02 May 2026 14:43
174
SİYASƏT
A- A+
İdmanda uğurlar da dövlətçiliyə xidmətdir

İdmanda uğurlar da dövlətçiliyə xidmətdir

Dövlət müstəqilliyinin bərpa olunması Azərbaycanda sosial həyatın bütün sahələrində yeni bir dövr yaratdı. Bu baxımdan idmanın inkişafı üçün də geniş imkanlar yarandı. İdmançılar bundan sonra müstəqil Azərbaycanın bayrağı altında çıxış edəcəkdi, qələbələr qazananda Azərbaycanın himni səsləndiriləcəkdi. Bu ovqat idmançıların vətənpərvərliyini də yüksəldəcəkdi, nəticə etibarilə cəmiyyətdə vətənpərvərlik duyğularının daha geniş miqyasda formalaşmasının yeni mərhələsi başlayacaqdı.

Azərbaycanda da Olimpiya Komitəsi yaradılmışdı. Lakin onun fəaliyyəti istənilən, arzulanan nəticələri vermirdi. 1997-ci ildə Olimpiya Komitəsi yeni tərkibdə fəaliyyətə başlayandan sonra Azərbaycanda idmanın inkişafında  yeni dövr başladı. İdmançılarımız beynəlxalq yarışlarda, Avropa, dünya və Olimpiya Oyunlarıında uğurla çıxış etməyə başladılar. İndi Azərbaycan dünyada idman dövləti kimi tanınır. Azərbaycanda neçə-neçə beynəlxalq yarış keçirilib. Bunlar həm də Azərbaycanın tanıdılması deməkdir.

Bu günlərdə güləşçilərimiz Tiranada keçirilən Avropa birinciliyində uğurla çıxış etdilər, 13 medal qazandılar, komanda hesabında Avropa qalibi oldular. Azərbaycan Prezidenti cənab İlham Əliyev yarışda iştirak etmiş idmançıalrı və onların məşqçilərini qəbul edəndə bu barədə deyib: “Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər.Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir”.

Güləş Azərbaycanda qədimlərdən yaranıb. İdman mütəxəssisləri azərbaycanlı güləşçiləri bütün yarışlarda fovorit hesab edirlər, bu gümanlar yarışdan yarışa öz təsdiqini bir daha tapır. Tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimizin də uğurlar qazanmasını qeyd edən dövlət başçımız deyib: “Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.

Hər dəfə beynəlxalq yarışlarda   bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir”. 

Nəsillərin dəyişdiyini, ancaq Azərbaycan idmanının uğurlarının dəyişmədiyini  qeyd edən Prezidenti cənab İlham Əliyev bildirdi ki, həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər: “Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.

Dövlət başçımızın bu çıxışı görüş formatında tovsiyə kimi də tarixləşdi. İdmanda da bəzən müxtəlif haqsızlıqlar olur. Onda idmançının buna necə reaksiya verməsi də diqqəti çəkir. İdmançı təmsil etdiyi dövlətin nüfuzunu da qorumağı bacarmalıdır. Bu amilin nə qədər gərəkli olduğunu dövlət başçımız da xatırlatdı: “... İdmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir. Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz”.

“Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər”. Dövlət başçımızın bu tövsiyəsinin hər bir idmançının karyerasının mənəvi öhdəliyi olacağına hamımız inanırıq.


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

16:46
02 May

İdmanda uğurlar da dövlətçiliyə xidmətdir

14:43
02 May

"EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir

14:12
02 May

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

14:09
02 May

Bakı buxtasında yelkən yarışına start verilib

13:51
02 May

Sabah hava əsasən yağmursuz olacaq - Proqnoz

13:41
02 May

Səfir: WUF13-də Niderlanddan geniş nümayəndə heyəti iştirak edəcək

13:01
02 May

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb

12:50
02 May

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Türk sahibkarlar Azərbaycandakı investisiya imkanları barədə məlumatlandırılıblar

11:54
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!