20 İyul 2025 08:10
1146
SİYASƏT
A- A+
Xilaskarlıq taleyinin qisməti idi

Xilaskarlıq taleyinin qisməti idi


Naxçıvanı məhv olmaqdan xilas edən Heydər Əliyev 1993-cü ildən sonra bu missiyasını bütün Azərbaycan miqyasında davam etdirdi


Adları təmsil olunduqları xalqların şərəfli tarixinə çevrilən, əməlləri ilə dövlətini dünyaya tanıdan şəxsiyyətlər elə də çox deyillər. Yüz ildə, bəzən də min ildən bir doğulurlar. 

Bəzən xalqlar tarixi sınaq qarşısında qalanda sankı Tanrı belə dahi şəxsiyyətləri bir xilaskar obrazında əta edir. Öz tarixi missiyalarını şərəflə yerinə yetirən, mənsub olduğu xalqların və dövlətlərin taleyində köklü dəyişiklik etməyi bacaran bu dahilər  də əməlləri ilə  əbədiyaşarlıq ömrü qazanırlar. Xalqımızın böyük oğlu, Azərbaycanı dünyaya tanıdan, ən böyük azərbaycanlı, xalqımızın və  dövlətimizin xilaskarı, bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr edən Heydər Əliyev belə nadir şəxsiyyətlərdəndir. 

Ulu Öndərin dünyaya gəlişi bir evin, bir ailənin sevinci idisə, həyatı, fəaliyyəti bütöv bir xalqın bəxti idi. Böyük dövlət adamı və siyasi xadim, heyrətamiz intellekt və zəka sahibi Heydər Əliyev adı millətinin və ölkəsinin adı ilə qoşa çəkilən nadir tarixi şəxsiyyətlərdəndir. Ulu Öndərin  müdrik qərarları, təhdidlərə sinə gərən əzmi sayəsində  Azərbaycan  parçalanmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkədən dünyada söz sahibi olan, qüdrətli bir dövlətə çevrildi. Bu gün dünyada sabitliyin mərkəzi, iqtisadi inkişafın ünvanı kimi tanınan qüdrətli Azərbaycan həqiqətən Heydər Əliyev zəkasının şah əsəridir.

Keçən əsrin 90-cı illərində böhran içində olan Azərbaycanı yada salaq. O illər xalq  hər gün torpaqlarını, qəhrəman övladlarını, ən pisi isə ümidini itirirdi. Hər yanda səfalət, cinayət, xəyanət hökm sürürdü. Faktiki olaraq Vətənimizin bir hissəsi Ermənistanın və onun Qarabağda yaratdığı separatçı rejimin nəzarəti altına keçmişdi. Belə bir zamanda – 1990-cı il iyulun 20-də Ulu Öndər Azərbaycana qayıtdı. Bu adi qayıdış yox, bir xalqın, bir millətin özünə dönüşünün başlanğıcı idi. Bu qayıdış təsadüfi də deyildi. Onu şərtləndirən çoxsaylı amillər var idi. M.Qorbaçovu SSRİ-nin rəhbərliyinə gətirən ermənilərin planı belə idi ki, Qarabağı, hətta Naxçıvanı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün Heydər Əliyevi tutduğu yüksək vəzifədən kənarlaşdırsınlar. Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa verdikdən sonra – 1990-cı il yanvarın 20-də ermənilərin planına uyğun, bilavasitə M.Qorbaçovun göstərişi ilə Bakıda dinc əhaliyə qarşı qanlı qırğın törədildi.

