18 Noyabr 2026 09:05
407
Mədəniyyət
A- A+
Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı

Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı


İnsanları sehrinə salan qədim sənət sahələrindən biri də xalçaçılıqdır. Araşdırmalar göstərir ki, bu sənətin kökləri xeyli qədimlərə gedib çıxır. O səbəbdən dünya nə qədər müasirləşsə də, bu qədim sənət unudulmur. Yeni çalarları, rəngləri ilə insanları heyran qoymaqda davam edir. 

Azərbaycanda bu sahənin inkişafı Orta əsrlərdə xalçaçılıq məktəblərini  formalaşdırmışdır. Həmin məktəblərdə bacarıqlı ustalarla yanaşı, tərtibatçı rəssamlar da yetişmişdir ki, bu da xalçaçılığın inkişafına yeniliklər gətirmişdir. Belə sənətkarlardan biri də Kamil Əliyevdir. Xalçaçılığın incə sirlərinə bələd olan K.Əliyev yaşadığı və işlədiyi illər ərzində bir-birindən gözəl, bənzərsiz, görənlərin zövqünü oxşayan xalçalar yaratmışdır. Bu, belə də olmalıydı, çünki Kamil Əliyev sənətinin vurğunu idi, bu sənətə ürəkdən bağlanmışdı. Sənətə ürəkdən bağlananda isə möcüzələr yaranır.

Xalçaçılıq sənətinin inkişafına böyük töhfələr vermiş Kamil Əliyev həmişə işinə böyük məsuliyyətlə yanaşırmış. Çalışırmış ki, araya-ərsəyə gətirdiyi xalçalarda bütün ilmələr, rənglər yerində olsun. Buna görə də rəssamın təxəyyülündən yaranmış xalçaların heç birində yad təsir doğuran naxışa da rast gəlinmir, bütün ilmələr, naxışlar və rənglər öz yerindədir. 

Görkəmli xalçaçı rəssam Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Atalar yaxşı deyib ki, göz gördüyünü götürər. Hələ kiçik yaşlarından evlərində nənəsi Gülsüm xanımın, anası Xanımın xalça toxuduqlarını görüb. Kamil Əliyevin ürəyində özü də hiss etmədən bu sənətə sevgi yaranıb və bu sevgi, bu istək demək olar ki, hər gün ilmə-ilmə artıb. Gördüyü hər kiçik ilmə onu görkəmli xalça ustası kimi yetişdirib. 

1936-cı ildə Bakı Rəssamlıq Məktəbinə qəbul olunan Kamil Əliyev xalçaçılıq sənətini dərindən öyrənir. 3 il Bakı Rəssamlıq Məktəbində "Dekorasiya" şöbəsində təhsil alır. Gələcəyinə güvənən müəllimlərinin məsləhəti ilə Kamil Əliyev "Azərxalça"da eksperimental laboratoriyada köçürücü rəssam kimi əmək fəaliyyətinə başlayır. Burada Lətif Kərimov, Qəzənfər Xaliqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə işləyir. Həftələr, aylar keçdikcə təcrübəsi artan rəssam Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunan süjetli xalçaların toxunmasında yaxından iştirak edir. Həmin illər Kamil Əliyev görkəmli xalça ustası Lətif Kərimovdan xalçaçılığın sirlərini dərindən öyrənir. 

Gələcək həyat yollarını hələ gənclik illərindən müəyyənləşdirən Kamil Əliyev yaradıcılığının əsasını Təbriz elit rəssamlıq məktəbi və Bakı məktəbinin xovlu xalça toxunuş üslubu təşkil edir. Bu üslüb hər addımda ona uğurlar gətirir. Sənətkarın özünün də etiraf etdiyi kimi, o, rənglər dünyasında qızılı rəngə daha çox üstünlük verir. Sevdiyi bu rəngin bir-birinə bənzəməyən tonlarına ilk dəfə miniatur kitablarında rast gələn Kamil Əliyev uzun və gərgin çalışmalardan, sınaqlardan sonra həmin effekti xalçalar üzərində də tətbiq etməyi bacarır. Bu, Kamil Əliyevin sənətin zirvələrinə gedən yolda atdığı uğurlu addımlardan biri olur. 

