"YAŞAT" Fondu mühüm addımlar atır
Fondun xeyriyyəçilik missiyasını cəmiyyətimiz rəğbətlə qarşılayır
Ölkəmizdə hərbi qulluqçuların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, həmin kateqoriyadan olan insanlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar. Belə şəxslərin sosial vəziyyətlərinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək göstərməyi özünə borc bilir. Vətəndaşlarımız şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin zəruri ehtiyaclarının təmin edilməsinə, tibbi və digər sosial xərclərinin ödənilməsinə dəstək olmaqla daim həmrəylik nümayiş etdirirlər.
Humanizm və xeyirxahlıq missiyası
Şəhid ailələri və qazilərin problemləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmişə diqqət mərkəzindədir. Onların qayğıları ilə bağlı işlərin daha səmərəli və çevik aparılması məqsədilə Prezidentin 2020-ci il 8 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olaraq "YAŞAT" Fondu yaradıldı.
Prezident İlham Əliyevin tarixi qələbəmizdən sonra imzaladığı fərman və sərəncamların say tərkibinə və mahiyyətinə diqqət yetirəndə bir daha aydın olur ki, atılan addımlarda əsas məqsədlərdən biri şəhidlərimizin, döyüşçülərimizin vətənpərvərliyini unutmamaq, onların göstərdikləri şücaətdən qürurlanmaq, keçdiyi həyat yolunu hər bir gəncin özü üçün vətənpərvərlik məktəbi kimi dəyərləndirməsinə nail olmaqdır. "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq" - söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsi zamanı da şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına və qazilərə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, bu sahədə Azərbaycanın öz modeli var. Həmin kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi də bunun əyani təsdiqidir: "Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi".
Toplanan və xərclənən vəsait
5 iyul 2022-ci il tarixədək "YAŞAT" Fondunun hesabına 74 milyon manata yaxın vəsait daxil olub. Ölkə ərazisində 2927 şəhidin ailə üzvü, habelə 5631 yaralı olmaqla, ümumilikdə, 16987 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 12615 şəxsin 27047 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 22251-dir. Fondun fəaliyyət istiqamətləri üzrə 61,7 milyon manatdan çox vəsait xərclənib. Qalıq vəsait isə 12,1 milyon manat təşkil edir. Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 37 milyon AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 558046.40 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 6,3 milyon AZNdən çox, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə 17 milyon manatdan çox vəsait xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4443, itkin ailə üzvlərinin 7 və yaralıların 5902 müraciəti olmaqla, ümumilikdə, 10352 müraciəti təmin edilib. 27 sentyabr 2020-ci il tarixdən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı fond tərəfindən həyata keçirilən "Onlar bizə əmanət" layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə 1000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına isə 5000 AZN məbləğində depozit hesabı yaradılıb.
Müalicə və psixoloji dəstək xərcləri ödənilir
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 021 və yaralıların 4 609 müraciəti olmaqla, ümumilikdə, 9 630 müraciət təmin edilib. Ümumilikdə 178 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 172-si ağır yaralı, 6-sı isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 154-ü ölkəyə geri qayıtmışdır. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir. "YAŞAT" Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib, İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilərək qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər müayinədən keçirilmişdir. Müayinənin nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib. 2022-ci il 20 may tarixdə "YAŞAT" Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Türkiyə Respublikasında müalicəsi davam edən bəzi şəxslərin ölkəyə geri qayıdan zaman reabilitasiya prosesinin harada davam etdirmələri barədə müzakirələr aparılıb.
Yay düşərgələri təşkil edildi
"YAŞAT" Fondu və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə 2022-ci ilin 4 iyul tarixdən avqust ayının sonuna qədər şəhid övladları üçün yay düşərgələri yaradılıb. 300-dən çox uşağı əhatə edən 6 düşərgədə əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyaların keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub. "YAŞAT" düşərgəsi uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri, o cümlədən istirahətlərini səmərəli keçirmələri üçün çox faydalıdır.
Elşən YƏHYAYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır ...
04 Oktyabr
Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya
04 Oktyabr
Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb
04 Oktyabr
“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq ...
04 Oktyabr
İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların...
04 Oktyabr
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb ...
04 Oktyabr
AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib
04 Oktyabr
Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imza...
04 Oktyabr
Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir
04 Oktyabr
Hindistanda daşqınlar nəticəsində azı 30 nəfər itkin düşüb
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!