13 Mart 2026 18:12
133
SİYASƏT
A- A+
XIII Qlobal Bakı Forumunda 2030 Gündəliyinin icrası ilə bağlı çağırışlar səsləndirilib – YENİLƏNİB 

XIII Qlobal Bakı Forumunda 2030 Gündəliyinin icrası ilə bağlı çağırışlar səsləndirilib – YENİLƏNİB 


XIII Qlobal Bakı Forumunun ikinci günündə “2030 Gündəliyinin sürətləndirilməsi: İnklüziv artım və dayanıqlı bağlantı” mövzusunda panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin baş direktoru, BMT-nin İKT üzrə İşçi Qrupunun üzvü, UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Hökumətlərarası Şurasının sabiq sədri Valter Fust moderatorluq edib.

2014-cü il Nobel Sülh Mükafatı laureatı Kailaş Satyarti çıxışında dünyamızın dəyişməkdə olduğunu deyib: “Bəşəriyyət və Yer kürəsi təhlükə altındadır. Paradoks ondadır ki, biz dəyişkən dünyada yaşayırıq. Biz yüksək bağlılıqdan ibarət dünyada yaşasaq da, səmimiyyət getdikcə azalır, fərdlər və icmalar marginallaşır, ölkələr isə bir-birindən uzaqlaşır. Proseslər əvvəlkindən qat-qat sürətlənib. Uşaqlar və qadınlar diqqətdən kənarda qalırlar”.

Misirin sabiq planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya Al-Maşatın sözlərinə görə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkələr, ilk növbədə, öz milli prioritetlərini aydın şəkildə müəyyənləşdirməli və bu sahələrə yönələn siyasəti gücləndirməlidirlər.

Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi, sabiq Baş nazir Zlatko Laqumdziya çıxışında qeyd edib ki, mövcud vəziyyəti düzgün qiymətləndirmək vacibdir. DİM hesabatı göstərir ki, biz hansı mərhələdəyik. Əksər DİM-lər üzrə məqsədlərdən uzağıq və bütün ölkələr eyni sürətlə irəliləmirlər. Avropa ölkələri DİM üzrə ən güclü nəticə göstərənlərdir. Bir çox inkişaf etməkdə olan ölkələr üçün isə fiskal imkanlar DİM-lərə çatmağa şərait yaratmır. Əsas diqqət inkişafda olan və inkişafı zəif olan ölkələrə yönəldilməlidir.

Çex Respublikasının sabiq Baş naziri Jiří Rusnok çıxışında qeyd edib ki, hazırda dünyada müşahidə olunan əsas tendensiyalardan biri qlobal parçalanmanın güclənməsidir və bu proses beynəlxalq əməkdaşlıq üçün əlavə çətinliklər yaradır. Bu parçalanma bir neçə səviyyədə özünü göstərir və onların bir-biri ilə əlaqəsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Pekin Universitetinin Yeni Struktur İqtisadiyyatı İnstitutunun dekanı Castin Linin fikrincə, Dayanıqlı İnkişaf Məqsədləri gündəliyindən çox kənarlaşmışıq: “2030-cu ilə qədər məqsədlərə tam çata bilməyəcəyik. 17 məqsədin hamısı vacibdir və irəliləyişə nail olmaq üçün əlimizdən gələni etməliyik. Əgər bu məqsədlərə çatmaq mümkün olmasa, digər oxşar təşəbbüslərə qoşulmaq lazımdır”.

Moldovanın sabiq Baş naziri Kirill Qaburiçi nəzərə çatdırıb ki, texnologiya, infrastruktur və innovasiyalar sahəsindəki inkişaf cəmiyyətlər üçün güclü alətlər yaradır. O vurğulayıb ki, bu alətlər vasitəsilə təmiz enerji sistemləri, rəqəmsal infrastruktura çıxış və yerli məlumatların monitorinqi kimi həllər yaradılır. Bu vasitələr cəmiyyətləri daha dayanıqlı və inklüziv edir.

Monteneqronun sabiq Baş naziri İqor Lukşiq çıxışında bildirib ki, DİM-lərə çatmaq üzrə vəziyyət hələ də kritikdir və 2030-cu il hədəflərinə realist olaraq tam çata bilməyəcəyik. O vurğulayıb ki, Avropa ölkələri DİM üzrə daha güclü nəticələr göstərsə də, bir çox inkişaf etməkdə olan ölkələr fiskal imkanların məhdud olması səbəbindən məqsədlərə çatmaqda çətinlik çəkir. Bu səbəbdən indiki mərhələdə daha vacib olan gələcəyə baxmaq və uzunmüddətli planlar üzərində düşünməkdir.

Panel iclas mövzu ətrafında müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici ölkə vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olunub  

22:53
13 Mart

Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb  

22:52
13 Mart

Cem Küçük: Orta Dəhliz Avropa ilə Asiya arasında yeni ticarət xəttini formalaşdırır və Azərbaycanın rolunu artırır  

22:10
13 Mart

Ceyhun Bayramov bu gün Türkiyəyə növbəti raket hücumunu qınayıb

21:19
13 Mart

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv edilib  

20:57
13 Mart

Qəbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib  

20:28
13 Mart

Siqh Konfransı yekun bəyanat qəbul edib  

20:07
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

19:36
13 Mart

Əmək pensiyasının hesablanma qaydası necədir?  

19:28
13 Mart

Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb  

18:59
13 Mart

Ekoloji məsələlər üzrə İşçi qrupun üzvləri Zəngilanda - infrastruktur layihələri və ekoloji tələblər diqqət mərkəzində saxlanılıb 

18:44
13 Mart

Muxtar Babayev: Azərbaycan tərəfi COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir 

18:39
13 Mart

Baş nazir Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb  

18:31
13 Mart

WUF13-də Xəzər dənizinin dayazlaşması gündəmdə olacaq 

18:27
13 Mart

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Xocavənddə vətəndaşların müraciətlərini dinləyib  

18:23
13 Mart

XIII Qlobal Bakı Forumunda 2030 Gündəliyinin icrası ilə bağlı çağırışlar səsləndirilib – YENİLƏNİB 

18:12
13 Mart

Raniya Al-Maşat: Təhsil və sosial sahələrə yatırımlar qlobal inkişafı gücləndirir VİDEO  

17:49
13 Mart

İqtisadiyyat nazirinin müavini Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

17:34
13 Mart

Astronomlar nəhəng planetar toqquşma qeydə alıblar  

17:28
13 Mart

Nobel Sülh Mükafatı laureatı: Səmimiyyət getdikcə azalır, fərdlər və icmalar marginallaşır, ölkələr isə bir-birindən uzaqlaşır  

17:24
13 Mart

İrandan təxliyə olunan daha 39 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib 

17:19
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!