01 Dekabr 2023 15:05
405
CƏMİYYƏT
A- A+
2023-cü ilin iqlimi; təbiət və insan üçün ciddi fəsadları olan yeni rekordlar 

2023-cü ilin iqlimi; təbiət və insan üçün ciddi fəsadları olan yeni rekordlar 

 

Ekstremal hava hadisələri, dağıntılar və çarəsizlik, məcburi köçkünlər; Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatına görə, 2023-cü il iqlim sahəsində rekordlar ilə yadda qalıb və müşahidələrin bütün tarixində ən isti il olub. AZƏRTAC xəbər verir ki, bu məlumatlar ÜMT-nin Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitinin açılışı günündə dərc edilən hesabatında yer alıb.

Nəşrin müəllifləri, həmçinin sammit iştirakçılarının diqqətini istixana qazlarının konsentrasiyasının artması, dəniz səthində temperaturun yüksəlməsi və dəniz səviyyəsinin qalxması, Antarktidada dəniz buzlaqlarının sahəsinin ən aşağı həddə düşməsi üzrə rekord göstəricilərə cəlb ediblər.

Oktyabrın sonuna olan məlumatlar göstərir ki, bu il havanın temperaturu 1850-1900-cu illərin sənayeyəqədərki baza səviyyəsindən təqribən 1,40 dərəcə Selsi yuxarı olub. 2023-cü ilin əvvəllər ən isti dövr hesab edilən 2016-2020-ci illərdən fərqi aydın şəkildə görünür və son iki ay çətin ki, bu şəraitə təsir edə bilsin.

2015-ci ildən 2023-cü ilə qədər olan son doqquz il tarixdə ən isti dövr olub. Şimal yarımkürəsində 2023-cü ilin yazında ortaya çıxan və yayda sürətlə inkişaf edən istiləşmə yaradan El Nino hadisəsi, çox güman ki, 2024-cü ildə istiliyi daha da artıracaq, çünki El Nino adətən öz zirvəsinə çatdıqdan sonra qlobal temperatura ən çox təsir edir.

“İstixana qazlarının konsentrasiyası rekord həddə çatıb. Qlobal temperatur da rekord səviyyəyə yüksəlib. Dəniz səviyyəsinin qalxması rekord səviyyədədir. Antarktidada dəniz buzlarının səviyyəsi rekord həddə azalıb. Bu, qırılmış rekordların qulaqbatırıcı kakofoniyasıdır”, - deyə Ümumdünya Meteorologiya Təşkilatının baş katibi, professor Petteri Taalas bildirib. O əlavə edib: “Bu, sadəcə statistika deyil. Buzlaqları xilas etmək və dəniz səviyyəsinin qalxmasını cilovlamaq üçün yarışı uduzmaq riskimiz var. Biz XX əsrin iqliminə qayıda bilmərik, lakin bu və sonrakı əsrlərdə getdikcə daha əlverişsiz iqlimin risklərini məhdudlaşdırmaq üçün indi hərəkətə keçməliyik”.

Professor Taalas daha sonra deyib: "Ekstremal hava hər gün insanların həyatını və dolanışıq vasitələrini pozur, hər kəsin erkən xəbərdarlıq xidmətləri vasitəsilə qorunmasını təmin etmək üçün təcili ehtiyacının vurğulayır".

Hesabat iqlim dəyişikliyinin qlobal miqyasını göstərir. O, ərzaq təhlükəsizliyi və əhalinin yerdəyişməsi də daxil olmaqla, sosial-iqtisadi təsirlər haqqında məlumat verir.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib: “Bu il biz yanğınların, daşqınların və qızmar istilərin dünyanın hər yerindəki icmaları vurduğunu gördük. Rekord qlobal istilər dünya liderlərini silkələnməyə məcbur etməlidir”. Quterreş Ümumdünya Meteorologiya Təşkilatının iqlim hesabatını müşayiət edən videomesajında liderləri BMT-nin COP28 iqlim dəyişikliyi danışıqlarında təcili tədbirlər görməyə çağırır. Onun sözlərinə görə, müsbət dəyişikliklər üçün hələ də ümid var.

BMT-nin Baş katibi əlavə edib: “Bizim qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq və iqlim xaosunun ən pis təsirlərindən yayınmaq üçün yol xəritəmiz var. Lakin iqlimlə bağlı fəaliyyət planlarının növbəti raundunda aydın gözləntilər müəyyən etməklə və onları mümkün etmək naminə tərəfdaşlıq və maliyyələşdirmə öhdəliyi götürməklə 1,5 dərəcə Selsi limitini qorumaq üzrə yarışa başlamaq üçün COP28-də liderlərə ehtiyacımız var; vəzifələr bərpaolunan enerjini üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə çoxaltmaq, habelə 1,5 dərəcə Selsi limiti ilə əlaqəli açıq bir zaman çərçivəsində qazıntı yanacaqlarını mərhələli şəkildə ləğv etmək öhdəliyi götürməkdən ibarətdir”.

Quraqlıq, daşqın və istilik dalğaları kimi ekstremal hava hadisələrinin tezliyinin artması səhiyyə infrastrukturunda da əlavə gərginlik yaradır.

