13 Mart 2026 16:01
146
SİYASƏT
A- A+
Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 


XIII Qlobal Bakı Forumu çərçivəsində “Orta Dəhliz və Avrasiya bağlantısı qapısı” mövzusunda panel müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, iclasa Serbiyanın sabiq Prezidenti Boris Tadiç moderatorluq edib.

Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov Azərbaycanın Mərkəzi Asiya regionu ilə yaxınlaşmasını strateji əhəmiyyət kəsb edən tarixi proses adlandırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Mərkəzi Asiya liderləri ilə bir araya gəlməsi iqtisadi, ticarət və xüsusilə enerji sahəsindəki əməkdaşlığımız üçün müstəsna əhəmiyyət daşıyır. Özbəkistanın Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən ölkələrdən biri olduğunu vurğulayan Abdulaziz Kamilov hesab edir ki, bu dəhliz yeni bazarlara çıxış imkanı yaradacaq.

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın fikrincə, müvafiq strateji addımlar atmaqla illik daşımaların həcmini 20 trilyon dollara qədər artırmaq mümkündür: "Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti əvəzsizdir. Belə ki, yüklərin Şərqdən Qərbə daşınması dəniz yolu ilə 40-50 gün çəkdiyi halda, Orta Dəhliz vasitəsilə cəmi 12-15 günə reallaşa bilər. Bu üstünlükləri nəzərə alaraq, Orta Dəhlizin inkişafı daha fəal şəkildə dəstəklənməlidir".

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın Orta Dəhliz layihəsi çərçivəsində nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inteqrasiyasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Trans-Xəzər Fiber Optik Kabeli layihəsi Asiya və Avropa arasında 300 terabit/saniyəlik yüksəksürətli rəqəmsal əlaqə təmin edəcək və bölgədə rəqəmsal inteqrasiyanı gücləndirəcək.

Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin sözlərinə görə, Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir. O qeyd edib ki, region artıq xarici güclərdən asılı deyil, strateji qərarları öz şərtləri ilə qəbul etmək qabiliyyətini gücləndirib və üzv ölkələr arasında dərinləşmiş strateji əməkdaşlıq sayəsində yeni “regional orta güc” nümunəsi ortaya çıxıb.

Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçal Cənubi Qafqaz, Mərkəzi Asiya və Avroatlantik məkan arasında aktiv körpü rolunu davam etdirməyin önəmini vurğulayıb. "Enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Qafqaz və Mərkəzi Asiyanın sabitliyi isə bütün regionun rifahı üçün fundamental şərtdir", - deyə A.Birçal əlavə edib.

Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Rəşid Alimov Mərkəzi Asiyanın qlobal bazarlara çıxışı addım-addım təmin edən etibarlı və strateji bir körpü statusu qazandığını deyib: “Regionun nəqliyyat təşəbbüsləri beynəlxalq layihələri tamamlayaraq yeni imkanlar yaradır. Bizim əsas məqsədimiz dəhliz boyu yükdaşıma zonalarını inkişaf etdirmək və bu marşrutu qlobal dəyər zəncirinin ayrılmaz hissəsinə çevirməkdir”.

Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev Orta Dəhliz layihəsinin Avropa ilə Asiya arasında yükdaşımalarını sürətləndirmək və daha səmərəli etmək baxımından böyük strateji əhəmiyyətə malik olduğunu deyib. Qeyd edib ki, bu layihə vasitəsilə Yaponiya, Çin, Cənub-Şərqi Asiya və Hindistanın şirkətləri Avropaya bağlanır. Bu layihə çərçivəsində Azərbaycanın Asiya ilə Avropa arasında əlaqəni təmin etməkdə rolu kritik əhəmiyyət kəsb edir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibi Lazar Komănesk isə Avropa ilə Asiya arasında quru və dəniz əlaqələrinin qurulmasının müasir dövrün ən mühüm prioritetlərindən biri olduğunu bildirib. O, xüsusilə Qara dəniz regionu və ətraf bölgələr üçün bu iki qitə arasında inteqrasiyanın güclənməsini olduqca sevindirici və strateji bir hadisə adlandırıb.

Sessiya müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb

17:04
13 Mart

Pit Heqset: İranın daxilində 15 mindən çox hədəfə zərbə endirilib

16:57
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah” YENİLƏNİB 

16:56
13 Mart

Belçika şirkəti Azərbaycanın külək enerjisi potensialını dəyərləndirir  

16:45
13 Mart

İlk dəfə olaraq kosmosda asteroidin istiqamətini dəyişmək mümkün olub

16:33
13 Mart

Azərbaycan Müdafiə Nazirliyi: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik  

16:32
13 Mart

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir  

16:31
13 Mart

ECOLEAD layihəsi çərçivəsində 200-dən çox ağac əkilib

16:31
13 Mart

Ahmedou Ould-Abdallah: Afrika qlobal iqtisadiyyatda cəmi 2 faiz paya malikdir  

16:28
13 Mart

İqtisadiyyat naziri UNCTAD baş katibi ilə beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyətini dəyərləndirib  

16:19
13 Mart

Maltanın sabiq Baş naziri: Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir  

16:12
13 Mart

Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub  

16:03
13 Mart

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 

16:01
13 Mart

Süni intellekt proqramlarından istifadə yolu ilə qadınları şantaj edən şəxs saxlanılıb  

15:58
13 Mart

Eka Tkeşelaşvili: Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir

15:57
13 Mart

Azərbaycanda orta illik inflyasiya açıqlanıb

15:53
13 Mart

İrandan Azərbaycana daha 15 nəfər təxliyə olunub  

15:49
13 Mart

Omana PUA hücumu olub, 2 nəfər ölüb  

15:43
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah”  

15:41
13 Mart

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:39
13 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

15:38
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!