14 Fevral 2025 08:45
489
SİYASƏT
A- A+
Xalqın dövlət rəhbərinə inam və etimadı yüksəkdir

Xalqın dövlət rəhbərinə inam və etimadı yüksəkdir


Prezident İlham Əliyev ötən il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi zamanı bir sıra əsas məsələlərə toxunaraq, o cümlədən, Azərbaycanın daxili və xarici nailiyyətləri, gələcək məqsədləri və dövlətin qarşısında duran əsas vəzifələr barədə danışmışdı. 

Prezident mərasim zamanı Azərbaycan xalqına göstərdiyi etimad və dəstək üçün təşəkkürünü bildirmiş və ölkənin inkişafı və ərazi bütövlüyünün qorunması üçün gələcəkdə də əlindən gələni edəcəyini vurğulamışdı. 

Xarici siyasətdə müsbət dəyişikliklər və Ermənistanla münasibətlərin normallaşması məsələləri, ölkənin iqtisadi inkişafı, hərbi gücünün gücləndirilməsi, texnoloji inkişaf, bərpaolunan enerji layihələri və xarici sərmayə ilə bağlı həyata keçirilən islahatların əvvəlki dönəmdə olduğu kimi, bundan sonra da davam edəcəyini bildirmişdi.

Azərbaycanın beynəlxalq nüfuzunun artması, eyni zamanda dünya miqyasında ölkəmizin aktiv rol oynaması ötən il özünü daha qabarıq göstərmişdi. Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət apardığını və heç bir xarici qüvvənin ölkəmizi düz yoldan döndərə bilməyəcəyini bəyan etmişdi.

Ötən ildən etibarən Azərbaycan daha iki ölkəyə - Macarıstana və Serbiyaya qaz nəql etməyə başladı. Bununla bizim Avropaya qaz təchizatımızın coğrafiyası daha da genişləndi. Bu gün Azərbaycan 12 ölkəyə qaz nəql edir ki, onlardan onu Avropa ölkəsidir. 

Ötən il Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı cənab Prezident ötən il baş verən vacib hadisələrdən biri kimi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, "Abşeron" qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı olduğunu qeyd etmişdi. Bu, "Şahdəniz"dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. 

Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına evsahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması idi. COP29 tədbirinin uğurla keçirilməsi də beynəlxalq arenada qazandığımız növbəti nailiyyət oldu. 

Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində də məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olub, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirib.

Cari ildə Azərbaycanın Qahirədə keçirilən (D8) İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində bu təşkilatın üzvlüyünə qəbul edilməsi də çox əlamətdar hadisədir. Otuz ildən sonra bu təşkilata üzv olan ilk ölkə Azərbaycan oldu. 

İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən infrastruktur layihələri ölkənin iqtisadi gücünü artırıb, sosial rifah sahəsində həyata keçirilən islahatlar isə xalqın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Müasir avtomobil yolları və magistrallar inşa edilib, həm daxili, həm də beynəlxalq əlaqələri asanlaşdıran yol şəbəkəsi qurulub. Hava nəqliyyatı sahəsində də böyük nailiyyətlər əldə edilib. Yeni hava limanları tikilib, mövcud olanlar isə beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulub. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Füzuli, Zəngilan hava limanlarının istifadəyə verilməsi Azərbaycanın iqtisadi və strateji imkanlarını daha da artırıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevın adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan xalqının öz dövlət rəhbərinə yüksək inam və etimadı ötənilki seçkilərlə bir daha təsdiqləndi. 


Pərvanə VƏLİYEVA,

Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!