16 Yanvar 2025 08:00
3940
SİYASƏT
A- A+
Yüksək beynəlxalq nüfuzun və ehtiramın təcəssümü

Yüksək beynəlxalq nüfuzun və ehtiramın təcəssümü


Regionda, eyni zamanda dünyada baş verən geosiyasi prosesləri dərindən təhlil edərək praqmatik addımlar atan Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan beynəlxalq gücə çevrilib. 

Sözü imzası qədər kəsərli olan İlham Əliyevin siyasi nüfuzunun göstəricisidir ki, dövlətimizin başçısı bu gün qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi, problemlərin həll olunduğu böyükmiqyaslı tədbirlərə ali qonaq kimi dəvət olunur. Elə yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimində dünyanın 200-dən çox ölkəsindən yalnız 13 dövlət və hökumət başçısının olduğu tədbirdə Prezident İlham Əliyevin iştirak etməsi bunun bariz göstəricisidir. 

Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. 


Azərbaycan töhfəsi


Multikultural, tolerant ölkə kimi dünyada unikal ünvana sahib olan Azərbaycan istər hər gün dünyada daha da gərginləşən beynəlxalq siyasi əlaqələrin normallaşdırılması, istər iqtisadi sahədə rastlaşılan çətinliklərin həllinə birbaşa töhfə verməsi, istərsə də kataklizmlər, iqlim fəsadlarından çıxış yollarının aranması kimi qlobal məsələlərdə aktiv rol oynayan ölkədir. 

Azərbaycanın yüzlərlə ölkənin yekdil dəstəyi ilə COP29-a sədr seçilməsi də respublikamızın beynəlxalq miqyaslı problemlərə dərhal reaksiya verməsi və bu istiqamətdə effektiv işlər həyata keçirməsi ilə bağlı idi. Bir nümunə çəkək ki, bəşəriyyət COVID pandemiyası ilə üz-üzə qalanda ölkəmizin peyvənd milliyyətçiliyini sərt şəkildə tənqid etməsi, bütün ölkələrin eyni bərabərdə peyvəndlərə əlçatanlığı ilə bağlı çağırışları böyük təqdir qazanmaqla yanaşı, Azərbaycanın qətiyyətli və ədalətli siyasətini də gözlər önünə sərdi. 

BMT-nin nüfuzlu tədbiri COP29-u keçirmək üçün, demək olar ki, dünyanın hər yerindən iştirakçılar Bakıya gəldilər və gərgin müzakirələr aparıldı, həmçinin COP tarixində rast gəlinməmiş mühüm nəticələr əldə olundu. Azərbaycan  bu mötəbər tədbirdə 14 təşəbbüs irəli sürdü. 

"...Təşkilatçılıq baxımından bu, həqiqətən də, uğur hekayəsi oldu", - deyə bir neçə gün əvvəl yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev COP29-da qazanılan uğurlarla bağlı söylədi ki, nəticələrə gəldikdə, çoxları bunu Bakı Nailiyyəti adlandırır və mən bununla razıyam. Çünki təqribən 10 il ərzində tərəflər karbon bazarı ilə bağlı razılığa gələ bilmirdi və COP-un ilk günlərində artıq uğur əldə edildi - karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edildi. 

Dövlət başçısı COP-un maliyyələşmə məsələsi ilə bağlı bildirdi ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik: "Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada - Bakıda biz onu 300 milyard dollara çatdırdıq. Yəni kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu".


"Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm"


Ötən il Azərbaycanın Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi də ölkəmizin növbəti diplomatik uğuru idi. Onilliklər əvvəl yaranmış bu təşkilata ötən illər ərzində əlavə üzv qəbul edilməmişdi və birinci genişlənmə qərarından sonra qəbul edilən üzv məhz Azərbaycan oldu. Respublikamızın sözügedən təşkilata üzv qəbul edilməsi Azərbaycanın nüfuzunu və beynəlxalq aləmdə rolunu bir daha göstərdi. Ölkəmizin bu təşkilatda da fəal olacağı və onun inkişafına öz töhfəsini verəcəyi də şübhəsizdir.

2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı, Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət edib və bununla bağlı bəyannamə imzalanıb. O zamandan etibarən Azərbaycan qazı alan Avropa ölkələrinin sayı artıb və hazırda onların sayı 10-a çatıb: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya və Şimali Makedoniya. Həmin Avropa ölkələrindən səkkizi Avropa İttifaqının üzvüdür. Bu statistikanın özü də göstərir ki, Azərbaycan Avropada da tərəfdaşlarına ciddi dəstək verir. 

Xatırladaq ki, bir neçə gün əvvəl Serbiya Prezidenti Aleksandar Vuçiç yerli televiziya kanalındakı çıxışı zamanı vurğulayıb ki, bəzi ölkələr bir müddət qaz almayacaq, lakin Azərbaycan Prezidenti, böyük dostumuz İlham Əliyev qərar verdi, Serbiyaya hər zaman qaz nəql olunacaq: "Bu, ölkəmiz və xalqımız üçün böyük və mühüm qərardır. Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm. Mən onu nə vaxt desə Belqradda gözləyirəm. Çünki biz qarışıq komitələrə malik olmalıyıq və əməkdaşlığımızı daha çox müzakirə etməliyik. Bizim sosial həyatın bütün sahələrində strateji əlaqələrimiz var və bu münasibətlər getdikcə daha da inkişaf edir. Bu, hər zaman belə dostlara arxalana biləcəyimizin yalnız bir göstəricisidir. Belə dostluqlar qurmalısınız".


Xalqa arxalanan uğurlu siyasət 


Gətirdiyimiz misallardan da aydın görünür ki, Prezident İlham Əliyevin şəxsi əzmi, qlobal liderlik qabiliyyəti, həyata keçirdiyi müstəqil siyasət sayəsində Azərbaycan tarixindəki ən qüdrətli çağlarını yaşayır. Atdığı düşünülmüş addımlarla ölkəmizi yüksək inkişaf mərhələsinə yüksəldən, ona hərbi zəfərlər qazandıran Qalib Lider İlham Əliyev bölgədə normallaşmaya, ümumi inkişafa tərəqqiyə hesablanan siyasət yürüdür. Eyni zamanda dünyada davamlı sülhün və sabitliyin bərqərar olunması üçün təsirli fəaliyyət göstərir. Azərbaycanın bu gün təkcə regional deyil, qlobalmiqyaslı məsələlərdə də həlledici rol oynaması, söz sahibinə çevrilməsi beynəlxalq səviyyədə də etiraf olunan həqiqətdir. İlham Əliyev şəxsiyyətinin bütöv, dönməz, etibarlı, güvənli xarakterinin göstəricisidir ki, əksər dövlət başçıları İlham Əliyevin timsalında əziz qardaşa, böyük dosta malik olduğunu söyləyir, Azərbaycan Prezidenti ilə dostluqlarından fəxr duyduqlarını ifadə edirlər. 

Nüfuzu regionun sərhədlərini çoxdan aşaraq dünyaya yayılan Prezident İlham Əliyevin özü isə uğur formulunu yuxarıda sözügedən müsahibəsində belə açıqlayıb: "Bu gün hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhvali-ruhiyyə, xoş ovqat, cəmiyyətimizin rahat yaşaması, özünə əminlik hissləri dayanır. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram".

 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!