Üç əsas istixana qazının - karbon qazı, metan və azot oksidinin müşahidə edilən konsentrasiyaları ümumi qlobal dəyərlərin mövcud olduğu son il olan 2022-ci ildə rekord həddə çatıb. Bir sıra xüsusi yerlərdən real vaxtda alınan məlumatlar göstərir ki, bu üç istixana qazının konsentrasiya səviyyələri 2023-cü ildə də artmağa davam edib.

2023-cü ildə (oktyabrda) qlobal orta səth temperaturu 1850-1900-cü illərin orta göstəricisindən təxminən 1,40 (±0,12) dərəcə Selsi yuxarı idi. Oktyabr ayına qədər olan məlumatlara əsasən, 2023-cü ilin əvvəlki ən isti illəri geridə qoyaraq, rekord səviyyədə ən isti ili olacağı faktiki olaraq dəqiqdir.

Qlobal orta dəniz səthinin temperaturu (SST) Şimal yarımkürəsində yazın sonundan bəri ilin bu vaxtı üçün rekord həddə çatıb. Şimali Atlantikanın şərqində, Meksika körfəzində və Karib dənizində, eləcə də geniş dəniz isti dalğalarının müşahidə olunduğu Cənubi Okeanın geniş ərazilərində müstəsna dərəcədə isti temperatur qeydə alınıb.

Okean istiliyi də 2022-ci ildə - 65 illik rekordda tam məlumatın mövcud olduğu son ildə zirvəyə çatıb.

İstiləşmənin gələcəkdə də davam edəcəyi gözlənilir, bu dəyişiklik əsrlərdən minilliklərə qədər zaman miqyasında geri dönməz prosesdir. Bütün məlumatlarda göstərilir ki, okeanların istiləşmə sürəti son iyirmi ildə xüsusilə dramatik şəkildə artıb.

2023-cü ildə qlobal orta dəniz səviyyəsi 1993-cü ildən bəri ən yüksək səviyyəyə çatıb ki, bu da okeanların davamlı istiləşməsi, habelə buzlaqların və buz təbəqələrinin əriməsini əks etdirir. Son on ildə (2013-2022) qlobal orta dəniz səviyyəsinin qalxma sürəti peyk müşahidələrinin birinci onilliyindəki (1993-2002) dəniz səviyyəsinin qalxma sürətindən iki dəfə çoxdur.

Fevral ayında Antarktikada dəniz buzunun həcmi peyk dövrü üçün (1979-cu ildən indiyədək) ən aşağı həddə çatıb. İyun ayından başlayaraq, buzun həcmi ilin bu vaxtı üçün rekord səviyyədə idi.

Arktika dəniz buzunun həcmi normadan xeyli aşağıda qalıb, burada illik maksimum və minimum dəniz buzunun hüdudları müvafiq olaraq rekord üzrə beşinci və altıncı ən aşağı səviyyədədir.

Şimali Amerikanın qərbində və Avropa Alp dağlarında buzlaqlar həddindən artıq ərimə mövsümünü yaşayıb. İsveçrədə buzlaqlar son iki ildə qalan həcminin təxminən 10 faizini itirib.

Ekstremal hava və iqlim hadisələri bütün məskunlaşmış qitələrə böyük təsir göstərib. Bunlara böyük daşqınlar, tropik siklonlar, həddindən artıq istilik və quraqlıq, həmçinin onların səbəb olduğu meşə yanğınları daxildir.

Fəlakətlərin azaldılmasının kritik komponenti effektiv çoxtərəfli erkən xəbərdarlıq sistemlərinin mövcudluğudur. Beynəlxalq Hamı üçün Erkən Xəbərdarlıq təşəbbüsü 2027-ci ilin sonuna qədər hər kəsin bu cür sistemlərlə müdafiə olunmasını təmin etmək məqsədi daşıyır. Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivəsinin qəbul edilməsindən sonra yerli fəlakət riskinin azaldılması strategiyalarının işlənib hazırlanması və həyata keçirilməsi daha da güclənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:21
13 May

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:21
13 May

A.M.Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında

00:20
13 May

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

00:20
13 May

“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 43-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 noyabr tarixli 228 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:18
13 May

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 46-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:16
13 May

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:15
13 May

"Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB)" üzvlərinin nəzərinə!

00:14
13 May

"TEMİRLİ QRUP"ASC-nin səhmdarlarının nəzərinə!

00:14
13 May

Hakan Fidan ABŞ Dövlət katibinə Suriya qarşı sanksiyaların ləğvinin əhəmiyyətindən danışıb  

23:08
12 May

Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər  

23:04
12 May

Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi

22:09
12 May

Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib

21:06
12 May

NİİM velosiped və skuter idarə edənlərə müraciət edib

19:59
12 May

Vüqar Rəhimzadə: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı və Şərqi Zəngəzuru görürük

19:57
12 May

Veneranın xarici təbəqəsinin zaman keçdikcə qalınlaşacağı gözlənilsə də...

19:55
12 May

Marian çökəkliyində təəccübləndirici tapıntı

19:40
12 May

Yağan yağışlar çaylarda sululuğu artırıb 

19:03
12 May

Başlıbel faciəsinin şahidi: Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

19:00
12 May

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib  

18:59
12 May

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru ilə görüş keçirilib  

18:54
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!