22 May 2024 19:51
284
DÜNYA
A- A+

Yeni Kaledoniya Parlamentinin üzvü Makrona səfəri ilə bağlı etiraz müraciəti ünvanlayıb

 
Yeni Kaledoniya Parlamentinin üzvü, “Proqressiv Multikultural Yeni Kaledoniya” siyasi təşkilatının sədri Maria Isabella Salıga-Lutovıka Fransa Prezidenti Emmanuel Makrona sonuncunun Yeni Kaledoniyaya səfərinə etiraz olaraq müraciət (20240521-22-NCMCP MARIA ISABELLA SALIGA LUTOVIKA_1716378631.pdf) ünvanlayıb.
APA xəbər verir ki, məktubda Makronun seçki kütləsinin genişləndirilməsi ilə bağlı qanunsuz qərarının kanak xalqında qəzəbə səbəb olduğu, Kanak xalqının dekolonizasiya ilə bağlı dəfələrlə qaldırdığı haqlı tələbinə Fransanın yüksək vəzifəli şəxslərinin nifrət və təkəbbürlə yanaşdığı bildirilir.
Bu yanaşma ilə Fransanın Yeni Kaledoniyanın “koloniya status kvo-su”nu saxlamaq istədiyini vurğulanır.
Maria Isabella qeyd edir ki, Makron Yeni Kaledoniyanı yenidən koloniyaya çevrilməsini konstitusionallaşdıran prezident kimi Fransa tarixinə düşəcəyini zənn etsə də, Kaledoniyalılar talelərinin həddini aşmış və əcaib eqo siyasi oyununun qurbanı olması ilə razılaşmayacaqlar.
O, Fransanın və ələlxüsus Emmanuel Makronun Yeni Kaledoniyada baş verən faciəyə görə məsuliyyət daşıdığını bildirir, bu xüsusda, qətlə yetirilmiş Kanaklara diqqət çəkir.
Fransa hökumətinin dəstəyi ilə təşkil edilmiş milislər tərəfindən gənc Kanakların öldürüldüyü, həmin milislərin Fransa hüquq-mühafizə orqanları tərəfindən dəstəkləndiyini vurğulayan xanım Saliga-Lutovika, həmin milislərin ölkədə irqi düşmənçiliyə yol açdıqlarını qeyd edir.
Hazırda baş vermiş faciə nəticəsində zərər çəkmiş Kanaklar üçün “Yeni Kaledoniyada 2024-cü ilin may ayındakı iğtişaşların qurbanları Kollektivi”nin yaradıldığını bildirən xanım deputat, Fransa Dövlətindən törədilənlərə görə təzminatın tələb ediləcəyini vurğulayır.

 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video