21 Fevral 2026 01:09
1686
Fərmanlar
A- A+
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində aşağıdakı qurumlar yenidən təşkil edilsin:

1.1. "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxs Agentliyin tabeliyində "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə;

1.2.  "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs Agentliyin tabeliyində "İri Şəhərlərin Su Təchizatı" Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə.

2. Müəyyən edilsin ki:

2.1. "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;

2.2. "İri Şəhərlərin Su Təchizatı" Qapalı Səhmdar Cəmiyyəti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;

2.3. bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan qapalı səhmdar cəmiyyətləri (bundan sonra - Cəmiyyətlər) həmin hissədə qeyd olunan publik hüquqi şəxslərin hüquqi varisidir və həmin publik hüquqi şəxslərin hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Cəmiyyətlərə keçir;

2.4. Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.5. Cəmiyyətlərin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən icraçı direktor həyata keçirir;

2.6. Cəmiyyətlərin nizamnamə kapitalı bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində  nəzərdə tutulan müvafiq publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;

2.7. Cəmiyyətlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirir.

3.Cəmiyyətlərin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. yenidən təşkili və ləğvi;

3.1.2. icra orqanının yaradılması;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsi;

3.3. Agentliyə:

3.3.1. xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;

3.3.2. Müşahidə Şurası sədrinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.3.3. Müşahidə Şurasının digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.4. Müşahidə Şurasına:

3.4.1. bu Fərmanın 3.1-3.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:   

4.1. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Cəmiyyətlərin nizamnamələrini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Agentlik:

5.1. Cəmiyyətlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin balansında olan əmlakın müvafiq olaraq Cəmiyyətlərin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Cəmiyyətlərin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!