07 Dekabr 2024 17:56
625
SİYASƏT
A- A+
Ziyafət Əsgərov Azərbaycan və Türkiyənin təhlükəsizlik məsələlərində birgə fəaliyyətinin əhəmiyyətindən danışıb  

Ziyafət Əsgərov Azərbaycan və Türkiyənin təhlükəsizlik məsələlərində birgə fəaliyyətinin əhəmiyyətindən danışıb  


Azərbaycanla Türkiyə arasında ictimai diplomatiya sahəsindəki əməkdaşlıq qardaşlıq prinsiplərinə əsaslanır. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir. Bununla belə, bu birliyə mane olmağa çalışan qüvvələrin mövcudluğu da müşahidə olunur. Bu kimi halların qarşısını almaq və birgə fəaliyyətin effektivliyini artırmaq üçün hər iki ölkənin parlamentləri müvafiq mexanizmlər hazırlamalıdır. Parlamentlər dövlətlərin təhlükəsizlik siyasətində mühüm rol oynayan təsisatlardır. Azərbaycanla Türkiyə arasında təhlükəsizlik məsələlərində birgə fəaliyyət regional və qlobal sabitliyə töhfə vermək baxımından əhəmiyyətlidir. Bu kontekstdə hər iki ölkənin təhlükəsizliyinin birgə qorunması zərurəti ön plana çıxır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Ziyafət Əsgərov dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı səsləndirib.

Z.Əsgərov qeyd edib ki, müasir dünyada “gücün hüququ” deyil, “hüququn gücü” əsas prinsip kimi qəbul edilir: “Bu baxımdan diplomatiyanın rolu daha da artır və beynəlxalq münasibətlər sistemində hüququn prioritet olmasını təmin etmək üçün hüquqi mexanizmlərin inkişaf etdirilməsi tələb olunur. Azərbaycanla Türkiyə arasında diplomatik əməkdaşlıq bu baxımdan digər türk dövlətləri üçün də nümunəvi model hesab oluna bilər”.

“Türkiyə ilə Azərbaycan arasında formalaşan qardaşlıq və strateji tərəfdaşlıq digər türk dövlətləri üçün də həmrəyliyin, ortaq təhlükəsizlik sisteminin və birgə inkişaf modelinin nümunəsi kimi çıxış edir. Bu əlaqələrin möhkəmləndirilməsi yalnız iki ölkənin deyil, həm də Türk dünyasının digər dövlətlərinin taleyinə və gələcəyinə birbaşa təsir göstərir. Bu baxımdan, Azərbaycanla Türkiyə arasında ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsi digər türk dövlətləri ilə də ortaq layihələrin həyata keçirilməsinə zəmin yarada bilər”, - deyə Ziyafət Əsgərov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb

17:04
13 Mart

Pit Heqset: İranın daxilində 15 mindən çox hədəfə zərbə endirilib

16:57
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah” YENİLƏNİB 

16:56
13 Mart

Belçika şirkəti Azərbaycanın külək enerjisi potensialını dəyərləndirir  

16:45
13 Mart

İlk dəfə olaraq kosmosda asteroidin istiqamətini dəyişmək mümkün olub

16:33
13 Mart

Azərbaycan Müdafiə Nazirliyi: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik  

16:32
13 Mart

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir  

16:31
13 Mart

ECOLEAD layihəsi çərçivəsində 200-dən çox ağac əkilib

16:31
13 Mart

Ahmedou Ould-Abdallah: Afrika qlobal iqtisadiyyatda cəmi 2 faiz paya malikdir  

16:28
13 Mart

İqtisadiyyat naziri UNCTAD baş katibi ilə beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyətini dəyərləndirib  

16:19
13 Mart

Maltanın sabiq Baş naziri: Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir  

16:12
13 Mart

Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub  

16:03
13 Mart

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 

16:01
13 Mart

Süni intellekt proqramlarından istifadə yolu ilə qadınları şantaj edən şəxs saxlanılıb  

15:58
13 Mart

Eka Tkeşelaşvili: Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir

15:57
13 Mart

Azərbaycanda orta illik inflyasiya açıqlanıb

15:53
13 Mart

İrandan Azərbaycana daha 15 nəfər təxliyə olunub  

15:49
13 Mart

Omana PUA hücumu olub, 2 nəfər ölüb  

15:43
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah”  

15:41
13 Mart

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:39
13 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

15:38
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!