09 Noyabr 2026 08:25
909
CƏMİYYƏT
A- A+
Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan

Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan


Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər bir azərbaycanlı üçün əziz və müqəddəs olan Şuşanın işğaldan azad edildiyi gün - 8 noyabr tarixi Zəfər Günü kimi təsis edildi. Artıq 6-cı ildir ki, xalqımız bu müdəqqəs günü böyük təntənə və sevinclə qeyd edir. Zəfər sevincini xalqımıza yaşadan oğullar isə heç vaxt unudulmur, yaddan çıxmır, daim qürur və iftixarla anılır.  

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, 44 günlük Vətən müharibəsində göstərilmiş misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi Zəfərin yaddaşlara həkk edilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillərə çatdırılması məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin salınmasına başlanmışdır. Dövlət başçısının imzaladığı sərəncamdan 4 il sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevin  iştirakı ilə 8 noyabr 2024-cü ildə Zəfər parkının açılışı olmuşdur. Açılış mərasimində çıxış edən dövlətimzin başçısı demişdir: "Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır".

Zəfər parkı bu gün xalqımızın müqəddəs ziyarətgahıdır. Hamımızın qürur və iftixarla üz tutduğumuz park Azərbaycan dövlətinin və xalqının şəhidlərə olan ehtiramının, hörmətinin və diqqətinin rəmzidir. Yalnız əlamətdar günlərdə deyil, adi vaxtlarda da şəhərimizin sakinləri və qonaqları abidənin önünə gül dəstələri qoyur, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş oğulların xatirəsini ehtiramla yad edirlər.

Dünən isə parkda qələbəlik idi. Xalqımız böyük sevinc içində Zəfər gününü qeyd edirdi. Ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Xalqımızın vətənpərvər övladları əllərində gül dəstələri, ürəklərində böyük sevinc şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək üçün Zəfər parkına üz tuturdu. 

Zəfər parkını ziyarətə gələnlərin arasında uşaqlar, gənclər, hərbi geyimli, sinəsi ordenli, medallı qazilər də az deyildi. Kimliyindən asılı olmayaraq, hamı şəhidlərimizə ehtiramını, hörmətini bildirməyə gəlmişdi. Bu xoş, qürur dolu gündə sanki yaxınlıqdakı ağacların da, hərdən seyrək buludların arasından boylanan Günəşin də üzü gülürdü. 

Hərbi geyimli ziyarətçilərdən birinə yaxınlaşıb tanış olduq. Ehtiyatda olan zabit Ceyhun Əliyev dedi ki, İkinci Qarabağ müharibəsi  başlayan ilk gündən Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşub: "Addım-addım erməniləri geri qovurduq. Özünü "məğlubedilməz" hesab edən düşmən əks-hücumlarımız qarşısında dayana bilməyərək silah-sursatlarını, meyitlərini mövqelərində atıb qaçırdılar. Təəssüflər olsun ki, əməliyyatların birində ağır yaralandım, döyüş yolum yarımçıq qaldı. Qəhrəmanlığımızın, mübarizliyimizin rəmzi olan Zəfər parkına tez-tez gəlirəm. Bu möhtəşəm abidə İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhid olan cəsur oğullarımzın şücaətini özündə əks etdirir. Buna görə əminlik hissi ilə deyə bilərəm ki, Zəfər parkı xalqımızın və dövlətimizin şəhidlərə olan ehtiramının, minnətdarlığının ifadəsidir". 

Şəhid anası Nahidə Teymurova isə bildirdi ki, oğlu Vüsal da Zəfərin qazanılması, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə böyük cəsarət və qəhrəmanlıqla vuruşub, qürur yerimiz olan Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub: "Azərbaycan xalqına böyük sevinc bəxş edən Zəfərin qazanılmasında onun da payı var. Buna görə də şəhid anası kimi Zəfər parkını ziyarətə böyük qürur və iftixarla gəlmişəm. Bu gün hamı kimi mən də göz yaşlarımı silib düşmən üzərində qazanılmış Zəfərimizə sevinirəm. Qoy qələbələrimiz əbədi olsun! Şəhidlərimizə, qəhrəmanlarımıza belə yüksək dəyər verdiyinə, şəhid ailələrinə böyük diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm".

Növbəti həmsöhbətimiz şəhər sakini Tamella Alqayeva oldu. Dedi ki, Zəfər parkı tez-tez üz tutduğu məkanlardan biridir: "Ziyarətə gələnlərin üzündəki sevinci görəndə sanki dünyanı mənə bağışlayırlar. Baxıram ki, ziyarətə gələnlərin arasında gənclərimiz çoxdur. Düşünürəm ki, Zəfər Parkının açılmasında vətənpərvərliyin təbliği çox mühüm rol oynayır. Park 44 günlük Vətən müharibəsində qazanılan zəfəri özündə yaşadır. Sözsüz ki, parkdakı abidələr və ekspozisiyalar gənclərimizin, sabahın əsgərlərinin vətənpərvərlik hisslərini daha da artırır". 

Zəfər günündə Zəfər parkını ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Xalqımızın vətənpərvər övladları ürəklərində böyük qürur, əllərində gül dəstələri ilə böyük bayramı qeyd edirdilər. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu ilin 9 ayında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dolları ötüb

12:04
23 Noyabr

Bakıda Azərbaycan-İtaliya biznes-forumu işə başlayıb

10:17
23 Noyabr

Qızıl və gümüş bahalaşıb

10:01
23 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb

09:08
23 Noyabr

Tramp: Demokratların qələbəsindən sonra ABŞ fond bazarı 6 trilyon dollar itirib

07:49
23 Noyabr

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

07:36
23 Noyabr

Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib   

20:21
22 Noyabr

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!