25 Avqust 2011 12:08
1081
Mədəniyyət
A- A+
Ziyalı və kübar bir xanım

Ziyalı və kübar bir xanım

 

Bu, ötən əsrdə yaşayıb-yaratmış Azərbaycanın ilk ali təhsilli xanımlarından olan Sona xanım Axundova idi. Ədəbiyyatşünas alim Şamil Qurbanovun vaxtilə qələmə aldığı kiçik bir yazıda onun barəsində ilk dəfə məlumat oxuduq. Müəllifin təqdimatı çox cəzbedici idi: "1910-cu ilin küləkli və şaxtalı qış günlərindən biri idi. Qara çadraya bürünmüş ürkək və məsum bir qız Bakının tozlu küçələri ilə şəhər Bələdiyyə İdarəsinə tərəf, işıq və səadət umduğu qız məktəbinə sarı gedirdi. Qorxudan və həyəcandan ürəyi quş ürəyi kimi döyünür, hər səsə, hər hənirtiyə dayanır, qorxulu bir şey görmədikdə yenidən yoluna davam edirdi. 13 yaşı təzəcə tamam olmuş bu qızcığaz iki yol ayrıcında qalmışdı: ya məktəbə gedib savadlı qızlardan biri olmaq, ya da evdə dörd divar arasında oturub ömür-gün çürütmək. Dünən məhəllə qoçuları onu yoldan qaytarıb demişdilər:

- Bir də məktəbə getsən, özünü ölmüş bil, ha!

Cavan qız bu xəbərdarlığa biganə qala bilməzdi. Belə şeylər üstündə hər gün küçələrdə öldürülən, döyülüb təhqir olunan az deyildi. Elə gün olmurdu ki, küçədə ana fəryadı, övlad naləsi eşidilməsin".

Sona Axundovanın kamil əxlaqa, geniş dünyagörüşünə, milli düşüncəyə malik olması onun mənəvi zənginliyi və üstünlüyü idi. O, elə bir yol seçmişdi ki, əvvəlcədən bütün çətinlik və maneələri nəzərə almışdı. Onu bu işə ruhlandıran isə ilk növbədə mükəmməl ailə tərbiyəsi, valideynləri və həyatda rastına çıxan yaxşı adamlardı.

Sona Axundova 1898-ci ildə Bakı şəhərində İsgəndər bəyin ailəsində dünyaya gəlib. İsgəndər Mirzə Əbülhüseyn oğlu Axundov əslən Şamaxıdan olub. Əvvəlcə molla yanında ibtidai təhsil alıb, sonra da gimnaziyada oxuyub. Tanınmış vəkil kimi o dövrdə məşhur idi.

Sonagili ailədə beş uşaq idilər. Üç bacı, iki qardaş. 13 yaşında olanda valideynləri onu Bakı şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyublar. Bu məktəbi bitirdikdən sonra "Müqəddəs Nina" məktəbində təhsil alıb. O dövrdə fortepiano ifaçılığına da maraq göstərən Sonanın bu arzularına dövrün qaragüruhu çox pis münasibət bəsləyib. Əlbəttə, Sonanı fikrindən döndərmək çox çətin idi. Onun işığa can atması qara qüvvələrin xoşuna gəlmirdi. Onlar hər cür vəhşiliyə əl ata bilərdilər. Sona nə qədər cəsur, qorxmaz olsa da, içində bir ürkəklik, vahimə vardı. O, həyəcan keçirirdi. Çünki qoçular tez-tez qardaşlarını hədələyərək deyirdilər: "Biqeyrətlər! Sizin başınızdakı papaq deyil, örpəkdir. Kişi də bacısını məktəbə göndərər?" Bütün bunları ürəkağrısı ilə götür-qoy edən Sona həm də tərəddüd keçirirdi. Təhsil alsın, ya yox?! Hər ikisi ölümə bərabər idi. Bu səbəbdən də fikrini qətiləşdirdi: "Yox, məktəbə getməliyəm, ölsəm də bu yolda öləcəyəm", - deyə ürəyində öz qərarını verdi. Xoşbəxtlikdən Sonanın valideynləri - atası İsgəndər bəy və anası Züleyxa xanım da maarifə, mədəniyyətə böyük əhəmiyyət verən insanlar olduğundan övladlarının savadlı böyüməsini, təhsil almasını, bu qaranlıq mühitdən çıxıb həyat işığı görməsini çox arzulayırdılar.

