12 Aprel 2025 08:05
1485
SİYASƏT
A- A+
Zəfərin əbədiyaşarlıq simvolu

Zəfərin əbədiyaşarlıq simvolu


Azərbaycan xalqı otuz ilə yaxın müddət ərzində əzəli torpaqlarının düşmən tapdağında qalmasının nisgili, kədəri ilə yaşadı. Amma heç vaxt torpaqlarımızın azad olunacağı ilə bağlı ümidimizi itirmədik, həsrətin bitəcəyinə inandıq. Bu illər ərzində xalqımız çox böyük ədalətsizliklərlə qarşılaşsa da, 44 gün davam edən Vətən müharibəsində tarixi qələbəyə imza ataraq, öz gücünü bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra, noyabrın 11-də Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğu barədə məlumat vermişdi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Dövlət başçısı elə həmin günlərdə Hərbi Qənimətlər Parkının salınması barədə təşəbbüs irəli sürdü. Sözdən əməli işə keçid özünü çox gözlətmədi, qısa müddət sonra, 2021-ci il aprelin 12-də Bakıda düşmən üzərində çalınan möhtəşəm qələbənin əbədiyaşarlıq simvolu olan parkın açılışı oldu.

Açıq səma altında 5 hektarlıq ərazidə salınan parkda düşməndən qənimət götürülən 300-ə qədər zirehli ağır texnikalar, tanklar, piyadaların döyüş maşınları, zenit-raket kompleksləri, artilleriya qurğuları və digər eksponatlar nümayiş etdirilir. İkinci Qarabağ savaşında fərarilərinin sayı 12 minə çatmış ermənilərin silah-sursatını, hərbi texnikasını döyüş meydanında atıb qaçması heç də təəccübləndirici deyil. Çünki Azərbaycanın qüdrətli ordusu, igid əsgərləri qarşısında xisləti bəlli düşmən duruş gətirə bilməzdi.

Parkda ən yaddaqalan və rəmzi eksponatlardan biri muzeyin girəcəyində sərgilənən, düşməndən qənimət götürülən 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanan "Qarabağ Azərbaycandır!" lövhəsidir. Azərbaycan Ordusunun gücünü, qüdrətini simvolizə edən bu lövhə Ermənistanın miskin durumunu əks etdirir. Muzeyin açılışında lövhənin qarşısında çıxış edən Prezident İlham Əliyev onun erməni fərariliyinin təzahürü olduğunu söyləmişdi: "Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb. Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya, Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür".

1992-ci ilin mayında, Şuşa şəhərinin işğalı zamanı qala şəhərimizə ilk daxil olmaq istəyən, amma Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən vurularaq sıradan çıxarılan, ekipajı məhv edilən 442 nömrəli "abidə" tank da park ərazisindədir. Birinci Qarabağ müharibəsindən sonra Qarabağdakı separatçılar həmin tankı "qələbə rəmzi" kimi bərpa edərək Şuşa yaxınlığında abidə olaraq qoymuşdular. Hətta azğın düşmən 44 günlük müharibədən sonra da həmin tankın yanından Azərbaycana ünvanlı hədsiz iddialar səsləndirirdilər. Şanlı ordumuz 2023-ci ildə həyata keçirdiyi 23 saatlıq antiterror tədbirləri ilə qanunsuz erməni hərbi birləşmələrini, terrorçuları darmadağın etdi, bu "abidə"ni də onlar üçün gözdağına çevirdi.

Hər bir elementi unikal olan parkda gəzərkən buradakı oturacaqlar diqqət çəkir. Onlar ilk baxışdan ümumi ab-havaya uyğun olaraq maraqlı formada düzəldilmiş kimi görünürlər. Əslində  isə, bu oturacaqların hər biri qənimət kimi götürülmüş mərmi yeşiklərindən düzəldilib. Parkın ərazisindəki işıqlandırma sistemi mərmilərin ərintilərindən, tullantı yeşikləri isə tank mərmisinin barıt atıcısının futlyarından hazırlanıb.

Hərbi Qənimətlər Parkının ən maraqlı guşələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Otuz il ərzində möhkəmləndirilən mövqelərin daxilində isə döyüş postu, əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.

Vətən müharibəsi zamanı döyüş həm də informasiya cəbhəsində gedirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri son məlumatları ən etibarlı mənbədən - Prezident İlham Əliyevdən alırdı. Parkın ərazisindəki hərbi çadır altında qurulan "Video-hall"da dövlət başçısının qələbə tvitləri, media qurumlarına müsahibələri, xalqa müraciətləri, habelə Vətən müharibəsinə aid videoçarxlar və qısametrajlı filmlər nümayiş etdirilir. 

Burada informasiya mərkəzi və suvenir satışı məntəqəsi də var. İnformasiya mərkəzində parkdakı bütün eksponat və kompozisiyalar haqqında məlumat əldə etmək mümkündür. Parkı ziyarət edənlər suvenir satışı məntəqəsindən xatirə üçün Vətən müharibəsinə aid suvenirlər də əldə edə bilərlər.  

Hərbi Qənimətlər Parkını gəzərkən ayaq saxladığımız hər yerdə Azərbaycan Ordusunun qüdrətini, gücünü hiss edirik. Zəfər qısa müddətdə qazanılsa da, qələbəyə gedən yol ilmək-ilmək hörülüb. Eşq olsun bu qələbəni bizə yaşadan şanlı Azərbaycan Ordusuna!


Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!