Kamil Əliyevin taleyinə hitlerçilərə qarşı müharibədə iştirak etmək də yazılıbmış. 1941-ci ildə könüllü olaraq orduya yollanan Kamil Əliyev Gürcüstandakı hərbi məktəbdə təlim keçdikdən sonra cəbhəyə yola düşmüşdür. O, Maykopdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Göstərdiyi qəhrəmanlığa görə 22 orden və medala layiq görülmüşdür. 

1946-cı ildə müharibədən qayıdan görkəmli xalça ustası sevimli peşəsində çalışmağa başlamışdır. Bir müddət Respublika Bədii Fonduna rəhbərlik etmişdir. Sonrakı illər Bakı zərgərlik fabrikində direktor vəzifəsində işləmişdir. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma materiallarında deyil, qızıl, gümüş və digər metallarda da özünün mahir bədii tərtibatçı kimi məharətini göstərmişdir.

1950-ci illərdən sonra Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması əsas yerlərdən birini tutur. Həmin illər sənətkar yüksək peşəkarlıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaratmağa başlayır. Tanınmış siyasi və ictimai xadimlərin, klassik şair və mütəfəkkirlərin obrazlarını xalça üzərinə köçürür. Kamil Əliyev ilk portret-xalçasını böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr etmək qərarına gəlir. O, bu işin öhdəsindən bacarıqla gələrək sənət dünyasında əbədi qalacaq möhtəşəm bir əsər yaradır. 

Sənətinin vurğunu olan Kamil Əliyev sonrakı illərdə qalereyasını daha da zənginləşdirir. Onun Heydər Əliyev, İlham Əliyev, Məmmədəmin Rəsulzadə, Mustafa Kamal Atatürk, Turqut Özal, Süleyman Dəmirəl, İndira Qandi, Boris Yeltsin, Bill və Hillari Klintonlar, Mirzə Fətəli Axundzadə, Aleksandr Sergeyeviç Puşkin, Şota Rustavelli, Rabindranat Taqor və başqa görkəmli şəxsiyyətlərə həsr etdiyi xalçaları bu gün də böyük heyranlıqla baxılır. 

Xalq rəssamı Kamil Əliyevin fərdi sərgiləri yalnız respublikamızda deyil, dünyanın bir çox ölkəsində keçirilib. Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və digər şəhərlərin aparıcı muzey və qalereyaları qapılarını Kamil Əliyevin üzünə həmişə böyük sevgi ilə açıb. Böyük sənətkarın müəllifi olduğu xalçalar bu gün də dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda etibarlı şəkildə qorunub saxlanılır. 

Görkəmli xalça ustası Kamil Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri zaman-zaman layiqincə qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycan SSR-in "Xalq rəssamı" adına layiq görülmüşdür. Sonrakı illər "İstiqlal" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. 

Azərbaycan xalçaçılıq sənətini daim inkişaf etdirən, ona yeni çalar və rənglər qatan Kamil Əliyev 1 mart 2005-ci ildə dünyasını dəyişmişdir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

HONOR İstanbulda istehsala başlayıb 

18:27
18 Noyabr

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub  

18:17
18 Noyabr

Qısa gəzintilər qan şəkərini tənzimləməkdə daha faydalıdır  

18:10
18 Noyabr

Avropanın enerji nəhəngi “Equinor” kiberhücuma məruz qalıb

17:59
18 Noyabr

“Hayabusa-2” kosmik stansiyasının uçuş marşrutu dəyişdirilib  

17:44
18 Noyabr

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB  

17:23
18 Noyabr

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir  

17:16
18 Noyabr

ABŞ dəniz piyadaları yeni M7 əvəzinə daha çox alman atıcı silahı alacaq

17:05
18 Noyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi fəaliyyətini dayandırıb  

16:59
18 Noyabr

Marko Rubio: ABŞ sistemli hücuma məruz qalmayıb

16:58
18 Noyabr

10 ayda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

16:57
18 Noyabr

Alzheimer xəstəliyini yavaşladan dərman aşkarlanıb

16:54
18 Noyabr

Şencendə tarixi üçtərəfli görüş: qlobal çağırışlara ortaq cavab tapılacaqmı?

16:53
18 Noyabr

Azərbaycanda startap ekosistemi böyüyür 

16:38
18 Noyabr

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

16:24
18 Noyabr

Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək  

16:10
18 Noyabr

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

16:09
18 Noyabr

Masallıda bir müəllim var...  

16:08
18 Noyabr

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir  

15:57
18 Noyabr

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

15:52
18 Noyabr

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!