08 Noyabr 2024 08:45
3230
Təhsil
A- A+
"Zəfərin mübarək, Azərbaycan!"

"Zəfərin mübarək, Azərbaycan!"


8 Noyabr - Zəfər Günü xalqımızın yaddaşına əbədi olaraq yazılıb. Çünki bu əlamətdar gün tariximizin ən şərəfli səhifələrindən biridir. Fərəh, qürur doğuran gündür, Qələbə tarixidir, xalqımızın uzun illərdən bəri gözlədiyi, həsrətində olduğu unudulmaz gündür. Torpaqlarımızın işğalına son qoyulan gündür. 

Bu əlamətdar və sevinc dolu gün müəssisə və təşkilatlarda, tədris ocaqlarında böyük təntənə ilə qeyd edilir. Bakı şəhər Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbdə də Zəfər bayramı təntənə ilə qeyd olundu. "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir bütün siniflərdə keçirildi. 

Əvvəlcə ibtidai sinif müəllimləri Sədiqə Kərimova, Bəniyə Qarayeva şagirdlərə Zəfər Günündən danışdılar. Bildirdilər ki, 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Zabit və əsgərlərimiz torpaqlarımızı müdafiə etmək, düşmən hücumunun qarşısını almaq üçün yüksək əhvali-ruhiyyə ilə döyüşlərə atıldılar. Hərbçilərimizin qəhrəmanlığı, cəsarəti sayəsində erməni işğalçılarının hücumları dayandırıldı. Uzun illərdən bəri qəsbkarların işğalında qalmış torpaqlarımız azad olunmağa başlanıldı. Şanlı Azərbaycan Ordusunun zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərərək düşmənləri torpaqlarımızdan qovdular. 30 ilə yaxın işğalda qalmış ərazilərimiz azadlığına qovuşdu. İkinci Qarabağ müharibəsinin 42-ci günü musiqi beşiyimiz olan Şuşa şəhəri erməni işğalçılarından təmizləndi. Noyabrın 10-da düşmən məğlub olduğuna görə döyüşlər dayandırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər birimiz üçün əziz və müqəddəs olan Şuşanın işğaldan azad olunduğu gün - 8 Noyabr Zəfər Günü kimi təsis edildi. Bu əlamətdar gün münasibətilə müəllimlər şagirdləri təbrik etdilər və onlara dərslərində uğurlar arzuladılar.

Məktəbin direktoru Nisə Fərəcova çıxış edərək xalqımıza böyük sevinc bəxş etmiş Zəfər Günündən bəhs etdi. Dedi ki, Zəfər Günü hər birimiz üçün müqəddəs və əzizdir. Artıq neçə ildir ki, xalqımız bu bayramı sevinc içində, böyük təntənə ilə qeyd edir. Zəfər Gününün sevincini yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şəhidlərimizə, qazilərimizə minnətdarlıq bildirildi.

Şagirdlərdən Arzu Məhərrəmli, Məryəm Süleymanlı, Tamerlan Niftəliyev, Məryəm Məmmədli və başqaları Zəfər Gününü, igidliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər söylədilər. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

08:45
17 Mart

Yaxın Şərq böhranı Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb

08:40
17 Mart

Enerjinin İpək yolu

08:35
17 Mart

Avropa İttifaqı etiraf edir

08:30
17 Mart

Azərbaycanın sülh modeli beynəlxalq rəğbət qazanır

08:25
17 Mart

Sülhü təşviq edən platforma

08:20
17 Mart

XIII Qlobal Bakı Forumunun çağırışları: dialoq, əməkdaşlıq və təhlükəsizlik

08:15
17 Mart

Naxçıvan türk dünyasının bütövlüyünün rəmzinə çevriləcək

08:10
17 Mart

Şəxsi həyatın toxunulmazlığının qorunması gücləndirilir

08:05
17 Mart

İLHAM ƏLİYEV: «SÜLHDƏN YAXŞI HEÇ NƏ OLA BİLMƏZ»

08:00
17 Mart

Ərdoğan: İslam dünyası həmrəy olmalı, mübahisələri kənara qoymalıdır  

07:53
17 Mart

Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb

07:51
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:12
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə

02:12
17 Mart

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında

02:11
17 Mart

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

02:10
17 Mart

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:10
17 Mart

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:09
17 Mart

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında

02:06
17 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-497370-CS-QCBS Müqavilə barədə bildiriş

02:03
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!