Bu ağır günlərdə xalqımızın böyük oğlu Heydər Əliyev cəsarət nümunəsi göstərərək, həyatını təhlükəyə atdı, qətliamı törədənlərə etirazını bildirmək üçün ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək haqq səsini ucaltdı. Bu cəsərətli addımı ilə əsl həqiqətləri bütün dünyaya çatdıran Ulu Öndər  20 Yanvar faciəsi ilə bağlı informasiya blokadasını yardı. İstər xalqımıza qarşı məkrli planlar quran erməni lobbisi, istərsə də onların əlində oyuncağa çevrilmiş M.Qorbaçov olsun, Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək yolunda ən böyük maneənin Heydər Əliyev olduğunu bir daha dərk etdilər. Məhz Ümummilli Lider belə bir mürəkkəb zamanda Bakıya qayıtmaq, vətənimizin, xalqımızın ən çətin vaxtlarında yanında olmaq qərarını verdi.

Şübhəsiz ki, bu qayıdış  ovaxtkı hakimiyyətin arzulamadığı qərar idi. Xatırladaq ki, Ulu Öndərin 1990-cı ildə Moskvadan Bakıya qayıdışı bir neçə dəfə təxirə salınmışdı. Bir zamanlar Heydər Əliyevin Azərbaycanda yüksək vəzifəyə gətirdiyi adamlar da təşviş içində idilər. Moskvanın diktəsi ilə hərəkət edən, vəzifələrinin əsiri olan yerli “rəhbər”lər hər vəchlə bu dönüşü əngəlləməyə çalışırdılar. SSRİ rəhbərliyinə yarınmaq üçün sapı özümüzdən olan baltalar yerli və mərkəzi mətbuatda Heydər Əliyevə qarşı “qara piar” aparır, Bakıdan Moskvaya qalaq-qalaq “zəhmətkeş” məktubları göndərirdilər. “Zəhmətkeş”lər həmin şikayət məktublarında Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövrün statistik məlumatlarını qəsdən saxtalaşdırır,  çürük təxəyyüllərinə uyğun o dövrün mənzərəsini “yaradırdılar”. 

Dövrün “siyasi texnoloq”ları hər cür yaramaz üsuldan istifadə etməyə çalışırdılar ki, Ulu Öndər Bakıya dönmək qərarından vaz keçsin. Gah Heydər Əliyevin Bakıya qayıdacağı halda ona sui-qəsd olacağı barədə yalan məlumatlar yayır, gah da Ulu Öndərin Azərbaycana qayıdışına  “zəhmətkeşlərin etiraz”  mitinqlərini   təşkil edirdilər. İşıqdan qorxan yarasalar belə hesab edirdilər ki, bu cür  ucuz, cəfəngiyyat utancverici əməlləri ilə Heydər Əliyevi Bakıya dönmək qərarından çəkindirə bildi. Bütün bunlara baxmayaraq, Ulu Öndər Vətəndə, xalqının yanında olmaqda qərarlı idi. Onu bu yoldan nə SSRİ rəhbərliyinin boş planları, nə hədə-qorxu, nə də naşı rejissorların hazırladığı “komik” meydan tamaşaları çəkindirə bildi. Heydər Əliyev 1990-cı il iyulun 20-də Vətənə qayıtdı. Bu, yalnız bir şəxsin yox, bütövlükdə milli ruhun, düşüncənin,  dirçəlişin, vətən sevgisinin, xalq təəssübkeşliyinin dönüşü idi.

Heydər Əliyevin məziyyətlərindən danışarkən onun uzaqgörənliyi, hadisələri düzgün təhlil edib ən doğru qərar qəbuletmə qabiliyyəti qeyd edilməlidir. Moskvanın tapşırıqlarını can-başla yerinə yetirməyə çalışan o zaman respublika rəhbərliyi Heydər Əliyevin varlığını öz hakimiyyətləri üçün ciddi təhlükə hesab edirdilər. Vəzifəni vətənin taleyindən üstün tutanların hər cür riyakarlıqları gözlənilən idi. Belə bir şəraitdə Ulu Öndərin Bakıda qalması onun həyatı üçün olduqca təhlükəli idi.

