəmlərin sonradan dəyişdirilərək artırılması ehtimalı yaranmışdır. 

Araşdırma zamanı səsvermənin nəticələri mübahisələndirilən seçki komissiyalarının sədrləri və üzvləri, həmçinin həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, seçilməyən digər qeydə alınmış namizədlər tərəfindən verilmiş izahatlarla səsvermə günü mübahisələndirilən seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntularının baş verməsi öz təsdiqini tapmamışdır. Buna görə də 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələrinə münasibətdə müraciətin təmin edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Şikayətçilər tərəfindən araşdırmaya təqdim edilmiş Seçki Məcəlləsinin 100.11-ci maddəsində nəzərdə tutulmuş qaydada məntəqə seçki komissiyası tərəfindən seçki subyektlərinə təqdim olunmuş səsvermənin nəticələri haqqında protokolun təsdiq olunmuş surətlərində bəzi namizədlərin topladığı səsləri əks etdirən rəqəmlərin dəyişdirilərək artırılması hallarının mövcud olmasına əsaslı ehtimallar yarandığından, Seçki Məcəlləsinin 112-1.6.4-cü və 112-1.6.5-ci maddələrinə əsasən, ehtimal olunan qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün şikayətə əlavə edilmiş protokol surətlərinin Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq prokurorluq orqanına göndərilməsinə zərurət yarandığından həmin protokol surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir.

Aparılmış araşdırma ilə 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə qeydə alınmış namizədlər R.T.Muradov, H.B.Soltanov, İ.X.Eminov və digərlərinin 5 fevral 2025-ci il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 100.11-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran- Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Muradov Rafiq Tofiq oğlu, Soltanov Heybət Bağır oğlu, Eminov İntiqam Xanbala oğlu və digərlərinin 5 fevral 2025-ci il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Müraciət etmiş şəxslər tərəfindən araşdırmaya təqdim edilmiş 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçkilər keçirilən 24, 52 və 53 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların təsdiq edilmiş surətləri araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.

3. Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu şikayətindən imtina etdiyi üçün həmin müraciət üzrə araşdırmaya xitam verilsin.

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


08.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!