24 Fevral 2026 02:15
1611
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli   355-VIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin üçüncü abzasında, 34.8.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 35.2-1-ci, 102.1.33-2-ci, 106.1.28-3-cü, 106.1.28-4-cü, 164.1.41-5-ci, 164.1.49-2-ci (hər iki halda), 164.1.64-cü (hər iki halda) və 188.1.9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 33.8-1-ci maddəsinin üçüncü abzasında və 164.1.64-cü maddəsində (ikinci halda)"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 34.8.3-cü maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 34.8.3-cü maddəsinin ikinci cümləsində və 35.2-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.5. həmin  Məcəllənin 102.1.33-2-ci,  106.1.28-3-cü, 106.1.28-4-cü və 164.1.49-2-ci (hər iki halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzərdə tutulur.

1.6. həmin Məcəllənin 164.1.41-5-ci, 164.1.64-cü (birinci halda) və 188.1.9-cu maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur;

1.7. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41.2.9-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.8. həmin Qanunun 41.2.9-1-ci maddəsində "orqan (qurum)" dedikdə Dövlət Xəzinədarlıq Agentliyi qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.9. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 20.0.35-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.10. həmin Qanunun 20.0.35-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13fevral tarixli 355-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddə 1023; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 563 nömrəli, 2026-cı il 26 yanvar tarixli 587 nömrəli fərmanları) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə ", 33.8-1-ci, 33.10-cu maddələrində" sözləri "maddələrində, 33.8-1-ci maddəsinin üçüncü abzasında, 33.10-cu maddəsində" sözləri ilə əvəz olunsun və həmin bəndə birinci halda "ikinci abzasında" sözlərindən sonra 

", 34.8.3-cü maddəsinin birinci və ikinci cümlələrində" sözləri, "35.1-ci" sözlərindən sonra ", 35.2-1-ci" sözləri, "102.1.33-cü" sözlərindən sonra ", 102.1.33-2-ci" sözləri, "106.1.28-ci" sözlərindən sonra ", 106.1.28-3-cü, 106.1.28-4-cü" sözləri, "164.1.41-4-cü" sözlərindən sonra ", 164.1.41-5-ci" sözləri, "164.1.49-cu" sözlərindən sonra ", 164.1.49-2-ci (hər iki halda)" sözləri, "164.1.63.2-ci" sözlərindən sonra ", 164.1.64-cü (hər iki halda)" sözləri, dördüncü halda "ikinci cümləsində" sözlərindən sonra ", 188.1.9-cu maddəsində" sözləri əlavə edilsin;

3.2. 1.7-ci bəndə "33.8-1-ci" sözlərindən sonra "maddəsinin üçüncü abzasında"sözləri, "164.1.63.2-ci" sözlərindən sonra 

", 164.1.64-cü (ikinci halda)"sözləri əlavə edilsin;

3.3. 1.11-ci bənddən "34.8.3-cü," sözləri çıxarılsın;

3.4. 1.12-ci bəndə "(birinci halda)" sözlərindən sonra "maddələrində, 34.8.3-cü maddəsinin birinci cümləsində" sözləri əlavə edilsin;

3.5. 1.15-ci bəndə "(ikinci və üçüncü hallarda)" sözlərindən sonra "maddələrində, 34.8.3-cü maddəsinin ikinci cümləsində, 35.2-1-ci" sözləri əlavə edilsin; 

3.6. aşağıdakı məzmunda 1.43-3-cü və 1.43-4-cü bəndlər əlavə edilsin:

"1.43-3. həmin Məcəllənin 102.1.33-2-ci, 106.1.28-3-cü, 106.1.28-4-cü və 164.1.49-2-ci (hər iki halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzərdə tutulur;

1.43-4. həmin Məcəllənin 164.1.41-5-ci, 164.1.64-cü (birinci halda) və 188.1.9-cu maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur;".

4. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143 (Cild I); 2024, № 2, maddə 141)3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1-1-ci bəndə birinci halda "ikinci cümləsində" sözlərindən sonra ", 41.2.9-1-ci maddəsində" sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:

"3.5. həmin Qanunun 41.2.9-1-ci maddəsində "orqan (qurum)" dedikdə Dövlət Xəzinədarlıq Agentliyi qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.".

5."Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801 (Cild I); 2024, № 6 (I kitab), maddə 661, № 12 (II kitab), maddə 1371; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 563 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1-1-ci bənddə "və 20.0.34-cü (hər iki halda)" sözləri ", 20.0.34-cü (hər iki halda) və 20.0.35-ci" sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda 3.5-2-ci bənd əlavə edilsin;

"3.5-2. həmin Qanunun 20.0.35-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.".

6. Bu Fərmanın 1.1-ci, 1.2-ci, 3.1-ci və 3.2-ci bəndləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinə münasibətdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanunu dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

7. Bu Fərmanın 1.1-ci, 1.6-cı,3.1-ci və 3.6-cı bəndləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.41-5-ci və 188.1.9-cu maddələrinə münasibətdə, habelə bu Fərmanın 1.9-cu, 1.10-cu bəndləri və 5-ci hissəsi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanunu dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. 

8. Bu Fərmanın 1.1-ci,1.2-ci, 1.6-cı, 3.1-ci, 3.2-ci və 3.6-cı bəndləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.64-cü maddəsinə münasibətdə 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

9. Bu Fərmanın 1.1-ci və 3.1-ci bəndləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.8.3-cü və 35.2-1-ci maddələrinə münasibətdə, habelə bu Fərmanın 1.3-cü, 1.4-cü, 1.7-ci, 1.8-ci, 3.3 - 3.5-ci bəndləri və 4-cü hissəsi 2026-cı il aprelin 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

12:53
16 Aprel

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması sürətlə davam edir

12:42
16 Aprel

İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimi olub

12:40
16 Aprel

Azərbaycandan təbii qaz ixracı 6 faizdən çox artıb

12:37
16 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:33
16 Aprel

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

12:01
16 Aprel

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:41
16 Aprel

Azərbaycan nefti 113 dollara satılıb

11:36
16 Aprel

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib 

11:16
16 Aprel

Çindən İrana mesaj: Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid təmin edilməlidir  

11:08
16 Aprel

Türkiyə ordusu BMT-nin Kiprdəki bufer zonasının genişləndirilməsinə imkan verməyib  

11:01
16 Aprel

Birinci rübdə ixrac edilən xam neft və neft məhsullarının həcmi 5 milyon tonu ötüb

10:58
16 Aprel

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər  

10:50
16 Aprel

Dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qızıl satışına başlayıblar

10:50
16 Aprel

Kahramanmaraşdakı liseydə silahlı hücumla bağlı terror aktı versiyası istisna edilib  

10:48
16 Aprel

Rusiya təxminən 6 min miqrantı ölkədən çıxaracaq

10:48
16 Aprel

Pentaqon: Kubada sadəcə bir sıra ehtiyat tədbirləri planlaşdırırıq

10:47
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!