Sona Axundovanın qətiyyətli olmasında sevimli müəllimi Şəfiqə xanım Əfəndizadənin də böyük rolu olub. O, təhsil almaq, oxumaq istəyən gəncləri, xüsusilə də qızları başına yığaraq deyirdi: "Cəmiyyətimizin gələcəyi sizin təhsilinizdən çox asılıdır. İndi siz azsınız, amma çox keçməz ki, yüzlərlə bacınız qaranlıq daxmalardan... çıxıb, sizin arxanızca gələrlər".

Sona Axundova hələ qızlar məktəbində oxuyarkən şeirə böyük maraq göstərirdi. O, Şəfiqə xanımın köməyi ilə Mirzə Ələkbər Sabirin şeirlərini tapıb oxuyurdu. Eləcə də "Molla Nəsrəddin" jurnalında dərc edilmiş satirik şeirlərdən, məqalə və karikaturalardan xəbərdar idi. Daxilində yeniliyə böyük həvəs, vətənpərvərlik hissləri xüsusi yer tutmuş Sona Axundovanın ədəbiyyata, şeirə bağlılığı getdikcə artırdı. O, ilk dəfə öz şeirlərini Şəfiqə xanım Əfəndizadənin təkidi ilə Sultan Məcid Qənizadəyə oxumuşdu. Azərbaycanlı qızın şeir yazması qocaman yazıçını heyrətə gətirmişdi. Vətən haqqında yazılmış şeir Sona Axundovanın qəlb harayı idi:

 

Vətənin bəxtinə hər dəm çəkirəm həsrəti mən,

Sevirəm vətənimə sərf edilən qeyrəti mən.

Hə səadət vətənimlə qazannam şöhrəti mən,

Olmaram razı əgər cəhldə qalsa vətənim,

Vətənim qalsa əgər cəhldə yansın bu tənim.

 

Varmı bir mərdi şücaət kim vətənə qurban ola,

Vətənin torpağı cismində onun üçün can ola.

Vətənin dərdini duyqac cəhldə qalsa vətənim,

Vətənim qalsa əgər cəhldə yansın bu tənim.

Vətənin qədri əzizdir Sonaya canı kimi,

Sevər öz yurdunu qəlbində imanı kimi,

Vətəni sevəcəkdi əhd ilə peymani kimi,

Olmaram razı əgər cəhldə qalsa vətənim,

Vətənim qalsa əgər cəhldə yansın bu tənim.

 

Bu şeiri Sultan Məcid Qənizadə Sonadan alaraq azacıq düzəlişlə "Səda" qəzetində dərc etdirdi. Bu, Sonanın ilk mətbu şeiri idi. Onun "vətənim, vətənim" xitabı bu şeiri oxuyanların qəlbində qəribə bir təlatüm doğurmuşdu. Vətənin səadəti və maarifi yolunda gənc bir qızcığazın bu cür mübarizəyə qoşulması millətsevərlərin qəlbini qürurla doldururdu.