Doğma yurdu Naxçıvana üz tutan Ulu Öndəri yerli əhali duz-çörəklə qarşıladı. Bu qədim diyarın sakinləri dəstə-dəstə axışıb Heydər Əliyevin görüşünə gəlir, qurbanlar kəsir, əsl bayram ovqatı ilə Böyük qayıdışı el bayramına çevirirdilər. 1990-cı il iyulun 22-də bütölükdə Naxçıvan şəhəri insan selinə qərq olmuşdu. Hadisənin şahidləri qeyd edirlər ki, Azadlıq meydanında təşkil olunmuş mitinqdə elə bir izdiham var idi ki, Ulu Öndərin kürsüyə çıxması üçün polis işə qarışıb yol açmaq məcburiyyətində qaldı.

Sonralar Heydər Əliyev Naxçıvan sakinləri ilə görüşündə demişdir: “Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum”. Xalqın Heydər Əliyevin ətrafında yaratdığı birlik, öz gələcəyini Ulu Öndərin fəaliyyətində görmək istəyi mərkəzi hakimiyyətin və onu yerli icraçılarının Heydər Əliyevin həyatı ilə bağlı planlaşdırdıqları bütün arzuolunmaz cəhdlərin qarşısını aldı, dahi şəxsiyyətə  qarşı hazırlanan bitün  çirkin planlar fiaskoya uğradı.

Naxçıvanlılar Heydər Əliyevi dərin məhəbbətlə bağrına basıb, qorudular. Heydər Əliyev də müdrik qərarları və uzaqgörən siyasi fəaliyyəti ilə Naxçıvanın müdafiə olunması və blokadanın çətinliklərinin dəf edilməsində misilsiz rol oynadı. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində naxçıvanlılar təcavüzkar erməni silahlı birliklərinə qarşı əzmlə döyüşərək bir qarış torpağını da itirmədi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan Azərbaycan xalqına müraciət edərkən bildirmişdir: “Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. ...Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşdi və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”.

1990-cı ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə, eyni zamanda Naxçıvan Ali Sovetinə  deputat seçildi. Muxtar Respublika Ali Sovetinin 17 noyabr 1990-cı ildə keçirilən ilk sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək  Naxçıvan Respublikasının Ali Məclisi adlandırıldı. O zamanlar hələ çoxlarının tanımadığı Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağı olmuş üçrəngli müqəddəs bayrağımız 1920-ci il 28 aprel işğalından sonra ilk dəfə Naxçıvan Ali Məclisində qaldırıldı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu.

Ulu Öndərin  yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sözügedən qərarının taleyüklü əhəmiyyətini qeyd edərək deyib: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

Bu gün ən yüksək zirvələrdə dalğalanan bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.

Ulu Öndərin Vətənə qayıdışı ilə müstəqillik uğrunda mübarizənin yeni mərhələsi başlandı. Böyük siyasətçinin çağırışı ilə 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvanın iştirak etməməsi Azərbaycan xalqında müstəqillik ideyalarının gerçəkləşməsinə olan inamını, insanların  mübarizə əzmini artırdı.

1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev  qardaş Türkiyənin siyasi rəhbərliyi ilə təmasların gücləndirməsi nəticəsində blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu. Ümumiyyətlə, birmənalı olaraq, deyə bilərik ki, Ulu Öndər Naxçıvandakı fəaliyyəti ilə  Azərbaycanın  müstəqilliyinə və xoşbəxtliyinə gedən yolun  təməlini  qoydu. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti Azərbaycan tarixinə milli dirçəlişin və dövlət müstəqilliyinə gedən yolun başlanğıcı kimi həkk olundu.

Naxçıvanı xilas edən Heydər Əliyev növbəti mərhələdə - 1993-cü ildən sonra xilaskarlıq missiyasını bütün Azərbaycan miqyasında davam etdirdi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi hakimiyyətinə qayıdan Heydər Əliyev xaosa, anarxiyaya, iqtisadi tənəzzülə son qoydu və Azərbaycanı inkişaf yoluna çıxardı.


Elşən QƏNİYEV,

“Azərbaycan” 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!