Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək inkişaf dinamikası ilə səciyyələndiyi və çox yüksək səviyyədə olduğu qeyd olunub. Xüsusilə son zamanlar münasibətlərimizin inkişafında böyük intensivliyin müşahidə olunduğu vurğulanıb.
Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən Milli Məclisin sədri ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiklərini qeyd edib. Bildirilib ki, ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib. Vurğulanıb ki, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları əlaqələrimizdə körpü rolunu oynayır. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanları mövcuddur.
Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin öz növbəsində qeyd edib ki, ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızın rəhbərliyi ilə sabit inkişaf yolu keçib. Ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq əlaqələrinin münasibətlərimizə təkan verdiyi qeyd olunub.
Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaq Çin Xalq Assosiasiyasının xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Deyib ki, Assosiasiya bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluq qruplarında təmsil olunduğunu bildirən Yan Vanmin bu sahədə işə böyük əhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib.
Görüşdə humanitar və mədəni sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşməsinin xalqlarımız arasında əlaqələrin daha da inkişafına xidmət etdiyi, elm, mədəniyyət, gənclər siyasəti sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib. Diqqətə çatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibətlərdir. Onların birgə həyata keçirdiyi layihələr xalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfə verir.
Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dən çox qurumla əməkdaşlıq etdiyini bildirərək vurğulayıb ki, Heydər Əliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib
21 May
Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib ...
21 May
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb ...
21 May
Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub
21 May
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb
21 May
Tərtər rayonunda mina hadisəsi baş verib
21 May
RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək ...
21 May
Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub
21 May
Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib
21 May
Kubada birgünlük matəm elan edilib
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!