20 Aprel 2024 12:21
263
DÜNYA
A- A+

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb  

 

Yaponiyanın dərman istehsalçısı “Kobayashi” şirkətinin qırmızı düyü mayası olan qida əlavələrində nəzərdə tutulmayan daha iki maddə aşkar edilib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Səhiyyə, Əmək Nazirliyi və Milli Səhiyyə Elmləri İnstitutu inqrediyent nümunələrinin təhlilindən sonra məlumatı təsdiqləyib və əlavə edib ki, aşkarlanan birləşmələrin insan orqanizminə hər hansı zərər verib-vermədiyi hələlik məlum deyil.

Tərkibində “Beni-Koji” adlı əlavə olan bu məhsulları qəbul edən insanlarda böyrək problemlərinin yarandığına dair çoxsaylı sübutlar var. İndi isə Səhiyyə Nazirliyi yeni tapılan birləşmələrin sağlamlığa təsiri ilə bağlı araşdırmalara başlayıb.

Xatırladaq ki, qırmızı düyü qida əlavəsindən zəhərlənən beş nəfər ölüb, 240 nəfər isə xəstəxanaya yerləşdirilib. Baş verən ölüm və zəhərlənmə halları ilə əlaqədar şirkətin təxminən 6 min adda məhsulu yoxlanılmağa başlayıb. İkinci ölüm halı faktı məlum olandan sonra şirkət xolesterolu aşağı salan beş adda 300 min qutu məhsulunu könüllü olaraq satışdan yığışdırıb. “Kobayashi” tərəfdaşı olduğu bütün şirkətlərdən tərkibində “Beni-Koji” olan məhsulların satışını dayandırmağı xahiş edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video