2023-cü il "superfəaliyyət" ili olmalıdır
BMT bəşəriyyəti dünya okeanını birgə mühafizəyə çağırır
"Okeanları xilas etmək bizim qalib gəlməli olduğumuz bir yarışdır". Bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Kabo-Verdeyə səfərinin sonuncu günü dünya okeanının mühafizəsinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bütöv bir komanda kimi çalışaraq bu yarışda qalib gəlmək mümkündür: "Gəlin, okeanın ehtiyac duyduğu qoruyucu olaq. Gəlin, bu fövqəladə vəziyyətə son qoyaq və okean kimi qiymətli sərvəti uşaqlarımız və nəvələrimiz üçün qoruyaq".
"Mavi" iqtisadiyyat
Baş katib ən müasir dərin dəniz avadanlıqlarının, təkmilləşdirilmiş emalatxanaların və laboratoriyaların yerləşdiyi Mindelu Okeanoqrafiya Elm Mərkəzində çıxış edib. San-Visentedəki elm mərkəzi Kabo-Verdenin arxipelaqın "mavi" iqtisadiyyatını inkişaf etdirməsinin bariz nümunəsidir.
BMT-nin rəhbəri ilə söhbət zamanı Kabo-Verdenin baş naziri Ulisseş Korreyya e Silva qeyd edib ki, əvvəllər okean yerli sakinlər arasında yalnız qəm-qüssə və melanxoliya hissi yaradırdı. Onların bir çoxu daha yaxşı həyat dalınca ölkəni tərk ediblər. Hazırda isə insanlar okeanı inkişaf etmiş turizm, şirin su, "mavi" iqtisadiyyat, təmiz enerji, biotexnologiyalar və akvamədəniyyətlə əlaqələndirirlər.
Beynəlxalq reqata
1973-cü ildə ilk beynəlxalq okean reqatası start götürüb. O vaxtdan bəri müxtəlif ölkələrdən olan gəmilər hər üç-dörd ildən bir dünya ətrafında üzür.
Ekoloji fəal Denni Vaşinqtonun okean sammitindəki çıxışında qeyd etdiyi kimi, qırx il ərzində reqatanın iştirakçıları Kabo-Verdeni yalnız ötəri və uzaq məsafədən görüblər. Yaxtaçılar arxipelaqda heç vaxt dayanmayıblar. Və budur - ötən cümə günü bu ölkə Qərbi Afrikada yarışın tarixində rəsmi dayanacağın edildiyi ilk dövlət oldu.
Sammitdə çıxış edən reqatanın münsiflər heyətinin sədri Riçard Brizius BMT-nin baş katibini reqata iştirakçılarının okeanların qorunmasına sadiqliyinə əmin edib: "Biz, "Ocean Race" yarışının iştirakçıları, hamımız sizin heyətinizin üzvləriyik. Biz okean adamlarıyıq. Biz okeanı xilas etmək üçün əlimizdən gələni edirik".
Antonio Quterreş öz növbəsində qeyd edib ki, reqatada iştirak edən hər bir gəmidə gələcəkdə "okeanın sağlamlığını" təmin etməyə kömək edəcək elmi məlumatların toplanması üçün xüsusi avadanlıqların olması onu ruhlandırıb.
Təhdid altında olan əsas resurs
BMT rəhbəri çıxışı zamanı diqqətə çatdırıb ki, hazırda dünyada balıq ehtiyatlarının təxminən 35 faizi həddindən artıq istismar olunur. Qlobal istiləşmə okeanların temperaturunun artmasına səbəb olur ki, bu da tez-tez və şiddətli tufanlara, dəniz səviyyəsinin qalxmasına və sahilyanı torpaqların şoranlaşmasına gətirib çıxarır.
Antonio Quterreş bildirib ki, zəhərli kimyəvi maddələr və milyonlarla ton plastik tullantılar sahil ekosistemlərini çirkləndirir, balıqları, tısbağaları, quşları və dəniz məməlilərini öldürür və ya yaralayır. Tullantılar qida zəncirinə daxil olur və bizim süfrəmizə yığılır. BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər dənizdə balıqdan daha çox plastik ola bilər.
Okeanın "super ili"
Baş katib məmnunluqla qeyd edib ki, dünya son bir ildə vəziyyəti düzəltmək üçün bir sıra mühüm addımlar atıb. Nayrobidə okeanın plastiklə çirklənməsinə qarşı mübarizə üzrə qlobal müqavilə ilə bağlı danışıqlara başlamaq üçün tarixi razılaşma əldə olunub. Lissabonda Birləşmiş Millətlər Təşkilatının Okean Konfransı keçirilib və bu konfransda ölkələr bir sıra yeni könüllü öhdəliklər götürüblər. BMT-nin Monrealda keçirilən Biomüxtəliflik Konfransında ölkələr 2030-cu ilə qədər quru, su, sahilyanı və dəniz ekosistemlərinin 30 faizini qorumaq barədə razılığa gəliblər. Quterreşin fikrincə, 2022-ci ili okeanın "super ili" adlandırmaq olar. Ancaq bu yarış bitməkdən hələ çox uzaqdır. Okeanda fövqəladə vəziyyətə birdəfəlik son qoymaq üçün 2023-cü ili "superfəaliyyət ili" etməliyik.
BMT rəhbərinin dediyinə görə, dünyanın dörd əsas istiqamət üzrə təcili tədbirlərə ehtiyacı var, o cümlədən dəniz sənayesinin davamlı inkişafı, inkişaf etməkdə olan ölkələrə genişmiqyaslı dəstəyin göstərilməsi, dəyişən iqlimə qarşı mübarizə və bu məqsədlər üçün elm, texnologiya və innovasiyalardan geniş istifadə olunması.
Ədalətsiz sistem
Maliyyə sektorunun nümayəndələrinə müraciət edən Antonio Quterres inkişaf etməkdə olan ölkələrin zəngin dövlətlərin öz maraqları naminə yaratdığı mənəvi cəhətdən iflasa uğramış qlobal maliyyə sisteminin qurbanı olduğunu vurğulayıb.
Baş katibin bildirdiyinə əsasən, bu sistemdə qərəz var. Çünki o, Kabo Verde kimi inkişaf etməkdə olan ölkələrin çox ehtiyac duyduğu güzəştli maliyyələşdirməni və borc yükünün yüngülləşdirilməsini müntəzəm olaraq rədd edir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
20 Aprel
Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan...
20 Aprel
ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb ...
20 Aprel
Bakıda Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı keçirilir YENİLƏNİB
20 Aprel
Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır ...
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!