12 İyun 2025 09:15
1153
Mədəniyyət
A- A+
Yarımçıq qalmış ömür və yaradıcılıq yolu

Yarımçıq qalmış ömür və yaradıcılıq yolu


Müasir Azərbayacan heykəltaraşlıq sənətinin inkişafında onun xüsusi xidmətləri olub. Söhbət dəzgah heykəltaraşlığı sahəsində bir sıra uğurlu portret əsərləri yaratmış, bu il 110 illk yubileyi tamam olan, amma cəmi 40 il ömür sürmüş istedadlı heykəltaraş Hüseyn Əhmədovdan gedir.

Hüseyn Məmməd oğlu Əhmədov Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində anadan olmuşdur. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda ixtisas təhsili almış, sonra İ.Repin adına indiki Sankt-Peterburq Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda ali təhsil almışdır. Onun müəllimi tanınmış rus heykəltaraşı, professor Andrey Sinayiski olmuşdur. H.Əhmədovun əsərləri 1937-ci ildən başlayaraq, bir sıra yerli və beynəlxalq əhəmiyyətli sərgilərdə nümayiş olunmuşdur. İkinci Dünya müharibəsində cəbhəyə yollanan sənətkar ağır döyüş yolu keçmişdir. O, 1943-cü ildə Kursk uğrunda gedən ağır döyüşlərdə yaralanmış, hospitalda müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunmuşdur.

Bakıya dönən H.Əhmədov burada yaradıcılıq fəaliyyətinə başlayır və bir sıra yaddaqalan sənət əsərləri yaradır. Baxmayaraq ki, heykəltaraşın yaratdığı bəzi portret əsərlərinin qəhrəmanları bu gün aktuallıq kəsb etmirlər, həmin büst portretlər sənət əsəri kimi, peşəkar ustalıqla bədii və texniki cəhətdən icrası baxımından əhəmiyyətlidir. Bu sənət nümunələri onları yaradan sənətkarın bədii yaradıcılıq qabiliyyətinin və peşəkar ustalıq məharətinin bariz göstəriciləridir. Heykəltaraşın uğurlu portret əsərlərindən Abbas Səhhət (1941), Abdulla Şaiq (1946), Nazim Hikmət (1951, 1953), Sovet İttifaqı qəhrəmanları Gəray Əsədov (1947), Xəlil Məmmədov (1948), Qafur Məmmədov (1948), Sosialist Əməyi Qəhrəmanı Muleyli Məmmədova (1949), Rüstəm Rüstəmov (1949), iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova (1950, 1951) və başqalarının adlarını qeyd etmək olar. 

H.Əhmədovun adları sadalanan əsərləri heykəltaraşın gərgin yaradıcılıq axtarışları, zəhməti və yüksək yaradıcılıq səyləri nəticəsində ərsəyə gəlmişdir. Təbii ki, belə əsərlərin yaradılması üçün sənətkardan yüksək bədii təxəyyül, yaradıcılıq qabiliyyəti və peşəkar ustalıq tələb olunurdu. Sənətşünaslıq doktoru N.Miklaşevskaya H.Əhmədovun portret yaradıcılığı haqqında yazır: "H.Əhmədovun portretlərinə realist heykəltaraşlığın müsbət cəhətləri xasdır. Onun portretləri psixoloji təsir oyadan, insanı heyrətə gətirəcək dərəcədə canlı görünən, həmin şəxsə son dərəcə oxşayan  bədii əsər nümunələridir". Moskvada Nazim Hikmətlə tanış olmuş sənətkar şairin iki dəfə büst portretini yaratmışdır. N.Hikmət öz büstünü gördükdən sonra heykəltaraşa bağışladığı fotosunun arxasında fikirlərini belə yazmışdı: "Hüseyn Ahmetov yoldaşın beni vesile ederek Türk halkının azmini, kurtuluş ve barış için mücadilesini iade eden eserine teşekkür ederim". 

H.Əhmədov 1945-ci ildə xalq qəhrəmanı Babəkin at üzərində heykəlinin yaradılması istiqamətində gərgin yaradıcılıq axtarışları aparmış, bir sıra eskiz və heykəl modelləri hazırlamışdır. Bu barədə rəssamın yaxın dostu olmuş rəssam Sadıq Şərifzadə belə yazırdı: "Babəkin obrazını yaratmaq üçün Hüseyn daim axtarışda idi. Babəkin yaşadığı dövrə aid kitablar oxuyur, tarixçilərlə məsləhətləşirdi. Öyrəndiklərini mənimlə də bölüşürdü... Atın plastikasını Hüseyn qədər bilən ikinci sənətkar yox idi. O, atın hər hərəkətini heykəldə canlandıra bilirdi. Onun "Babək"i xalqımızın qəhrəmanlığını əks etdirən simvol, şəhərimizin isə ən gözəl atlı heykəli olmalı idi". Lakin heykəlin aqibəti naməlum olaraq qalıb və iş tamamlanmayıb. Mirzə Ələkbər Sabirin Şamaxı şəhərində qoyulmuş abidəsi heykəltaraşın yeganə monumental heykəltaraşlıq əsəri hesab olunur. 

Qısa ömür yaşasa da, heykəltaraş Hüseyn Əhmədov öz adını Azərbaycan heykəltaraşlıq sənəti tarixinə əbədi həkk edib. Sənətkarın əsərləri ölkəmizdə Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Rusiyada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır. Bu il sənətkarın anadan olmasından 110, vəfatından isə 70 il ötür. Amma nə qədər zaman ötsə də,  Hüseyn Əhmədov kimi sənətkarların qədir-qiyməti azalmır. 


Əsəd QULİYEV,

sənətşünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!