15 May 2024 08:00
1882
SİYASƏT
A- A+
“Nəyi deyirəmsə, onu da edirəm!”

“Nəyi deyirəmsə, onu da edirəm!”

 

"Bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar".
Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş zamanı qalib komandan bir daha Zəfərin zirvəsindən Azərbaycanın qələbəsini həzm edə bilməyən, ölkəmizə iftiralar atan, eləcə də məğlub Ermənistan və onun arxasında durub yalan vədlər verən dairələrə ciddi xəbərdarlıq ünvanladı. 
Prezident bir daha xatırlatdı ki, regionda söz sahibi Azərbaycandır və Cənubi Qafqazda marağı olan istənilən dövlət bütün məsələlərdə ölkəmizlə razılaşmalıdır. 
Bütün zamanlarda yürütdüyü siyasət beynəlxalq hüquqa və ədalətə əsaslanan İlham Əliyev Hayastandakı revanşist qüvvələrə, onlara dəstək olan Fransaya da ayrıca mesaj göndərdi: "Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin". 
Dövlət başçısının söylədiyi kimi, artıq hər kəs Azərbaycanın nəyə qadir olduğunu yaxşı bilir. Siyasi və iqtisadi müstəqilliyə, qüdrətli orduya, sarsılmaz xalq-iqtidar birliyinə sahib olan ölkə kimi Cənubi Qafqazın liderinin məqsədi yalnız bölgənin təhlükəsizliyinin təminatıdır. 
Azərbaycan heç zaman müharibə istəməyib və bu gün də istəmir. 
Azərbaycanın heç kimin torpağında gözü olmayıb, bu gün də yoxdur. 
Azərbaycanın yeganə istəyi bölgədə sülhün bərqərar olması və Qafqazda yeni dönəmin başlanmasıdır. Əgər sülh olarsa, regionda yeni əməkdaşlıq platformalarının yaranması da qaçılmazdır. Bu isə, əlbəttə ki, region ölkələrinin iqtisadiyyatına öz müsbət təsirini göstərəcək.  
Yox əgər regionda marağı olan qüvvələr Azərbaycanın xəbəri olmadan hansısa layihəni, hansısa mənfur planı həyata keçirmək istəsə, onda vəziyyət dəyişəcək. İlham Əliyev bir daha bölgə ilə bağlı çirkin planlar düşünən, buna cəhd etmək istəyən qüvvələrə səslənərək dedi ki, Azərbaycansız bölgədə heç bir proses alınmayacaq. Ölkəmizin nəyə qadir olduğunu həmin qüvvələr də yaxşı bilir. İstənilən təxribata layiqli cavab veriləcək. Heç kim Azərbaycanın qarşısında dura bilməz: "Hər kəs yaxşı bilir ki, biz nəyə qadirik, ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik". 
Qalib Komandan bir daha həm Ermənistana, həm onun havadarlarına, həm də bütün antiazərbaycançı şəbəkəyə xəbərdarlığını etdi. Yəqin ki, bu gün Ermənistanda küçələrə düşüb Azərbaycanla sülh müqaviləsinin imzalanmasının əleyhinə çıxan keçmiş hərbi xuntanın tör-töküntüləri, revanşist qüvvələr İlham Əliyevin xəbərdarlığından dərs götürəcəklər. Çünki həmin qüvvələrə yaxşı bəllidir ki, Azərbaycan Prezidenti elə-belə söz demir. İlham Əliyev deyir və edir. 
Dövlət başçısı keçmiş Minsk qrupunun iki üzvünə də sözünü çatdırdı. Hələ müharibədən öncəki illəri xatırladan İlham Əliyev dedi ki, konkret olaraq ABŞ və Fransa keçmiş Dağlıq Qarabağ problemini həll etmək istəməyiblər. Çünki həmin ölkələr bu torpaqları ermənilərə vəd vermişdilər: "Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da həmçinin eyni addımı atmışdı". 
Əgər diqqət etsək görərik ki, İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycana qarşı təxribatlarda əsas rol oynayanlar - Fransa və ABŞ-dir. Fransa prezidenti Emmanuel Makron "ermənidən çox ermənilik" prinsipinə sadiq qalaraq Azərbaycana qarşı bütün çirkin kampaniyalarda iştirak edir. ABŞ isə sözdə Azərbaycanın yaratdığı reallıqları dəstəklədiyini bildirsə də, əməldə Ermənistanın sülh müqaviləsini imzalamaması üçün çalışan Fransanın yanındadır. Ona görə də İlham Əliyev bir daha həqiqətləri söyləyərək hər iki ölkəyə fikirlərini çatdırdı: "Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Burada, bu torpaqda söz sahibi bizik... Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm".
Bir sözlə, İlham Əliyev Zəfərin zirvəsi olan Şuşadan tək Ermənistana, ona dəstək verən Fransa və ABŞ-yə deyil, dünyaya səslənərək Azərbaycanın mövqeyini, məqsədini açıqladı. Azərbaycan yalnız sülh istəyir. Müharibə istəyən qüvvələrlə də mübarizə aparmaq gücünə, qüdrətinə sahibdir.  

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib  

21:53
26 Mart

Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq

20:28
26 Mart

Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq edilib

19:41
26 Mart

Samuxda zəlzələ baş verib

18:17
26 Mart

Almaniyanın altı əyalətində antiterror əməliyyatları keçirilib

17:39
26 Mart

Yaşar Gülər: Türkiyə öz sərhədlərindən kənarda da sülhə və sabitliyə töhfə verir

17:06
26 Mart

Qərbi azərbaycanlı: Ən böyük istəyim kəndimizə gedib anamın qəbrini ziyarət etməkdir  

16:43
26 Mart

Türkmənistanın Prezidenti Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib

15:59
26 Mart

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan  

15:49
26 Mart

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

15:47
26 Mart

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən

15:29
26 Mart

İcma: ABŞ-ın Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun hesabatı Azərbaycana qarşı qeyri-obyektiv və əsassız iddialarla doludur

14:57
26 Mart

Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib

14:39
26 Mart

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

14:35
26 Mart

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən Azərbaycan nümayəndə heyəti Parisdə görüşlər keçirib

14:33
26 Mart

Fransa şirkəti hərbi təyyarə istehsalını sürətlə artırmağı planlaşdırır, ancaq hələ sifarişçi yoxdur  

14:23
26 Mart

Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq  

13:34
26 Mart

İstanbulda bələdiyyə seçkiləri keçirilir

12:31
26 Mart

“HaberTürk” telekanalı: Azərbaycana investisiyalar biznes icması üçün böyük faydalar vəd edir

12:29
26 Mart

Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Şahabuddinə

11:36
26 Mart

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

11:21
26 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!