Bu hadisədən sonra Sona Axundovanın həmin şeirini bir sıra qəzetlər, o cümlədən "Kaspi" də rus dilində çap etdi. Hətta şeirə nəzirələr də yazıldı. Ən maraqlısı da bu idi ki, heç tanımadığı. üzünü belə görmədiyi Şevryov familiyalı bir rus şairi də Azərbaycanlı qızının şeirindən təsirlənərək ona öz poetik münasibətini bildirmişdi. 1911-ci ildə Bakıda Xədicə Əlibəyovanın redaktorluğu ilə "İşıq" adlı ilk qadın qəzeti çap olundu. Bu qəzetlə əməkdaşlıq edən Sona Axundovanın maarifə, mədəniyyətə çağırış ruhlu şeirləri müntəzəm çap olunurdu. Onun şeirləri əsasən qadınlara ünvanlanırdı. O, ən çox da "bacılar, rəfiqələrim" deyərək, Azərbaycan xanımlarını cəmiyyətdə, ictimai həyatda fəal olmağa, teatra getməyə, savadlanmağa, bir sözlə, oyanışa səsləyirdi. "İşıq" qaranlıq bir zamanda ətrafı şölələndirmək istəyəndə bu nurun daha gur olmasında Sona xanımın da böyük rolu var idi. O, bir irfan yolunu tutub gəlmişdi, ardıcılları da yetişirdi.

Getdikcə bulanıq sular durulmağa başladı. Dövr, zaman dəyişirdi. Qadınlar kütləvi surətdə çadranı tullayır, savadsızlıq ləğv edilir, zərif varlıqların ictimai həyatda fəallığı getdikcə artırdı. Sona Axundovanın bəxti ailə sarıdan da üzünə güldü. O, tanınmış həkim Əbülfəs Qarayevlə ailə həyatı qurdu. Bu izdivacdan Qara və Mürsəl adlı övladları dünyaya gəlib. Üç xatirədən gələn məqam da diqqəti cəlb edir. Xalq rəssamı Kamil Əliyev həm Qara, həm də Mürsəllə yaxın dost olub. O, dostları ilə bağlı yazdığı xatirəsində bu unudulmaz ziyalı xanımla bağlı fikirlərini belə bildirib: "Sona xanım olduqca mədəni, ziyalı, dünyada baş verən bütün proseslərdən məlumatı olan qadın idi".

Nəvə Əbülfəs Qarayevin xatirələrindən: "Mənə elə gəlir ki, həm atamın, həm də Qara əmimin tərbiyəsində nənəm Sona xanımın çox böyük rolu olub. Çünki o, özü şairə idi, Azərbaycanda ali təhsil almış ilk qadınlardan biri idi. Tağıyevin açdığı qızlar məktəbini bitirmişdi. Bütün varlığında əbədi bir nur qərar tutmuşdu. Ədəbiyyatı, musiqini çox sevirdi.  Yaradıcı şəxsiyyət idi. Hamımızda onun təsiri var".

Yekun olaraq yenidən Şamil Qurbanovun xatirələrinə qayıdırıq: "Biz Sona xanımın vəfatından bir az əvvəl görüşüb söhbət etmişdik... Ondan nə üçün bədii yaradıcılığını axıra qədər davam etdirməməyinin səbəbini soruşduqda: - Ailə qayğısı qoymadı, - deyə mehribancasına gülümsədi, oğlanlarına və nəvələrinə baxdı - cəmiyyət üçün, xalq üçün faydalı övlad tərbiyə etmək yaradıcılıq deyilmi?

- Yaradıcılıqdır, həm də ciddi, məsul yaradıcılıq..."

Məlumdur ki, Sona xanım Axundova zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin və tibb elmləri doktoru cərrah Mürsəl Qarayevin anasıdır. Bu, ziyalı və kübar bir xanımın Azərbaycan xalqına, mədəniyyətinə, elminə, səhiyyəsinə bəxş etdiyi bir hünər dastanıdır. Bu hünər dastanının şah əsəri isə iki məşhur övlad olub. İlk şeirini vətəninə həsr edən, onun yolunda hər çətinliyə sinə gərməyi bacaran Sona xanımın Azərbaycana, vətənə xidməti analoqu olmayan bir fədakarlıqdır!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!